Hepanur-Qaraciyər qoruyucu təbii tərkib

Hepanur-Qaraciyər qoruyucu təbii tərkib

Alkoqoldan asılı və asılı olmayan qaraciyər piylənməsi günümüzdə əksər insanı narahat edir. Ən aşağı dozadan belə qaraciyərin hepatositləri zədələnə bilir və bu tədricən özünü biruzə verir. Bəzən heç əlamət vermədən öz işini görür. Xroniki vəziyyətdə qaraciyərin piylənməsinə daha çox rast gəlinir. Bu zaman profilaktik və müalicə məqsədli təbii müalicələrə üz tuturuq. Təbii müalicələrdən tədqiqatı uzun illərdi aparılan Hepanur məsləhət görürük.
Hepanur - Hepatoprotektor, detoksikantdır.

Tərkibi:
Alaqanqal toxumu – 300 mq, Ənginar meyvəsi – 150 mq, Zəncirotu kökü – 150 mq, Lavanda çiçəyi – 150 mq

Xüsusiyyətləri: Hepanur tərkibindəki alaqanqal hesabına flavon birləşmələrindən ibarət təbii vasitədir. Silimarin regenerasiyaedici, hepatoprotektor, dezintoksikant və iltihab əleyhinə təsirə malikdir. Təsir mexanizmi RNT-polimerazanı aktivləşdirməklə hepatositlərdə müxtəlif həyati vacib zülalların və fosfolipidlərin sintezini sürətləndirməsi ilə əlaqədardır. Silimarin güclü antioksidant təsir göstərməklə hüceyrələri sərbəst radikalların və peroksid birləşmələrin zədələyici təsirlərindən müdafiə edir. Preparatın antioksidant təsiri flavonoidlərin fenol strukturlarının sərbəst radikalları özlərinə birləşdirməsi hesabına əldə olunur. Nəticədə hepatositlərdə lipidlərin peroksidləşməsi reaksiyaları blokada olunur, hüceyrə strukturunun zədələnməsinin qarşısı alınır və regenerasiya prosesləri sürətlənir. HEPANUR qlutationun ehtiyatını artırmaqla qaraciyərin dezintoksikant funksiyasını gücləndirir. Preparat alkohol intoksikasiyaları zamanı asetaldehidin yaranmasının qarşısını alır.  Preparat güclü mebranstabilləşdirici təsir göstərməklə membranlarda mübadilə proseslərini normallaşdırır. Preparatın dezintoksikant təsiri eyni zamanda toksiki maddələrin hepatositlərin membranlarına zədələyici təsirinin qarşısını alması ilə əlaqədardır.  Ənginar ödqovucu, hepatoprotektiv və sidikqovucu təsirlərə malikdir. Eyni zamanda qan plazmasında sidik turşusunun miqdarını azaldır. Hepanur zəncirotu hesabına hepatositlərdə koenzimlərin sintezini aktivləşdirir ki, bunun da nəticəsində lipid və xolesterin mübadiləsi yaxşılaşır, həmçinin, keton cisimlərinin metabolizmi sürətlənir. Antibiotikoterapiya zamanı qaraciyər və böyrək parenximasına dezintoksikasiyaedici təsir göstərir. Lavanda çiçəyi xroniki virus hepatitlərinin müalicəsində geniş tətbiq olunur. Tormbositlərin artmasına şərait yaradır.

GÖSTƏRİŞLƏRİ:
• Xroniki virus hepatitləri.
• Keçirilmiş kəskin virus hepatitlərindən sonrakı reabilitasiya dövrü.
• Piy mübadiləsinin pozulması ilə əlaqədar qaraciyərin zədələnməsi,o cümlədən, stearoz (piy hepatozu) və qaraciyərin piy distrofiyası.
• Müxtəlif etiologiyalı qaraciyər sirrozları.
• Lipid – xolesterin mübadiləsi pozğunluğunun kompleks müalicəsi.
• Hamiləlik toksikozları.
• Daşsız xroniki xolesistit, öd yolunun hipokinetik diskineziyası.
• Qaraciyərin dərman zədələnmələri.
• Etil spirtiylə kəskin zəhərlənmələr, alkohol qəbulu zamanı qaraciyərin zədələnmələri.

Əks göstərişləri: Tərkibində olan bitki komponentlərinə qarşı fərdi həssaslıq.

Qəbul qaydası: 1 kapsul 2-3 dəfə yemək vaxtı qəbul etmək.

Buraxılış forması: 60 kapsul.

www.fitostore.az

Rəylər

Oxşar məqalələr