Buğda cücərtisi və məcunu

Buğda cücərtisi və məcunu

Buğda cücərtisinin tərkibində insan orqanizmində sintez olunmayan, lakin saysız faydası olan 10 əvəzolunmaz aminturşu vardır.
Buğda cücərtisinin tərkibi B qrupu vitaminləri ilə zəngindir. Bu vitamin sayəsində həzm, ürək-damar, sinir sistemi normal fəaliyyət göstərir.
Buğda cücərtisinin tərkibində həmçinin dərini gənc saxlayan və onun sağlığını təmin edən E vitamini də vardır. Həmçinin potensiyanı artırır və əlavə enerji verir.
Buğda cücərtisi xüsusilə qanazlığı, artroz, ateroskleroz, piylənmədən əziyyət çəkənlər üçün faydalıdır.
Buğda cücərtisini mütəmadi istifadə etməklə şəkərli diabetdən qorunmaq olar.
Buğda cücərtisi orqanizmi möhkəmləndirir, bədən tonusunu artırır, əhval-ruhiyyəni yaxşılaşdırır.
Buğda cücərtisinin hazırlanma qaydası:
buğda təmizlənib yuyulur, boşqaba 1 qat sərilib üzərinə çıxana qədər su tökülür, üzəri nazik salfet qatı ilə örtülüb pəncərə kənarına qoyulur. Cücərtilərin uzunluğu 1-2 sm olduqda aralarında cücərməyənlər seçilib atılır, yerdə qalanlar axar su altında yuyulub blenderdən keçirilir. Xırdalanmış buğda cücərtisi ağzı bağlı şəkildə soyuducuda 4 gündən artıq olmamaq şərtilə saxlana bilər.
Buğda cücərtisinin istifadə qaydası:
Profilaktik məqsədlə istifadə edildikdə hər gün səhərlər acqarına 1/4 çay qaşığı qəbul etmək olar.
Cücərti yaxşı çeynənməli, cücərti süd və süd məhsulları ilə yeyilməməli, aktiv mədə xorasından əziyyət çəkənlərə və qlütenə qarşı allergiyası olanlara da olmaz.
Buğda cücərtisi və ya rüşymindən məcun hazırlayın orqanizm mütəmadi xəstəliklərə qarşı dözümlü olsun

Buğda cücərtisi toz halına salınır 100 q
Çörəkotu toxumu tozu 100 q
Darçın 50 q
Jenşen 30 q
Çiçək tozu 100 q
Zəncəfil 20 q
Arı südü 10 q
Bal 800 q
Qarışdırıb, gündə 2-3 dəfə bir çay qaşığı daxilə qəbul edilir.

www.fitostore.az