Şam ağacı

Şam ağacı

Şamkimilər fəsiləsindən həmişəyaşıl ağac bitkisi olub, hündürlüyü 35 m qədər olur. Gövdəsi iridir, üzəri qonur-boz qabıqla örtülüdür, sıx budaqlıdır. Budaqlar bütövlüklə sivri, nazik və yaşıl rəngli tikanlarla ötülüdür ki, bunlar da şəklini dəyişmiş yarpaqlardır. Yarpaqları xüsusi qabıq içərisində (dibdə) cüt şəkildə yerləşirlər, saplaqları demək olar ki, yoxdur. Çiçəkləri bircinsli və birevlidir. Erkək çiçəklər çoxlu sayda erkəkciklərdən ibarət olan sırğalarda və yalançı salxımcıqlarda toplanırlar. Dişi çiçəklər isə qırmızı pulcuqlardan ibarət olub, iki ədəd toxum-tumurcuqdan ibarətdir. Meyvələri konusvari qozalardır. May ayında çiçəkləyir.
Yayılması genişdir və Respublikamızın əksər bölgələrində bitir.
Müalicə məqsədilə tumurcuq, yarpaq və qətranından istifadə edilir.
Kimyəvi tərkibi. Bitkinin tərkibində efir yağları, diterpenlər, dubil maddələri, pinipikrin, askorbin turşusu, karotin, acı maddələri, taninlər, fitonsidlər, qətran, mineral duzlar, skipidar, nişasta, alkaloidlər (az miqdarda), mikroelementlər və digər birləşmələr var.
Oraqnizmə təsiri və tətbiqi. Bitkinin bəlğəmgətirici, sidikqovucu, iltihabi prosesə qarşı, antiseptik, tərlədici, ümummöhkəmləndirici, antirevmatik, dezinfeksiyaedici və s. xüsusiyyətləri var. Təbabətdə bitkidən, əsasən tənəffüs yolları xəstəlikləri (bronxit, bronxial astma, ağciyər vərəmi, pnev- moniya, bronxoektaziya), revmatizm, revmatoidli artrit, xolesis- tit, xolangit, böyrək və sidik yolları xəstəlikləri (sistit, pielonefrit, böyrək daşı xəstəliyi), radikulit, miozit, podaqra, nevralgiyalar, angina, avitaminoz, çətin sağalan yaralar və xoralar zamanı və s. xəstəliklərdə istifadə edilir.
İstifadə qaydası.
Tənəffüs yolları xəstəlikləri. Bitkinin tumurcuqlarından quru və xırdalanmış halda 3 xörək qaşığı götürüb termosa qoymaq və üzərinə 3-4 stəkan qaynar su əlavə edib axşamdan səhərə qədər saxlamaq, süzmək. Gündə 4 dəfə yeməkdən qabaq 1⁄4 hissə qəbul etmək.
Böyrək və sidik yolları xəstəlikləri. Bitkinin iynə yarpaqlarından və tumurcuqlarından quru və xırdalanmış halda 3 xörək qaşığı götürüb termosa qoymaq və üzərinə 3-4 stəkan qaynar su əlavə edib axşamdan səhərə qədər saxlamaq, süzmək. Gündə 4 dəfə yeməkdən qabaq 1⁄4 hissə qəbul etmək.

Mənbə Dekorativ Bitkilər Xalq Təbabətində kitabı

Rəylər

Oxşar məqalələr

Cökə - Ihlamur

Cökə - Ihlamur

AQAVA - Osteoxondroz zamanı

AQAVA - Osteoxondroz zamanı

Qusdurucu kök - İpekakuana

Qusdurucu kök - İpekakuana

Kalanxoe şirəsi

Kalanxoe şirəsi

Yapon Soforası

Yapon Soforası

Keçibuynuzuna bənzər meyvə

Keçibuynuzuna bənzər meyvə

Ortiliya - Borovaya matka

Ortiliya - Borovaya matka

Jasmin bitkisi

Jasmin bitkisi