Göy rəngli süsən
Göyqurşağı sayılan göy rəngli süsən Novruz gəlişini öz gözəlliyi ilə qarşılayır.
Süsən çiçəyi təbiətin yaratdığı gözəl canlı abidədir. Çox qədim zamanlardan bizə qədər gəlib çatan bir xalq əfsanəsində bu zərif çiçək haqqında deyilir ki, min il bundan qabaq ilk süsən çiçək açır. O, qədər gözəl olur ki, bütün quşlar və heyvanlar onu sevməyə başlayır.
Bitkinin adı “İris”, “İdos” yunan sözü olub, “göy qurşağı” mənası verir. Beləliklə müxtəlif rənglərdə olan süsən çiçəklərini gözəllik rəmzi olan göy qurşağına bənzədirlər.
Qədim insanlar hər hansı bitki ilə tanış olan zaman onun müalicəvi xüsusiyyətlərinə fıkir verirdilər. Yunan həkimi Dioskorid (bizim eranın I əsrində) “Dərman vəsaiti” əsərində süsənin müalicəvi xüsusiyyətlərindən geniş söz açır. Süsənin yarpaq, kökümsov və kök hissələri dərman, aşı maddəsi, ədviyyat və s. əldə etmək üçün əvəzsiz xammal sayıla bilər. Belə ki, 300 ildən artıqdır ki, İtaliyada “bənövşə kökü” adı ilə məşhur olan Florensiya süsənindən yüksək keyfiyyətli, xoş ətirli, iron maddəsi ilə zəngin efır yağı istehsal olunur. Bu yağdan isə incə bənövşə çiçəyinin iyini xatırladan ətir alınır. Süsənin bir çox növlərinin kökümsov və yarpaq hissələrində C vitamini, karotin, flavonoid, aşı maddəsi, kversetin, lyuteolin, 57%-ə qədər nişasta, 9,6% piyli yağ, qətran və s. maddələr tapılmışdır.
Süsənin yarpaq, kökümsov və kök hissələri dərman, aşı maddəsi, ədviyyat və s. əldə etmək üçün əvəzsiz xammal sayıla bilər.
1. Kökü qurudularaq diş məcunu şəklində hazırlanıb antiseptik kimi istifadə edilir.
2. Həmçinin qusdurucu və bəlğəmgətirici kimi qəbul edilir.
3. Sidikqovucu və yara sağaldacaq təsirləri mövcuddur.
Resept: 40 qram süsən kökü və kökümsovu 1 litr qaynar suda yarım saat dəmlənərək gün ərzində 3 dəfə həmin məhlul qəbul edilir və yaraların üzəri silinir.
2 həftə müddətində istifadə edilir.
Hamiləlik və 2 yaş uşaqlara qədər daxilə qəbul tövsiyə olunmur.

Rəylər