Calcinur

Calcinur

Gün ərzində orqanizmə lazım olacaq mineral və vitaminlərdən Kalsium, maqnezium, sink və vitamin D çatışmadıqda saç tökülmə, əsəbilik, dırnaq qırılma, əzələ zəifliyi, dəri quruluğu, xroniki yorğunluq, ümumi halsızlıq yarana bilir. Bu zaman bu çatışmazlıqların qarşısını alacaq təbii vasitələrdən istifadə etmək lazımdır. Bu orqanik tərkibdə Calcinur tövsiyə olunur. Uzun müddət Türkiyədə tərkibin araşdırılması aparılan calcinur 12 yaşdan yuxarı hər kəs üçün profilaktik və müalicə məqsədilə istifadə edilir.

Tərkibi:
Calcium carbonate - 600 mq
Maqnezium Oxid - 250 mq
Sink Oxid - 25 mq
Vitamin D3 - 133 BV

Farmakoloji xüsusiyyətləri: Tərkibinə daxil olan kalsium sümüklərin və dişlərin minerilizasiyası üçün lazım olan əsas mikroelementdir. Komponent həmçinin, sinir-əzələ keçiriciliyində iştirak edir. Calcinur tərkibindəki kalsium karbonat orqanizm tərəfindən asan mənimsənilir. Maqnezium kalsiumun endogen metabolizmində iştirak edir, böyrəklərdə reabsorbsiyasını artırır və kalsinatların yaranmasının qarşısını alır. Sink sümüklərdə regenerasiya proseslərini tənzimləyir. Kalsium ilə sinergist təsir göstərərək osteositlərin metabolizmini yaxşılaşdırır. Xolekalsiferol orqanizmin sərt toxumaları tərəfindən kalsiumun mənimsənilməsini təmin edir. Osteoblastlarda DNT sintezini sürətləndirməklə sümük hüceyrələrinin miqdarını artırır.

GÖSTƏRİŞLƏRİ:
Osteoparoz
Osteoartrit
Qonartroz
Sidikqovucuların təyinindən sonra
Parathormon funksiyasının azalması
Xroniki Böyrək Çatışmazlığı

Əks göstərişləri: Tərkibində olan bitki komponentlərinə qarşı fərdi həssaslıq.

Qəbul qaydası: 1 k 2 dəfə yemək vaxtı qəbul etmək.

Buraxılış forması: 60 kapsul.
İstehsalçı:Türkiyə, Talya

Rəylər

Oxşar məqalələr