Sağlamlıqla oynayırlar
Sağlamlıqla oynayırlar
On ildən çoxdur ki, inteqrativ tiblə yəni təbii üsullarla müalicə proseduru ilə məşğul oluram. Təbiətin müalicəsinə əsaslanıb öncə xəstələnməmək üçün araşdırmalar aparıram və ya xəstələnənlər üçün daha yüngül və orqanizmin bütünlüyünün qayğısına qalma yollarının axtrışındayam. Təəssüf ki, təbiəti də, təbii məhsulları da süni modellərlə “natural” və ya “orqanik” etdilər.
Baxırsan ki, marketdə məsələn: zəncəfilli limonad var, bu şəkildə idxal ediblər. Nə gözəl?! İçində əsil zəncəfil yox, aromatik birləşmələrdi. Təbii sandığımız zəncəfilin siropunu qatırlar dadlandırıcı kimi və qalanı da konservant. Sonra da deyirik ki, zəncəfilli limonad içirəm, başqa ziyanlı məhsullar içmirəm.
Ətli xəmirli məhsul alırsan, hansı ki restoranlarda onu daha çox bəyənib yeyirlər. Bir az soyuducuda saxlayıb daha sonra yeyəndə ətin dadı acılaşır. Acı dadı verən azotdur. Ət soyuducuda xarab olmaz ki, amma ətin yerinə soya qıyması istifadə edirlər. Ona görə hər kəsin çəkisi durmadan 10-20 kq artır. Belə qidaların saxlanma dövrü uzansın deyə istifadə edilən azot qazı, hətta çox sayda qida zəhərlənmələrinə gətirib çıxarıb. Adını da qida qazı qoyublar. Azot qazı da, oksigen də istənilməyən vəziyyətlərdə inert atmosfer yaradaraq qidaların qısa müddətdə xarab olmasının qarşısını alır. Məsələn: təzə ətlərə də oksigen qazı verirlər ki, həmişə təptəzə, qıpqırmızı görünsün.
Bazara üzüm gətiriblər, Qırmızı, iri, dipdiri görüntülü ərik boydadır maşallah! Hardan gəlib? Tutaq ki, Cənubi Amerikadan və ya Mərkəzi Afrikadan. Neçə gündü gəlib? 5-6 gün olar. Baxın, ucqar ölkənin kəndində bunları yığırlar. Uzun yol gəldikdən sonra bizə gəlib çatır. Bir müddət də bizim tərəvəz anbarında saxlayırlar. Alıb gətirirsən evə 3-5 gün də hələ də eyni formada qalır. Yaxşı görək bu meyvəni necə belə hala salırlar? Üzümə verdikləri adına dərman dedikləri maddə üzüm dənəsinin ölçüsünü böyüdür, ağırlığını artırır, qəşəng forma verir və dözümlü qabığı sayəsində mikroorqanizmlərdən qoruyur. Çünki meyvənin çürüməsi üçün daha kiçik canlılara ehtiyac vardı ki, onlar belə yaxın dura bilmir bu meyvələrin qabığına. Üzümə vurduqları maddə sitoxinin yəni böyümə hormonu. Həmin sitoxinin insanda da eyni işi görür. Sonra da valideynlər şikayətlənir ki, mənim uşağım niyə erkən tüklənir və ya bədəni vaxtından qabaq inkişaf edir.
Yay günəşi altında soyudulması olmayan tankerlərdə süd toplayırlar bidonlara. Soruşursan ki, bu süd niyə xarab olmur axı. Deyir ki, tankerə iki stakan hidrogen peroksid tökürsən, axşama qədər heç bir şey olmur vallah. Hidrogen-peroksid nədir bilirsizmi? Qadınların saçlarının rəngini açmaq üçün istifadə edilən bir kimyəvi maddə. Çox pis şey deyil, ancaq canlıları öldürür. Südə qatılınca bakteriyalar ölür və çürümə üçün heç bir səbəb qalmır. Bu qeyd olunanlar da hər yerdə qanunidir. Əsas problem budur ki, insanı təbiətdən qopartdılar. İnsan yeni bir uydurma təbiət yaratdı, özünü təbiətin xaricinə çıxartdı, təbiəti alınan-satılan mal elədi, sintetikləşdirdi və özü istədiyi kimi istehsal etdi.
