Bronxial Astma əleyhinə reseptlər

Bronxial Astma əleyhinə reseptlər

Bronxial astma – xroniki xəstəlik olub, periodik tutmalarla xarakterizə edilir. Astma xəstəliyinin tutmaları ağırlıq dərəcəsinə görə müxtəlif olur. Yüngül öskürmə formasından başlamış həyatı təhlükə altına alan ağır boğucu öskürmə formalarına qədər variasiya edə bilir.
Öskürək tutmalarının başvermə mexanizmi belədir: bronx və bronxiollar daralır, döş qəfəsi sıxılır, tənəffüs çətinləşir. Tənəffüs yollarının selikli qişası ödemləşir və kirpikli epitelin hərəkətinə mane olur. Selikli qişadakı selik ifraz edən vəzilər qıcıqlanır və həddən artıq selik ifraz etməyə başlayır. Nəticədə ağciyərlərdə havanın ventilyasiyası çətinləşir. Zamanla tutmalar daha da ağırlaşır və ağciyər toxumasında geriyədönməyən dəyişikliklərə, ağciyərin xroniki xəstəliklərinə səbəb olur.
Bronxial astma xəstəliyinin müalicəsində istifadə edilən bəzi xalq təbabəti üsulları
• 1 çay qaşığı adaçayı yarpağı 0,5 litr qaynar suda dəmlənir. 10 dəqiqədən sonra süzülür və gündə 2-3 stəkan içilir.
• Andız otu əzilib balla qarışdırılaraq yeyilir.
• Yarım çay qaşığı nazik şəkildə kəsilmiş andız otu orta ölçülü stəkanda soyuq suya qoyulur və 8-10 saat dəmləndikdən sonra süzülür. Gündə 2-3 stəkan isidilir və isti çay şəklində içilir.
• 50 q qara çörəkotu yağı 10 q rozmarin yağı ilə qarışdırılır və bu qarışıqdan gündə 2 dəfə yarım çay qaşığı daxilə qəbul olunur.
• 1 xörək qaşığı quru və ya təzə böyük bağayarpağı yarpağının üzərinə 1 stəkan qaynar su tökərək 15 dəqiqə saxlayıb süzürlər. Ondan gündə 4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edirlər. Belə resept də istifadə etmək olar: 3 xörək qaşığı xırdalanmış təzə yarpaqları 3 xörək qaşığı balla və ya şəkər tozu ilə qarışdıraraq 4 saat bağlı qabda odun üzərində qızdırırlar. Bu şərbətdən gündə 4 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 çay qaşığı qəbul edirlər.
• Soğan bal ilə qarışdırılır və gün ərzində yeyilir.
• Dağ kərəvizi yarpağı südlə birlikdə qaynadılır və içilir. Kətan toxumu isə dəmlənərək bu qarışıqdan sonra içilir.
• Astma tutması zamanı qabıqlı kartofu qaynadıb yorğana bürünərək buxarında nəfəs almaq lazımdır. Təmizlənmiş kartofu da qaynatmaq olar. Bu xəstəliyin müalicəsi zamanı təzə, ya da qurudulmuş mərcangilə yarpağının və ya meyvəsinin çayından çox miqdarda istifadə etmək məsləhətdir. Tutma səngiyən kimi uzanaraq isti bürünmək lazımdır.
• Bir xörək qaşığı başinağacı giləmeyvəsini əzib 1 stəkan isti suda qaynadaraq bu qarışığa 1 xörək qaşığı bal əlavə edilir. 20 dəqiqə vam odda qaynadaraq süzülür. Bu qarışığı gün ərzində 1 xörək qaşığı olmaqla 1,5-2 saatdan bir qəbul etmək lazımdır.
• Astmalı və hipertoniyaya meyilli xəstələr üçün təzə başinağacı giləmeyvəsinin təzə sıxılmış şirəsini gün ərzində 1 xörək qaşığı olmaqla 8 dəfə qəbul etmək məsləhətdir.
• 100 qram sarımsaq və xardal əzməsinə, 150 qram kərə yağı və 600 qram bal əlavə edib qarışığı isti su hamamında qarışdıra-qarışdıra qaynatmaq, daha sonra isə kip bağlanmış qabda qaranlıq və sərin yerdə saxlamaq lazımdır. Qarışığı yeməkdən 1 saat əvvəl 1 xörək qaşığı qəbul etmək məsləhətdir. Müalicə 2 ay davam edir. Müalicəni 1 aylıq fasilələrlə sağalanadək davam etdirmək lazımdır.
• 3 diş əzilmiş sarımsağa 5 ədəd qabıqla birlikdə əzilmiş tumsuz limon qatılıb üzərinə 1 litr otaq temperaturunda olan qaynadılmış su əlavə olunur, 5 gün qaranlıq və sərin yerdə saxlanır (periodik olaraq qarışığı silkələmək şərtilə). 5 gündən sonra qarışıq sıxılır və alınmış maye tənzifdən süzülür. Gün ərzində 5 dəfə olmaqla yeməkdən 20 dəq. əvvəl 1 xörək qaşığı daxilə qəbul edilir.
• 400 qr zəncəfil yuyulur və qabıqdan təmizlənilir. Sürtgəcdən keçirildikdən sonra butulkaya yığılıb üzərinə spirt əlavə edilib 14 gün isti və ya gün düşən yerdə sarı rəng alanadək saxlanılır (periodik olaraq qarışığı silkələmək şərtilə). Süzüldükdən sonra gündə 2 dəfə 1 çay qaşığı qarışıq 100 ml su ilə qarışdırılaraq yeməkdən sonra daxilə qəbul edilir.
• 3 litr südün zərdabı üzərinə 1 stəkan bal və 100 qr xırdalanmış andız kökü əlavə edilib qarışdırılır. Qarışıq gündə 3 dəfə 0,5 stəkan olmaqla yeməkdən 30 dəq. əvvəl daxilə qəbul edilir.
• 100 qr bağ gəndalaşının üzərinə 100 ml spirt əlavə edilib 3 gün saxlanılır. Alınmış cövhərdən 30 damcı gündə 3 dəfə içilir.

Rəylər

Oxşar məqalələr