Sistit - sidik yolu infeksiyaları zamanı bitki reseptləri

Sistit - sidik yolu infeksiyaları zamanı bitki reseptləri


Sistit - sidik kisəsinin iltihabi xəstəliyidir. Tez-tez ağrılı sidik ifrazı, sisik kanalında yandırıcı ağrılar, ağrının qarnın aşağı hissəsinə və aralığa yayılması, sidik kisəsində doluluq hissiyyatı ilə müşayıət olunur. Sidik çox kiçik porsiyalarla xaric olur, ağır hallarda isə damcı-damcı tökülür, bəzən qan qarışıqlı olur. Bədənin hərarəti 37-380C-dək yüksələ bilər. Sistitin yaranmasına səbəb sürəkli soyuqlamalar, sidik-cinsiyyər üzvlərinin infeksiyaları, kimyəvi maddələrlə qıcıqlanma, sidik yollarında aparılan kiçik əməliyyatlar ola bilər.
Diqqət! Az hərəkətli həyat tərzi də sistitin əmələ gəlməsinə şərait yaradır. Buna görə də işiniz oturaqdırsa, hər saatdan bir ayağa qalxıb 3-5 dəqiqə ərzində gəzişin.
Sistitin müalicəsində həm bitki, meyvə və tərəvəzlərdən, həm də fototerapiya, neft məhsulları ilə müalicə üsullarından istifadə olunur.
Fitoterapiya
Ayıqulağı yarpaqlarının dəmləməsi
2 xörək qaşığı xırdalanmış yarpağın üzərinə 500 ml qaynar su əlavə edilir, 20 dəq. müddətində vam odda qaynadılır. 1/2 stəkandan gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edir. Bu dəmləmə spazmı və ağrını azaldır, mikrob əleyhinə təsir göstərir.
Tozağacı yarpağı dəmləməsi
2 xörək qaşığı tozağacı yarpağı xırdalanır, üzərinə 500 ml qaynar su tökülür və ağzı bağlanaraq 2 saat saxlanır. Süzüldükdən sonra gündə 3-4 dəfə, hər dəfə yarım stəkandan yeməkdən əvvəl ilıq şəkildə qəbul edilir. Sidik yollarının zəstəliklərində güclü iltihab əleyhinə təsir göstərir.
Çöl paxlagülü kökünün dəmləməsi
1 xörək qaşığı kök xırdalanır üzərinə 250 ml qaynar su tökülür və 1 saat müddətində dəmlənir və gün ərzində az-az içilir. Dəmləmə iltihab və mikrob əleyhinə təsirlərə makidir. Qankəsici olduğundan
Qarğıdalı saçağı dəmləməsi
4 xörək qaşığı qarğıdalı saçaqları 500 ml qaynar suda 2 saat müddətində dəmlənir və süzülür. Yarım stəkandan gündə 3 dəfə yeməkdən əvvəl qəbul edilir. Bu dəmləmə sidikqovucu və mikrob əleyhinə təsir göstərir.
Bitki qarışıqları ilə müalicə
Ayrı-ayrı istifadə olunan bitkilərə nəzərən bitki qarışıqları kompleks təsirinə görə daha faydalıdır.bitki yığıntılarının dəmləmələri həm spazmolitik və ağrıkəsici, həm də güclü antimikrob, iltihab əleyhinə və sidikqovucu təsirlər göstərir.
Yığıntı I
Hərəsindən 2 xörək qaşığı yağçiçəyi otu, bağayarpağı yarpağı, ayıqulağı yarpağı və tozağacı tumurcuğu, hərəsindən 1 xörək qaşığı zirə meyvəsi və qurd pəncəsi otu xırdalanıb qarışdırılır. Bu qarışıqdan 3 xörək qaşığı götürülür, üzərinə 1 litr soyuq su tökülür. 12 saat saxlandıqdan sonra 10 dəq. qaynadılır və süzülür. 1 stəkandan gündə 3-4 dəfə yeməkdən sonra qəbul edilir.
Yığıntı II
Hərəsindən 2 xörək qaşığı tozağacı yarpağı, şirin biyan kökü, ayıqulağı yarpağı və qarğıdalı saçaqları qarışdırılır. Yığıntıdan 1 xörək qaşığı götürüb üzərinə qaynar su tökülür və 30 dəq. müddətində su hamamında və ya vam odda dəmlənir. Soyudulub süzüldükdən sonra gündə 4 dəfə yarım stəkandan yeməkdən yarım saat əvvəl qəbul edilir.

Həkim-fitoterapevt müalicəsi müraciət vatsap +994703042653
Youtube: Tebabet TV kanalında videoları izləyə bilərsiniz.