Xına saç və dəri üçün
Biz hamımız xınanı boyaq maddəsi kimi tanıyırıq. Lakin onun əslində bir bitki olduğunu çox güman ki, əksəriyyətimiz bilmirdik. Çünki biz onu həmişə satışda piştaxtalarda toz halında görmüşük. Xına çoxillik ot bitkisi olub elmi adı Lawsonia inermis-dir. Bu adı ona XVIII əsrdə ingilis həkimi İsaak Lavsonun şərəfinə vermişlər.
Xına bir çox ölkələrdə - Şimali Afrikadan tutmuş Orta Şərqə qədər geniş yayılmışdır. Xına xüsusilə Pakistan, Hindistan, Sudan, Nepal, Misir, İran, Çin və Şri-Lankada geniş sahələrdə yetişdirilir. İlk dəfə olaraq xınadan saçları, dırnaqları, dərini boyamaq, onların qayğısına qalmaq məqsədilə istifadə edilmişdir. Min illər boyunca xına bitkisinin yarpaqlarından dəri, sümük xəstəliklərinin, baş ağrılarının, yaraların müalicəsində istifadə edilmişdir. Mendi sənətinin də əsasını məhz bədənin xına ilə boyanması təşkil edir.
Tarix. Arxeoloji qazıntılar zamanı misir mumiyalarının saç və dırnaqlarında xınanın qalıqları aşkar edilmişdir. Xına Hindistana da məhz Misirdən gətirilmişdir. Deyilənə görə Hindistanda ilk olaraq xınadan istifadə etmiş xanım Moğol imperatoru Cahanşahın həyat yoldaşı və şərəfinə Tac-Mahal kimi ehtişamı tikilmiş Mümtaz-Mahal xanım olmuşdur.
Bəzi mənbələrin verdiyi məlumata görə Məhəmməd peyğəmbər (s. ə. s) də saçlarını və saqqalını xına ilə boyayarmış.
Hindistan və Şərqi Afrikada xınadan bir çox dəri xəstəliklərinin müalicəsində istifadə edilirmiş. Onu da qeyd edək ki, xına həm antiseptik, həm də büzücü xüsusiyyətlərə malikdir. Yaralar, yanıqlar, ekzema zamanı dərini sakitləşdirir, zədə, dartılma, revmatizm və artrit zamanı ağrını azaldır, başağrıları zamanı sirkə ilə qarışdırılaraq islatma şəklində istifadə edilir. Ayaqlarda olan döyənəkləri, hədsiz tərləməni, suluqları, zədələri xına ilə müalicə etmək olar. Qızdırma zamanı əldə xınadan hazırlanmış kürəcik saxladıqda bədən hərarəti azalır.
Saçlar üçün möhkəmləndirici maska.
100 qr xına 300 ml çox qaynar su ilə qarışdırılıb maska şəklində saç diblərinə yaxılır. 30-60 dəqiqə qaldıqdan sonra saçlar bitki mənşəli şampunla yuyulur.
Saçlara ekstra parlaqlıq bəxş etmək üçün maska.
1/2 fincan xına və 1/4 fincan qaynar su qarışdırılıb xama konsistensiyasına düşdükdən sonra üzərinə 1 ədəd çiy yumurta əlavə edilir. Bu zaman metallik qaşıqlardan istifadə etməyin. Alınmış qarışıq quru və təmiz saçlara yaxılıb 15-45 dəqiqə saxlanır. Bundan sonra saçlar yuyulur.
Quru və kövrək saçlar üçün maska.
1/2 fincan xına və 1/4 fincan qaynar su qarışdırılıb xama konsistensiyasına düşdükdən sonra üzərinə 2 xörək qaşığı yoqurt əlavə edilir. Bu zaman metallik qaşıqlardan istifadə etməyin. Alınmış qarışıq quru və təmiz saçlara yaxılıb 15-45 dəqiqə saxlanır. Bundan sonra saçlar yuyulur.
Saçlara parlaq rəng və ətir bəxş edən maska.
