Ağ tut iltihab əleyhinə

Ağ tut iltihab əleyhinə

Təzə ağ tutla qurudulmuş ağ tut arasında təsir baxımından çox önəmli fərqlər var. Ağ tut qış ayları üçün yay mövsümündə günəş altında qurudulduğu zaman elə bir dəyişikliyə uğrayır ki, ekzema xəstəliyinə qarşı möcüzəvi nəticə verir. Tutun yarpaqlarında xüsusi təbii antibiotik və antiseptik xüsusiyyəti olan təsiredici maddələr (dihidroksichromon, albanin, sitrik, askorbin turşusu və s.) var. Şəkər xəstələrində gec sağalan yaralara qarşı təzə tut yarpağından hazırlanmış və ilıq olaraq istifadə edilən tut yarpağı çayı ən yaxşı sarğı üsullarındandır. Qanda iltihab göstəricilərindən olan CRP dəyərini düşürdə bilir.
Ağ tutdan ekzema zamanı geniş istifadə edilir. Ekzema dərinin allergik mənşəli, tez-tez kəskinləşən və uzunmüddətli xroniki gedişə malik iltihab xəstəliyidir.
Statistikaya görə, dəri xəstəliklərinin 30-40 faizini ekzema təşkil edir. Xəstəlik bütün yaş qruplarında inkişaf edə bilir. Adətən ilk dəfə ekzema insanda uşaq yaşlarında başlayır. Bu xəstəlik üçün qızartı - düyün, qovuqcuq - sulanan eroziya, qartmaq - qabıqlanma kimi üç ardıcıl mərhələdən ibarət polimorf səpkilər xarakterikdir. Lakin xəstələr səpgi ilə yanaşı, qaşınma və göynəmə hissindən də şikayət edirlər. Həmçinin, qaşınma ilə birlikdə dəridə ikincili irinli infeksiyaların da yaranma ehtimalı yüksək olur. Ekzema xəstəliyinin ağırlaşmış gedişi nevroza gətirib çıxarır, yuxusuzluq, əsəbilik meydana çıxır, eləcə də dəridə kosmetik pozulmalar (qüsur) dərinləşir. Xəstəliyin etiopatogenezi sona qədər öyrənilməsə də, onun müalicəsi yaranan forma və gedişatından asılıdır.
Resept: Yarım litr qaynanmış suyun içərisinə bir ovuc ağ tut qurusu əlavə edib 10 dəqiqə vam odda dəmləyin, Su soyudulqudan sonra, ilıq halda ekzema olan əllərinizi suyun içərisində saxlayın 10 dəqiqə. daha sonra bir saat əllərinizi yumayın. Əgər qollar, ayaqlar və digər nahiyələrinizdə varsa suyu qabdan götürüb zədələnmiş nahiyələrə qoyun.
Qanda iltihab göstəricisi olan CRP dəyərini aşağı salmaq üçün resept:
500 ml qaynar suya 30 q ağ tut qurusu və ya təzəsini (48 saat keçmiş) dəmləyin. 20 dəqiqə keçdikdən sonra alınmış məhlulu səhər-axşam yeməkdən 30 dəqiqə öncə daxilə qəbul edin. 4 həftə istifadə edə bilərsiniz.
Ağ tutun meyvələri yaxşı qan əmələ gətirən vasitədir (onda dəmirin miqdarı çox olduğu üçün), maddələr mübadiləsinin normal hala düşməsinə kömək edir, zəif işlədicidir, tərlədici, sidikqovucu və bəlğəmgətirici təsirə malikdir.
Azərbaycanda ağ tutun bəkməzindən qaraciyər və qan azlığı xəstəliklərində geniş istifadə edilir. Yarpaqlarının çayı avitaminozda (qidada vitaminlərin azlığı nəticəsində törəyən xəstəlik) ümumi qüvvətləndirici kimi məsləhətdir. Müəyyən edilibdir ki, yarpaqlarından hazırlanan dərman şəkəri aşağı salmaq təsirinə malikdir.