Xəstələrimə daha çox bitki və arı məhsulları təyin edirəm. Gedib çox məşhur bitki şirkətlərindən çox-çox xırdalanmış bitkiləri alırlar və neçə ildi bu saxlanılıb bilimirik. O bitki necə faydalı ola bilər ki! İllər öncə orqanizmə faydalı olan qırmızı jenşen bitkisi təyin edirdim, bir zaman keçəndən sonra gördüm ki, heç kəsdə effekt almıram. Sonra getdim o jenşen tozunu qida analizində yoxlatdırdım ki toz halına salınan bu məhsulun çox miqdarı manna yarmasıdır, qalanı jenşen. Hardan, necə gəlir və hansı cür əlavələr qatılır. Çünki əsil Jenşenin qiyməti bahadır axı. Manna hara, jenşen hara...
Bəzən görürsən ki, bal satılır bəh-bəhlə. Əsil bal dünyada belə bahalı qida əlavəsidir. Çünki xalis balın keyfiyyət özəllikləri çoxdur; balın qida dəyəri, kristalizasiyası, HMF, prolin və diastaza dəyərləri kimi... Bal xarlanmasın deyə onu qızdırırlar ki, durulaşsın və bu zaman qeyd etdiyim baldan əsər-əlamət almır. Sadəcə “bal” deyə yeyilir.
Hələ sizə dəbdə olan arıqlama çaylarını demirəm. Xaricdən gətirilən bir sıra “arıqlama” çaylarının tərkibində elə bitki adları yazırlar ki, bəlkə də elmə məlum deyil. Çünki çox adamın tanımadığı bitkilərin doğrudanda guya elə bir hər hansı təsirlərinin olmasına inandırırlar. Bir zamanlar mate çayı ən yaxşı arıqladan kimi tanınırdı. Sonra oxudum ki, qida borusu xərçəngi yarada bilir və paraqvay çayı adı ilə də məşhur idi. Görəsən doğrudan da Şimali və cənubi Amerikada bir çox tanımadığımız məhsulları təbii yolla yetişdirirlər və özləri də içirlərmi?! Əsas təqdimatdır. Necə ki, bəzi bitki tərkibli siropların və şampunların üstünə 100% təbiidir sözləri yazılır. Ona görə də saç tökülmə günü-gündən artır, çünki 3-4 cür kimyəvi köpükləndiricilər və həlledicilər sayəsində başın dərisi ilə tük follikullarının qan dövranı arasında əlaqə qırılır. İnsan vücuduna korroziyaya uğradacaq təsirləri mövcuddur. Siropların tərkibində də təbii bitkilərin və arı məhsulların saxlanılması üçün lazım olan konservantın kimyəvi tərkiblərinin bir sonrakı dövrlərdə yaratdığı fəsadları da qeyd edə bilərəm.
İnsan özünün təbii bir varlıq olduğunu unutdu!
Süniləşdirilmiş bir həyatın içində yediklərinin da, sevginin də, sevincinin də, kədərinin də, yaşam keyfiyyətinin də içinə məcburi maddələr yerləşdirdi və bir gün bu minalar vücudun izçərisində partlayacaq. Necə ki, xəstəliklər cavanlaşır, onkoloji xəstəlikləri sürətlə artır və insanlıq bununla barışır. Çünki İnsan özü yaratdı bunları. İnsanlıq artıq bu.
Düşündüklərimi və gördüklərimi Professor. Dr. Erkan Topuzun məqaləsindən ilhamlandım və ümumiləşdirib xatırlatmağa çalışdım. Özünüzü təbiətin bir hissəsi kimi olduğunuzu unutmadan özünüzdən muğayat olun.
Dərman bitkiləri üzrə tədqiqatçı Həkim-fitoterapevt, apiterapevt Dr. Elnur Eldaroğlu
Apimed – təbii üsullar mərkəzinin Baş həkimi

Rəylər