Dəvəgözü və ya aclıq otu fayda və ziyanları

Dəvəgözü və ya aclıq otu fayda və ziyanları

Dəvəgözü - latınca olliculj Sennae, Leguminosae (aclıq otu və ya qara səna) bitkisi bağırsaqları sürətləri işlədərək, effektiv şəkildə arıqladır, bəzən lazımlı mineralları da orqanizmdən uzaqlaşdırır. Hətta, insanlar dəvəgözü içməklə defekasiya aktını yəni böyük bayıra çıxmanı təmin edirlər və bu da çox uzun müddət içildikdə düz bağırsaq sallanması əmələ gətirə bilir. Tarixi Mesopotomiya dövrünə qədər gedib çıxan dəvəgözü bitkisi 1774 -cü ildə Misirdə bitki satılan yerlərdə, əttarlarda bu bitkidən elə bağırsaqların işləməsi üçün alınırdı. İlk tibbi kodekslərimizdən olan Düstur-Əl-ədviyyədə aclıq otunun həm meyvəsi, həm də yarpağı istifadə edilirdi. Səna bitkisinin tərkibində olan antraqlikopzidlər hesabına bağırsaq motorikasını sürətləndirir və bəzən ciddi ishal da yarada bilir.
Dəvəgözü (aclıq otu) faydaları:
- Piyləri parçalayır;
- Toxluq hissi yaradaraq, çəki itirməyi kömək edir;
- Mədə xəstəliklərinin sağalmasına kömək edir;
- Qəbizliyi aradan qaldırır;
- Təzyiqi normallaşdırır;
- Böyrəklərdəki duzu qovur;
- Bağırsaqlardakı parazitləri təmizləyir.
Tez -tez ishal olan insanların bu bitkidən istifadə etməyi, məsləhət görülmür.
Mədə ağrılarının, xüsusi ilə yeməkdən sonra yaranan mədə ağrıları, ağırlıq hissi, qaz toplanması, köpə qarşı zəyərək toxumu ilə birlikdə çay kimi dəmlənməklə, istifadə etmək olar.
Bu qarışımla az miqdarda stevia tozu qarışdırılmağla səhər ac qarına və axşam yatmazdan əvvəl istifadə etmək məqsədəuyğundur hesab edilir.
Resept
5-6 yarpaq 200ml qaynar suda dəmlənir 2 dəfə yeməkdən sonra qəbul edilir.
5 gün içilir 3 gün fasilə və yenidən təkrar olaraq həftədə 2-3 dəfə qəbul edilir