Qaraciyər sirrozu zamanı fitoterapiya və pəhriz
Qaraciyərin sirrozu
Qaraciyərin sirrozu – xroniki ağırlaşan xəstəlik olub, qaraciyər strukturunun tədricən dağılması və hüceyrələrinin sayının azalması ilə özünü biruzə verir. Xəstəliyə mədəüstü və sağ qabırğaaltı nahiyədə ağrı, qida qəbulundan, fiziki və emosional gərginlikdən sonra ağrının artması, ürəkbulanma, qusma, ağızda acılıq, qarnın köpməsi, dəri qaşınması kimi əlamətlər xarakterikdir. Qaraciyərin sirrozuna tutulan xəstələr əsəbi olur, tez qıcıqlanır, yorulur, iş qabiliyyəti aşağı düşür, bədən hərarəti yüksəlir. Dəri və selikli qişaların saralması, qarının ön divarında venaların genişlənməsi, ovucların, dodaqların və dilin qızarması, qarında mayenin toplanması (assit), aşağı ətrafların şişməsi də xəstəliyin xarakter əlamətləridir.
Xalq təbabəti qaraciyər sirrozunun müalicəsində həm bitkilərin müxtəlif qarışıqlarından, həm də tərəvəzlər, yağlar, gil və digər vasitələrdən istifadə edir.
Müalicədə ilk addım – pəhriz
Müalicəni pəhrizdən başlamaq lazımdır. Xəstənin qida rasionundan ilk növbədə alkoqol çıxarılır, qəbul edilən dərman maddələrinin miqdarı minimuma endirilir. Qida tamkeyfiyyətli olmalı, yəni zülalların, karbohidratların və mineralların lazımi miqdarını saxlamalıdır. Yağların qəbulu məhdudlaşdırılmalı, heyvani yağlar bitki yağları ilə əvəz olunmalı, lakin rasiondan tam çıxarılmamalıdır. Çünki yağlar ödqovucu təsirə malikdir, həmçinin bir çox vitaminlər (A, D, E, K) yağda həll olaraq sorulur. Xəstələr daha çox yarma sıyıqları, düyü, kartof, meyvə və tərəvəzlər, yağsız ət, balıq, yumurta, süd qəbul etməlidir. Yeməkləri qızartmaq və ya yağda qızdırmaq olmaz, buxarda bişirilməyə üstünlük verilməlidir. Qidadan köp əmələgətirən məhsullar – noxud, paxlalılar, turp, xiyar, soğan, şirniyyat çıxarılmalıdır. Mayelərdən təzə dəmlənmiş açıq çay, süd, qatıq, meyvə və tərəvəz şirələri məsləhətdir.
Qaraciyərin bərpasını sürətləndirən bitki qarışığı
Hərəsindən 1 xörək qaşığı dazıotu otu, adi dağtərxunu çiçəkləri, boymadərən otu, aptek çobanyastığı çiçəkləri, atpıtrağı kökü, itburnu meyvəsi, adaçayı yarpağı, andız kökü, qurdpəncəsinin kökü və yatıqqanqal otu xırdalanıb qarışdırılır. Alınan yığıntıdan 1-2 xörək qaşığı 200 ml (1 stəkan) qaynar suda vam odda 30 dəq. dəmlənir, 10 dəqiqə otaq temperaturunda soyudulur və süzülür. Dəmləməyə qaynadılmış su qatılaraq həcmi 1 stəkana çatdırılır. Gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl yarım stəkan daxilə qəbul olunur.
Ödemlərlə müşayiət olunan sirrozlarda bitki qarışığı
Hərəsindən 1 xörək qaşığı adonis otu və dəmrovotu otu, hərəsindən 2 xörək qaşığı çöl qatırquyruğu otu və boymadərən otu xırdalanıb qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı 200 ml (1 stəkan) qaynar suda vam odda 30 dəqiqə müddətində dəmlənir və süzülür. Gündə 2 dəfə yeməkdən 30 dəqiqə əvvəl yarım stəkan qəbul edilir.
Qaraciyərin işini yaxşılaşdırmaq üçün bitki qarışığı
Hərəsindən 80 qr ayrıqotu otu və itburnu meyvəsi, 40 qr gicitkən yarpaqları qarışdırılır, yığıntıdan 3 xörək qaşığı götürülərək üzərinə 400 ml (2 stəkan) soyuq su tökülür və bir gecə saxlanılır. Səhər bir neçə dəqiqə qaynadılır və termosa tökülür. Gün ərzində kiçik qurtumlarla qəbul edilir.
Sirroz zamanı tərəvəz şirələri faydalıdır
Yerkökü, çuğundur və xiyardan 10:3:3 nisbətində şirə hazırlanır. Gündə 250 ml 3-4 həftə ərzində içilir. Eyni qaydada istifadə üçün yerkökü və ispanaqdan 5:2 nisbətində şirə hazırlamaq olar.
Südlə müalicə
70-800C-dək qızdırılmış 100 ml südə eyni miqdarda yerkökü şirəsi əlavə edilir və bir ay müddətində hər səhər acqarına qəbul edilir. Gərəkli hallarda bir həftəlik fasilədən sonra müalicə kursu təkrar olunur.
Gillə müalicə
Sirrozun ilkin mərhələlərində müalicə məqsədilə gil aplikasiyalarından istifadə olunur. Gündə 1-2 dəfə 2 saat müddətində qaraciyər nahiyəsinə yaşıl və ya mavi gildən lövhə qoyulur.
Ağ gil isə daxilə istifadə olunur. 1 çay qaşığı ağ gil 1 stəkan itburnu dəmləməsi ilə qarışdırılır və gündə 2 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı qəbul eilir. Müalicənin müddəti 2 həftədir.
Yarımqiymətli daşlar və minerallar
Müalicədə akvamarin, almaz, firuzə, mirvari, zümrüd, malaxit, nefrit kimi minerallardan istifadə olunur.
Yağlarla müalicə
1/4 stəkan zeytun yağı eyni miqdarda qreypfrut şirəsi ilə qarışdırılır. Yatmazdan qabaq yeməkdən ən azı iki saat keçibsə qəbul edilir. Bundan qabaq xəstəyə təmizləyici imalə qoyulur.
Həkim-fitoterapevt müalicəsi üçün vatsap +994703042653
Youtube: Tebabet TV kanalında bir çox bitki və müalicələrlə bağlı videoları izləyə bilərsiniz.

Rəylər