Kətan və ya zəyərək toxumu - reflüks zamanı
Zəyərək bitkisi
Linum usitatissimum
Zəyərəkkimilər (Linaceae) fəsiləsinə daxil olub birillik və ya çoxillik ot bitkisidir. Bu unikal bir bitki olub kifayət qədər bitki zülalı, vitaminlər, mikroelementlər və sellüloza ilə zəngindir. Çiçəkləmiş zəyərəyin əkin sahəsinə baxdıqda üzərində sanki mavi səma əks olunmuş zəif dalğalanan gölü xatırladır. Bu bitkidən hələ eramızdan əvvəl V-III minilliklərdə Misir, Suriya və Fələstində kətan parçalar hazırlanırdı. O zamanlar hazırlanan qədim və məşhur Sardiniya kətanı bütün dünyada çox qiymətli hesab edilirdi. Qədim Misirdə isə mumiyaları xoş ətirli bitki yağlarına hopdurulmuş kətan parçalara bükərək balzamlayırdılar. Qədim misirlilər hesab edirdi ki, zəyərək Allahın yaratdığı ilk bitkidir. Latın dilindən tərcümədə bitkinin adı “qismən faydalı” mənasını bildirir. Bu bitkinin müalicəvi təsiri haqda ilk qeydiyyatlar Hippokrata məxsusdur. O, bu bitkini mədə xəstəliklərinin müalicəsində istifadə etməyi tövsiyə etmişdir. Orta əsr Tibet təbabətində bu bitkidən daxili orqanların iltihabi xəstəliklərində, çiçəklərindən isə göz xəstəliklərində istifadə edirdilər. Kanada və ABŞ-nın Səhiyyə Nazirliyi tərəfindən sağlam həyat tərzi üçün zəyərək toxumlarının gündəlik qida rasionuna daxil olmasına dair qərar qəbul edilmişdir.
Zəyərək əsasında müxtəlif reseptlər.
Zəyərək sıyığı. 1 stəkan qaynayan südün və ya suyun üzərinə 1-2 xörək qaşığı xırdalanmış zəyərək toxumu əlavə edilib qarışdırılır. Ağzı bağlı şəkildə 1-2 dəqiqə saxlanılır, daha sonra üzərinə zövqə görə duz, şəkər və ya bal əlavə edilir. Yaxşı olar ki, bir çox sıyıqların hazırlanması zamanı onların qida dəyərliliyini artırmaq və dadını yaxşılaşdırmaq üçün onlara yarıbayarı zəyərək əlavə edilsin.
Zəyərək kokteyli. 200 ml ananas şirəsinin və ya hər hansı neytral meyvə şirəsinin üzərinə 1 xörək qaşığı zəyərək unu, 1 çay qaşığı zəyərək yağı əlavə edilib qarışdırılır və 5-10 dəqiqə saxlanılır.
Mədə üçün müalicəvi zəyərək sıyığı. 2 çay qaşığı xırdalanmış zəyərək toxumunun üzərinə 1 stəkan qaynar su əlavə edilib 10-15 dəqiqə müddətinə dəmlənilir. Bunu başqa cürə də hazırlamaq olar: 2 xörək qaşığı xırdalanmış zəyərək toxumunun üzərinə 1 stəkan yoqurt əlavə edilib qarışdırılır və yeyilir.
Zəyərək çayı. 1 xörək qaşığı qurudulmuş zəyərək otunun üzərinə 200 ml qaynar su əlavə edilib dəmlənilir. Gündə 3-4 dəfə daxilə qəbul edilir.
Zəyərəyin seliyi. 1:30 nisbətində zəyərək toxumu və qaynar su 15 dəqiqə müddətinə yaxşıca qarışdırılır. Süzülüb sıxıldıqdan sonra gündə 3 dəfə 1/4 stəkan yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 2-3 həftədir.
Zəyərək yağı. Gündə 4-5 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.
Zəyərək kiseli. Zəyərəyin toxumları üyüdücüdə un halına salınır. 1 stəkan qaynar suyun üzərinə alınmış undan 2 çay qaşığı əlavə edilir. Periodik olaraq sobanın üzərində 10-15 dəqiqə qarışdırılır. Odun üzərindən götürülür və soyudulur. Süzüldükdən sonra yeməkdən 20 dəqiqə əvvəl içilir. Şəkər tozu əlavə etmək olmaz.
Zəyərək halvası. Zəyərək unu və bal 2:1 nisbətində qarışdırılır. Qarışıq bir qədər su ilə qarışdırılır. Bundan sonra qarışığın üzərinə yuyulmuş və isladılmış kişmiş, ərik qurusu əlavə edilir. Halva hazırdı.
Bulka və müxtəlif şirniyyatların hazırlanması zamanı dadı yaxşılaşdırmaq üçün una 1/10 hissə zəyərək unu əlavə etmək olar.
Saçlar üçün zəyərək maskası. Quru və boyanmış zədəli saçlar üçün zəyərək yağı effektiv bir vasitədir. Bu zaman zəyərək yağı qızdırılaraq həftədə 2-3 dəfə saçın dibləri bu yağla masaj edilir. Müalicə kursu 2-3 həftədir.
Üz dərisi üçün zəyərək maskası. 2 xörək qaşığı zəyərək toxumlarının üzərinə 2 stəkan qaynar su əlavə edilib qatı kütlə alınana qədər qaynadılır, soyudulduqdan sonra üzə tənzif qoyularaq üzərindən zəyərək maskası yaxılır. Üzdə 20 dəqiqə qaldıqdan sonra üz dərisi sərin su ilə yuyulur və qidalandırıcı krem yaxılır. Bu maska quru və iltihablaşmaya meyilli dəri üçündür. Yağlı dəri üçünsə zəyərəyin unu eyni miqdarda yulaf unu və südlə qarışdırılır, dəriyə yaxılıb 15-20 dəqiqə saxlanılır.
Əl dərisi üçün zəyərək maskası. Çiy yumurtanın sarısı 1 xörək qaşığı zəyərək yağı, 1 xörək qaşığı bal və 1 ədəd limonun şirəsi ilə qarışdırılır, əllərə yaxılır, üzərindən əlcək geyinilir və 2-3 saat saxlanılır. Bu maska qabıqlanan əl dərisi üçün daha münasibdir.
İshal zamanı məsləhət deyil, həmçinin 4-6 həftədən artıq istifadə etməməli və fasilə verdikdən sonradavam etməli.
Zəyərək toxumu və yağı əldə etmək üçün www.fitostore.az
Mədə və onikibarmaq bağırsağın iltihabı və xora xəstəliyinin təbii üsullarla müalicəsini edən fitoterapevt, Dr. Elnur Eldaroğlu
+994703042653 vatsap
Youtube: Tebabet TV kanalında xəstəliklərin müalicəsiylə bağlı videolara baxa bilərsiniz.

Rəylər