1/2 fincan xına və 1/4 fincan qaynar su qarışdırılıb xama konsistensiyasına düşdükdən sonra üzərinə 1/4 fincan zəncəfil, muskat qozu, qara istiot və darçın qarışığı əlavə edilir. Bu zaman metallik qaşıqlardan istifadə etməyin. Alınmış qarışıq quru və təmiz saçlara yaxılıb 15-45 dəqiqə saxlanır. Bundan sonra saçlar yuyulur.
Saçları hamarlaşdırmaq üçün maska.
1/2 fincan xına və 1/4 fincan qaynar su qarışdırılıb xama konsistensiyasına düşdükdən sonra üzərinə 3 xörək qaşığı alma sirkəsi əlavə edilir. Bu zaman metallik qaşıqlardan istifadə etməyin. Alınmış qarışıq quru və təmiz saçlara yaxılıb 15-45 dəqiqə saxlanır. Bundan sonra saçlar yuyulur.
Xına və çay maskası.
1/2 fincan xına qəhvəyi saçlar üçün 1/4 fincan qara çay dəmilə, sarı saçlar üçün çobanyastığı dəmləməsi, qara saçlar üçün qəhvə ilə qarışdırılır. Bu zaman metallik qaşıqlardan istifadə etməyin. Alınmış qarışıq quru və təmiz saçlara yaxılıb 15-45 dəqiqə saxlanır. Bundan sonra saçlar yuyulur.
Qidalandırıcı maska.
Yarım stəkan gicitkənin üzərinə 3-4 çay qaşığı xına əlavə edilib qarışdırılır. Üzərinə xama konsistensiyasına düşənə qədər qaynar su əlavə edilir. Bu qarışığa yumurta sarısı da tökmək olar. Alınmış maska saçlara yaxılıb 1,5-2 saat saxlanır. Bundan sonra saçlar təmiz yuyulmalıdır.
Saç dibini möhkəmləndirən İran metodu.
Bu zaman xına qızdırılmış qatıq və ya kefirlə qarışdırılıb həftədə bir neçə dəfə saçlara yaxılır.
Saç dibini möhkəmləndirən maska.
Xına tozunun üzərinə 2 xörək qaşığı limon şirəsi, 2 ədəd yumurta və kəsmik (yoqurt da olar) əlavə edilib qatı kütlə alınana qədər qarışdırılır. Saçlara yaxılıb 30-40 dəqiqə saxlandıqdan sonra saçlar təmiz yuyulur.
Südlü xına.
1 ədəd yumurta sarısı, 100 qr süd və 100 qr xına qarışdırılıb nəm saçlara çəkilir. 15 dəqiqə qaldıqdan sonra isti su ilə təmiz yuyulur. Qarışığın tərkibində olan südün hesabına xına saçları boyamayacaq, ona görə saçlarını boyamaq istəməyənlər bundan istifadə edə bilərlər.
Xınanın saçlara düzgün qoyulma qaydası.
100 qr xına tozunun üzərinə 1/2 litr su əlavə edilib qarışdırılır. Daha sonra üzərinə saç tipinə uyğun olaraq 20-150 ml zeytun yağı (eyni zamanda bura (ancaq soyudulmuş pastaya) 2-3 çay qaşığı A və E vitaminləri də əlavə etmək olar) əlavə edilib 5 dəqiqə müddətinə saxlanır. Əgər lazım olarsa, qarışığın üzərinə bir qədər də su tökülür. Lakin bu xına pastasının nə çox duru, nə də çox qatı olması lazımdır. Alınmış qarışıq saçlara yaxılır, saçların üzərinə sellofan keçirilib üzərindən dəsmalla bağlanır ki, baş isti qalsın. Xına saçda 30 dəqiqədən başlamış 4 saata qədər qala bilər. Bundan sonra saçlar təmiz yuyulur. Xına dərini tez boyadığına görə ondan istifadə zamanı əlcək geyinmək məsləhət görülür. Həmçinin xına saçlara yaxılan zaman onun alına, qulaqlara, üzə düşmə ehtimalı olduğundan həmin nahiyələrə yağlı krem çəkilməlidir.

Rəylər