Çar mürəbbəsi adlanan meyvə

Çar mürəbbəsi adlanan meyvə

Bu meyvə Orta əsrlər dövründən Avropada məşhur idi, şərab da hazırlayırdılar, hətta bahalı giləmeyvə hesab edilirdi.
Rus alçası, Motmotu və ya firəng üzümü adlanan meyvə Rusiyada motmotu ən sevilən giləmeyvələrdən biri olub. Rusiyada motmotudan mürəbbə bişirirdilər. Giləmeyvələrin qiymətli zümrüd daşlarına oxşamağına görə bu mürəbbəni "çar mürəbbəsi" adlandırırdılar. Bişirilmə zamanı hər giləmeyvə toxumlardan təmizlənirdi, hər giləmeyvənin içinə fındıq qoyulurdu. Motmotu mürəbbəsi bahalı idi və yalnız varlı insanların evlərində bişirilirdi.
Motmotunun növləri çoxdur, onun rəngi acıq yaşıldan yaqut rənginə qədər olur.
C vitamini ilə olduqca zəngindir, moruqdan 2 dəfə çoxdur.
Motmotu həmçinin B6 vitamini ilə zəngindir. Bu vitamin sinir sisteminin normal fəaliyyəti üçün çox vacibdir - sinir sistemində gərginliyi azaldır. Pektin maddəsilə zəngin olduğu üçün həzmi rahatlaşdırır. İtburnu meyvəsi və qara gəndəlaş meyvəsi ilə birlikdə istifadə edildikdə anemiyadan (qanazlığı) əziyyət çəkənlər üçün effektlidir
Motmotu yüngül sidikqovucu təsirə malikdir, şişkinliyi azaldır, böyrəkləri və sidik kisəsini təmizləyir. Varikoz damar problemləri olanlar üçün yapon soforası meyvəsi ilə birlikdə motmotudan istifadə edilir. Tərkibi rutinlə zəngindir.
Kəskin allergiyası və aktiv mədə xəstəliyi olanlar üçün əks göstərişdir.


Rəylər

Oxşar məqalələr