Beyin damarlarının sklerozu

Beyin damarlarının sklerozu

BEYİN DAMARLARININ SKLEROZU
Beyin qan dövranı baş beynin və onurğa beynin damar sistemində qanın dövr etməsidir. Beyin qan dövranının xroniki pozulması əsas etibarı ilə ateroskleroz, hipertoniya, vazomotor distoniyalar, arterial hipertoniya, ürək-damar sisteminin anomaliyaları, beyin damarlarının toksiki və travmatik zədələnməsi zamanı inkişaf edir.
Beyin qan dövranının pozulmasını xarakterizə edən əlamətlər səbəbdən asılı olaraq dəyişir. Ümumi simptomlara baş ağrısı, başgicəllənmə, başda küy, paresteziyalar, yuxunun, həmçinin hissiyyat və ağrının pozulması, intellektin və yaddaşın zəifləməsi kimi əlamətlər aiddir. Ağır hallarda epileptik tutmalar və beyin qabığı funksiyalarının afaziya, aqrafiya və aleksiya kimi ocaqlı dəyişiklikləri müşahidə olunur. Beynin qan dövranını yaxşılaşdırmaq və funksional aktivliyini artırmaq üçün bir çox xalq təbabəti üsulları var.
• Reseptlər
Tıxanmış damarları təmizləmək üçün
5 diş sarımsaq həvəngdəstədə əzilir, üzərinə yarım stəkan bitki yağı əlavə olunur və soyuducuya qoyulur. Hər dəfə qəbul etməzdən əvvəl 1 çay qaşığı sarımsaqlı yağlı çıxarışa 1 çay qaşığı təzə sıxılmış limon suyu əlavə olunur. Gündə 3 dəfə yeməkdən yarım saat qabaq qəbul olunur. Prosedur 3 ay aparılır.
Beyin toxuması üçün antioksidant
Qızıl bığ (золотой ус) bitkisinin buğumlarından 35 ədəd xırdalanır, şüşə bankaya qoyulur, üzərinə 96 faizli spirt tökülərək qaranlıq yerdə 2 həftə saxlanır. Qəbul etməzdən əvvəl 1 çay qaşığı cövhər 1 xörək qaşığı zeytun yağı ilə qarışdırılır. Qəbuldan 2 saat əvvəl qida qəbul etmək və ya maye içmək tövsiyə olunmur. Gündə 3 dəfə içilir, 5 gün fasilədən sonra yenidən 5 gün qəbul edilir. Növbəti fasilə 10 gün olur və həmin fasilədən sonra cövhər daha 10 gün içilir. Müalicə 2 ay müddətində aparılır. Qəbul zamanı başgicəllənmə və qusma yarandıqda prosedur dayandırılır.
Beyin qan dövranını yaxşılaşdırmaq üçün
• Hərəsindən 3 hissə xırdalanmış eleuterokok kökü və itburnu meyvəsi, hərəsindən 2 hissə tozağacı yarpağı, istiotlu nanə yarpağı, yerkökü toxumu, bataqlıq qurucası otu, ortosifon otu, kassiya yarpağı və atpıtrağı kökü qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı emallı qaba tökülür, üzərinə 1 stəkan qaynar su əlavə edilərək 15 dəqiqə vam ocaqda dəmlənir. Soyudub süzdükdən sonra gündə 2 dəfə yeməkdən sonra yarım stəkan qəbul edilir.
• 10-12 ədəd yaşıl şam qozası axar su ilə yuyulur, xırdalanır və üzərinə 0,5 litr 50 faizli spirt əlavə olunur. 12 gün qaranlıqda dəmləndikdən sonra gündə bir dəfə 1 çay qaşığı cövhər yarım stəkan çayda həll edilərək içilir. Müalicə 1 həftə davam edir, sonra 1 ay fasilə verilir və təkrar olunur.
• 1 xörək qaşığı xırdalanmış bibəriyyə (rozmarin) termosda 1 səkan qaynar suda bir gecə dəmlənir. Gündə 4 dəfə 1/4 stəkan qəbul edilir.
• Şüşə bankada hərəsindən 100 ml pişikotu, damotu, yemişan, pion cövhərləri, 50 ml evkalipt və 25 ml nanə cövhəri qarışdırılır, içinə 10 ədəd mixək atılır, 2 həftə dəmləndikdən sonra gündə 3 dəfə 1 çay qaşığı cövhər su ilə həll edilərək qəbul edilir.
Beyin kapilyarlarını möhkəmləndirmək üçün
Hərəsindən 100 qram yapon soforası qönçələri və ağ öksəotu xırdalanır, üzərinə 1 litr 40 faizli spirt əlavə olunur. Qaranlıq yerdə 3 həftə saxladıqdan sonra süzülür. Gündə 3 dəfə yeməkdən yarım saat qabaq 1 çay qaşığı qəbul edilir.
Ateroskleroza qarşı
2 həftə müddətində gündə 3 dəfə yeməkdən yarım saat qabaq 1 çay qaşığı çaytikanı yağı qəbul edilir, 1 ay fasilə verdikdən sonra müalicə təkrar olunur.
Qulaqlarda küy
Şüşə bankanın yarısına qədər üçyarpaq yonca, onun üzərinə dolana qədər 40 faizli spirt əlavə edilir. 14 gün qaranlıq yerdə dəmləndikdən sonra süzülür və hər gecə yatmazdan qabaq 1 xörək qaşığı qəbul olunur. Müalicə müddəti 3 aydır.
Mürəkkəb yığıntı
Hərəsindən yarım çay qaşığı keşniş toxumu, üyüdülmüş muskat qozu, xırdalanmış sarımsaq, bıçağın ucunda zəncəfil tozu, hərəsindən 1 çay qaşığı pişikotu kökü, qaraqınıq otu, ayıqulağı yarpağı, 2 çay qaşığı bədrənc otu, quşüzümü, 3 çay qaşığı mərcangilə yarpağı, damotu və pişikotu kökləri qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı 1,5 stəkan qaynar suda dəmlənir, 40 dəqiqə sonra süzülür. Gündə 3 dəfə 1/2 stəkan qəbul edilir.
“Möcüzəli” qarışıq
500 qram mərcangilə meyvəsinə 350 qram bal və 150 qram sürtgəcin xırda gözündən keçirilmiş qıtıqotu qarışdırılır. Qarışıq mikserlə çalınır, şüşə bankalara tökülərək soyuducuya qoyulur. Gündə 3 dəfə yeməkdən sonra isti çayla birlikdə 3 çay qaşığı qəbul edilir. Qarışıq beyin damarlarının divarını möhkəmləndirir, beyin qan dövranını və yaddaşı yaxşılaşdırır, həmçinin orqanizmin müqavimətini yüksəldir.
Həmçinin fenomenal məcun (bal, arı və bitki tərkibli məhsulları) gündə 2-3 dəfə daxilə qəbul edilir.

Təbii üsullarla müalicə mərkəzi - Apimed +994703330020

Rəylər

Oxşar məqalələr