Herpes - təbii üsullarla müalicəsi
Herpes (uçuqlama) – virus mənşəli xəstəlik olub, sadə herpes virusu tərəfindən törədilir.
Herpesin 3 tipi müəyyən olunur:
Kəmərləyici herpes (dəmrov) – təbii çiçək viruslarına çox bənzəyən viruslar
tərəfindən törədilir. Adətən xəstəliyə ümumi soyuqlama təkan verir. Yoluxma
kəmərləyici dəmrovla xəstə insanla və ya virusun daşıyıcısı ilə kontakt zamanı baş
verir.
İnfeksiya bir qayda olaraq udlağın selikli qişasında və badamcıqlarda lokallaşır,
buradan isə qana keçərək sinir sistemini və dərini zədələyir. Xəstəliyin əsas əlamətləri
yüksək hərarət, ümumi nitoksikasiya, qaşınma, səpkilərdir.
Zədələnmə adətən birtərəfli olur, əsasən üz, döş qəfəsi və bel nahiyələrini əhatə
edir. Güclü ağrılar əmələ gəlir, ağrı bəzən dözülməyəcək dərəcədə güclü olur, hərəkət
və dəriyə toxunan zaman artır. Bir neçə gündən sonra dəridə kiçik ölçülü suluqlu
səpkilər əmələ gəlir. Qovuqcuqların içindəki maye əvvəlcə seroz (şəffaf) olur, sonrakı
günlərdə isə irinləyir. 4-5-ci günlərdə səpkilərin səthi quruyur, büzüşür və qonur
rəngli qartmağa çevrilir. Xəstəlik orta hesabla 7-10 gün, bəzən isə 4-5 həftəyədək
davam edir.
Sadə herpes – eyni adlı virus tərəfindən törədilir. Əsasən dərinin, selikli qişaların,
mərkəzi sinir sisteminin, hətta daxili orqanların zədələnməsi baş verir. Xəstəliyin
gedişi insanın immun sisteminin vəziyyətində asılıdır.
Sadə herpesə bir neçə yolla yoluxmaq olar. İlk növbədə, infeksiya mənbəyi ilə
kontakt. Bu həm xəstə insan, həm də virusla çirklənmiş əşyalar ola bilər. Bundan
əlavə hava-damcı yolu, virusun daşıyıcısı ilə cinsi əlavə və transplasentar (anadan
dölə) yolla da yoluxmaq olar. Sadə herpes virusu orqanizmə daxil olan kimi bütün
orqanları zədələməyə başlayır. Orqanizmin maye mühitlərində - qanda, sidikdə, ağız
suyunda, spermada, burunun və udlağın seliyində, dölyanı mayedə tapılır. Bu virus
xəstəliyi xroniki olub, orqanizmin immuniteti zəiflədikdə (soyuqlama, yorulma, sinir
gərginliyi, qrip) aktivləşir.
Virusa yoluxandan xəstəliyin əlamətləri əmələ gələnə qədər 1-26 gün keçir.
Müxtəlif əlamətlərlə üzə çıxır, cavan orqanizmdə daha çox ağız boşluğunu, burun-
dodaq üçbucağını zədələyir.
Xəstəlik bədən hərarətinin kəskin şəkildə 39-40 0 C-dək artması ilə başlayır. Xəstə
halsızlıq, zəiflik hiss edir, əzələlərdə ağrı və iştahanın itməsi kimi əlamətlər meydana
çıxır. Eyni zamanda yanağın, damağın selikli qişasında, dodaqlarda, bəzən də burun
qanadlarında və dildə duru möhtəviyyatı olan qovuqcuqlar əmələ gəlir. 2-3 gündən
sonra qovuqcuqlar partlayır və yaranmış kiçik xoraların üstü qartmaqla örtülür.
Genital herpes – cinsiyyət üzvlərinin xəstəliyidir. Klinik gedişi sadə herpesə çox
oxşardır, lakin səpkilərin yerləşmə yerinə görə fərqlənir. Herpesin bu növü əsasən
sidik-cinsiyyət üzvlərini və anal dəlik nahiyəsini əhatə edir.
Herpesin xalq təbabəti üsulları ilə müalicəsi
Bitki şirələri ilə müalicə:
Əzvay (aloye) şirəsi:
Əzvay şirəsi güclü immunostimulyator olduğundan virus xəstəliklərinin
müalicəsində yaxşı effekt verir. Gündə 3 dəfə bir çay qaşığından yeməkdən əvvəl
qəbul edilir. Və yaxud şirə ilə səpkili nahiyələr gün ərzində 2-3 dəfə silinir.
Herpetik səpkiləri silmək üçün ağcaqovaq şirəsindən də istifadə etmək olar.
Qasıq nahiyəsində rast gəlinən herpeslər əleyhinə propolis 20% məhlul xaricdən və buğda rüşeymli məcun isə daxildən istifadə edilir.
Adaçayı dəmləməsi:
Adaçayı bitkisi salvin adlanan təbii antibiotiklə zəngindir, buna görə də yerli
sitifadədə çox güclü antimikrob təsir göstərir.
1 xörək qaşığı adaçayı yarpaqları 250 ml qaynaq suda 30 dəqiqə müddətində
dəmlənir, süzülür. Gündə 4-5 dəfə ağız boşlüğü yaxalanır.
Tozağacı tumurcuqlarının dəmləməsi:
Tozağacı ağız boşluğunun və udlağın yerli müdafiə qabiliyyətini artırdığı üçün
herpesin müalicəsində faydalıdır.
1 xörək qaşığı tozağacı tumurcuqları tənzifə bükülür, üzərinə 200 ml (1 stəkan)
qaynar süd əlavə olunur və 5 dəqiqə qaynadılır. İltihab əleyhinə vasitə kimi qarqara
üçün istifadə olunur.
Mayaotu ilə yatıqqanqal dəmləməsi:
Hərəsindən bir xörək qaşığı mayaotu qozaları ilə yatıqqanqa otu xırdalanaraq
qarışdırılır. Qarışıqdan 1 çay qaşığı götürülür, üzərinə 250 mı qaynar su əlavə olunur
və 2 saat müddətində dəmlənir. Gündə 3 dəfə yeməkdən əvvəl isti şəkildə qəbul
olunur.
Bal ilə müalicə:
500 ml evkalipt dəmləməsinə 2 xörək qaşığı bal əlavə olunur və həll olanadək
qarışdırılır. Alınan məhlulla qarqara edilir və səpkilərin üzərinə çəkilir.
www.fitostore.az

Rəylər