Yeni Çin virusu - Koronavirus

Yeni Çin virusu - Koronavirus

Yeni Çin virusu: insandan-insana ötürüldüyü təsdiqlənən virusdan ölənlər var. Çində bütün ölkə boyu sürətlə yayılan yeni virusdan dörd nəfər ölüb. Çin hökuməti bu virusun insandan-insana ötürülə biləcəyini təsdiq edib.
Pnevmoniyanın bir növünə gətirib çıxaran koronavirusun yeni ştammının sonuncu qurbanı 89 yaşlı kişi olub.
O, Çinin virusun yayılma mərkəzi olan Wuhan şəhərində yaşayırdı. Çinin Pekin (Beijing) və Şanxay (Shanghai) daxil olmaqla əsas şəhərlərində 200-dən çox hal qeydə alınıb.
Wuhan Bələdiyyə Səhiyyə Komissiyası şəhərdə hələ ki azı 15 tibb işçisinin virusa yoluxduğunu, onlardan birinin vəziyyətinin ağır olduğunu açıqlayıb.
Onların hamısı müalicə müddətində təcrid vəziyyətində saxlanır.
Bu xəstəliyə ilk olaraq Çinin 11 milyonluq Wuhan şəhərində keçən il rast gəlinib.
Bu virusun yüz milyonlarla insanın keçən həftə Çin Yeni ilini qeyd etmək üçün ölkə daxilində səyahət etməsindən dolayı geniş yayıla biləcəyi barədə narahatlıqlar var.
Virusla bağlı bir neçə hal ölkə xaricində də qeydə alınıb: bunlardan biri Tailand, biri Yaponiya, digəri isə Cənubi Koreyada müəyyənləşib.
VİRUSDAN QORUNMAQ ÜÇÜN VİDEODA TƏBİİ ÜSULLA İMMUNİTETİ MÖHKƏMLƏNDİRMƏK ÜÇÜN İZAHATA BAXA BİLƏRSİNİZ.

Rəylər