Stalini sağaldan bitki çayı

Stalini sağaldan bitki çayı

Belə bir söz var: hər dərdin bir dərmanı var. El arasında onu başqa cür də ifadə edirlər: dərd verən dərman da verir. Doğrudan da bu qədim xalq deyimlərində böyük hikmət var. Dünyada nə şəfasız dərd, nə də çarəsiz xəstəlik yoxdur...
Min illər, milyon illər hələ loğman, təbib və həkimin olmadığı vaxtlarda insanlar türkəçarə üsullardan, ot, bitki və heyvani məhsullarından istifadə edərək dərdlərinə çarə axtarmışlar. Həmin çarə və üsullar zaman-zaman təkcə sıravi adamların deyil, həm də məşhurların da üz tutduğu müalicə formaları olub.
Sovet rəhbəri İosif Stalinin xalq təbabəti üsulları ilə müalicə olunduğu barədə məlumatlar var. Svetlana Alliluyeva öz xatirələrində yazır: “Atam anamın ölümündən sonra qulluqçuları işdən çıxardı. Evimizdə yeni simalar və işçilər peyda oldu, o cümlədən 19 yaşlı Valentina İstomina. Onun ağzı bir dəqiqə bağlanmırdı, bütün günü yeyib-içir, hər sözə uğunub gedirdi. O, əyalətdən paytaxta gəlib tibb məktəbini bitirmiş, bir müddət general Vlaşikin evində qulluqçu işləmişdi".
20 il sonra Stalinin ən qocaman mühafizəçilərindən biri danışırdı: “Deyə bilmərəm ki, Valya gözəl idi, ancaq pis deyildi. Bizim xoşumuza gəlirdi. Öz aramızda ona bəxtəvərlik oxuyurduq ki, həm işi yaxşıdır, həm də rəhbər onu çox istəyir. Bəzən biz öz xahişlərimizi Valyanın vasitəsilə rəhbərə çatdırırdıq”.
Evdəkilər də hiss edirdilər ki, Stalinin davranışlarında dəyişikliklər baş verib. O, az deyinir, qışqırmır, hamıyla zarafatlaşır, mülayim rəftar edirdi. Bir dəfə Stalin sətəlcəm oldu. O, həkimlərə etibar etmədiyindən dərmanlardan imtina edirdi. Sibirli qız kişinin qızdırmadan yandığını görüb dözmədi: “Yoldaş Stalin, icazə verin, sizi müalicə edim. Söz verirəm ki, dərman verməyəcəyəm”.
O, başını tərpətdi. Qız cəld nanə, sürfə və çobanyastığı dəmləyib rəhbərə içirdi, onu hamama aparıb ot dəmləməsinin buxarına verdi, sonra öz əlilə toxuduğu yun şala bürüyüb uşaq kimi yatırtdı. Türkəçarə və sevgi dolu qayğı nəticəsini göstərdi, Stalin iki günə sağalıb ayağa qalxdı. Həmin gündən o, Valeçkanı “şəfakarım” deyə çağırdı, yalnız onun əlindən dərman və çay qəbul etdi.
Üzərində doqquz dəfə cərrahiyyə əməlyyatı aparılmış filologiya elmləri doktoru, professor Qulu Xəlillov “Yaşamaq istəyirəm” əsərində xalq təbabətinin çox sadə bir üsulu ilə ona narahatlıq verən ağrılardan xilas oldu]unu yazır. Əməliyyatdan sonra yarasının yeri daim çirk edən professor adi bir kənd çobanından eşitdiyi üsulu tətbiq edir. Çoban ona yaranın üzərinə bağayarpağı qoyaraq sarımağı məsləhət görür. Professor çobanın məsləhətinə əməl edir və iltihaba səbəb olan sap irinlə birlikdə xaric olur...

www.fitostore.az

Rəylər