Qovurğanın (qorğa) faydaları
Hələ ta qədimdən süfrələrimizin bəzəyi olan buğda qovurması indi bayramlarda belə çox az rast gəlinir. Halbuki faydasını oxuyandan sonra bayram gözləmədən ciblərinizə doldurub çərəzləyəcəksiniz. Qovurğa nənələrimizin uzun illər əvvəl hazırladığı ləzzətli bir çərəzdir. Təəssüflər olsun ki, illər keçdikcə qovurğa hazırlamaq unudulur. Baxmayaraq ki, xüsusilə də bayramlara özəl hazırlanan qovurğanın ləzzəti ilə yanaşı insan orqanizminə də inanılmaz faydaları var.
Qovurğa təkcə buğda deyil, noxud, fındıq içi, kətan toxumu və badam içi də əlavə edilərək hazırlana bilir. Buğdanı əvvəlcədən təmizləyin, yumşalması üçün suda saxlayın, daha sonra zəif ocaqda qaynadın, bişirdikdən sonra süzün, istəyə görə suyuna qaya duzu əlavə edə bilərsiz.
Bir tavanı isidin. Təmizlənmiş buğdanı orta temperaturda 7-10 dəqiqə boyunca qovurun. Daha sonra digər çərəzləri buğdaya qarışdıraraq qovurun.
İmmun sistemi möhkəmləndirən, mineral çatışmazlığını aradan götürən, ürəyi qüvvətləndirən, saç tökülməsinin qarşısını alan, beyin qan dövranını yaxşılaşdıran və enerji verən qovurğanı uşaqdan-böyüyə hər kəs istifadə edə bilər. Görməni yaxşılaşdrımaq üçün də istifadə edilir, çünki tokoferolla yəni E vitamini, sink və selenlə ilə zəngindir. Koronavirus kimi bir sıra virus xəstəliklərindən sonra reabilitasiya dövründə qovurğa və buğda cücərtisi istifadə etmək tövsiyə olunur. Koronavirus xəstəliyində onsuz da dəstək terapiya kimi minerallara ehtiyac duyulurdu. Buğdadakı liflər üzdəki sivilcə və qara nöqtələrlə mübarizədə, toksinlərin dəridən təmizlənməsinə kömək edir. Qovurğa uşaqların fiziki və zehni sağlamlığına müsbət təsir göstərir. Qəbizliyin qarşısını aldığı kimi, bağırsaqlardakı hərəkətliliyi artıraraq toksinlərin sağlam şəkildə çıxarılmasını təmin edir və bədəni təmizləyir. Qovurğa fərqli bölgələrdə fərqli şəkildə hazırlana bilir.
Şəki-Qəbələ bölgəsində düyü də qovrulur və bunu dadan biri kimi deyə bilərəm ki, qovrulmuş düyünün də öz ləzzəti var. Həmçinin Qarabağ mətbəxinə aid qovurğa qovurma üsulu da var.
Lazım olan ərzaqlar:
1 kq qovurğalıq buğda
0,5 kq çətənə (alaqanqal toxumu)
0,5 kq küncüt
50 qram kərə yağı

Rəylər