Şəkəri əvəzləyən Stevia bitkisi
Steviya bitkisi əsasən şəkərəvəzləyici kimi tanınır. Ona başqa cürə "şirin ot və ya şəkər otu" deyillər. Bu bitki emal edildikdən sonra şəkərə nisbətdə 300-400 dəfə daha çox dadlandırıcı xüsusiyyət qazana bilir. Bu möcüzəvi bitkinin ən əsas xüsusiyyəti isə qana insulin ifraz etmədən beyinə çatmasıdır. Bitkinin yarpaqlarının tərkibində unikal maddə steviozid vardır. Bu bitkini botanik Antonio Bertoni Stevus Paraqvayda tapıb, burada yerli hindular ondan içkiləri şirinləşdirmək üçün istifadə edirdilər. II dünya müharibəsi illərində şəkər çatışmazlığına görə ingilis hakimiyyəti steviyadan istifadə etməyi təklif etmişdir. 1997-ci ildə pentaqon amerika ordusunda əsgərlərin rasionuna steviya daxil etmişdir. Artıq uzun müddətdir ki, yaponlar steviadan qida və alkoqolsuz içki (Coca-Cola daxil olmaqla) istehsalında istifadə edirlər. Stevia rebaudiana növü əsasən istifadə edilir, Paraqvay və Braziliyada təbii halda bitir. Taylandda steviya yarpaqlarının dəmləməsi sidikqovucu kimi istifadə edilir. Steviya diş emalını zədələmir. Steviozidin 50 qramı 10 kq şəkəri əvəz edə bilir. Həmçinin azkalorilidir, 100 qram steviada yalnız 18 kalori var. Stevianın kimyəvi tərkibi olduqca zəngindir. Burada efir yağları, E, B, D, C, PP vitaminləri, amin turşuları, dəmir, mis, kalium, fosfor, sink, selen, maqnezium və s. kimi orqanizm üçün vacib maddələr var. Yaponiyada bu bitkidən kapsullar hazırlanır, bu kapsullar xroniki yorğunluq sindromunun qarşısını almaq üçün qəbul edilir. Stevia bitkisinin müalicəvi xüsusiyyətləri çoxdur qanda şəkərin səviyyəsini tənzimləyir, arterial təzyiqi aşağı salır, qanda xolesterinin səviyyəsini aşağı salır, damarları aterosklerozdan qoruyur, orqanizmi ziyanlı maddələrdən təmizləyir, iltihabları azaldır, bağırsaqlara antiseptik təsir göstərir, immun sistemini möhkəmləndirir,
metabolik prosesləri sürətləndirir.
Steviadan hazırlanan təbii şəkər əvəzedicisi kimyəvi şəkər əvəzedicilərlə müqayisədə ziyansızdır və bütün dünyada qida sənayesində (şirniyyatların, yoqurtun, saqqızın və s. məhsulların istehsalında) geniş istifadə olunur.
Steviadan çox faydalı və dadlı çay hazırlamaq da olar. Bunun üçün 1 xörək qaşığı stevia yarpaqlarını 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənməli və otaq temperaturunda soyudulduqdan sonra daxilə qəbul olunmalıdır. Bu içki iştahanı azaldır və bununla da arıqlamaq istəyənlərə kömək edir. Bir çox yerlərdə supermarketlərdə və fitostore.az online təbii mağazasında stevia ekstraktı hazır məhsul (toz) kimi satılır.
Bitkini evdə də əkmək lazımdır, amma qulluq tələb edir.

Rəylər