Şəkərli Diabet zamanı bitkilər
Şəkərli diabet və fitoterapiya
Şəkərli diabet bir xəstəlik deyil, sadəcə diaqnozdur. Qədim Şərqdə isə bu xəstəliyi daima
ağır bir mübadilə pozğunluğu hesab ediblər. Bu xəstəlikdən əziyyət çəkənlər hər zaman öz
atdıqları addımları kəndirbazlar tək balanslaşdırmağa çalışırlar. Hamı çox yaxşı bilir ki, bu çətin
məsələdə asan iş qanda şəkərin miqdarını nəzarətdə saxlamaqdır. Belə bir sual ortaya çıxır:
görəsən bu problemi həll etməklə qanda şəkərin miqdarı azalırmı? Cavab birmənalıdır: Təbii ki,
yox. Dünyada insanlar daha çox şəkərli diabetin ağırlaşmasından vəfat edir, nəinki hiperqlikemik
komadan. İnsulin isə hələ bunun cavabı demək deyil. Gözün torlu qişa patologiyaları, böyrək,
birləşdirici toxuma, ətraf damarların patologiyaları, ensefalopatiya və s. bütün bu kimi halları
çıxsaq şəkərli diabet sadəcə bir endokrinoloji xəstəlikdir. Məlum olduğu kimi diabetik
praktikada bitki müalicəsindən – fitoterapiyadan geniş istifadə edilib. Bitkilər nəinki qanda
şəkərin miqdarının azalmasına kömək edir, hətta digər başqa önəmli təsirlər də göstərir. Tibet
təbabətində isə diabetli xəstələrə yoqa və tənəffüs gimnastikası (pranayama) ilə məşğul olmaq
məsləhət görülür. Məsələn, sağ burun dəliyi ilə nəfəs alınır, sol burun dəliyi ilə isə verilir və s.
Demək olar ki, kifayət qədər şəkərli diabet xəstəsi öz müalicəsinə fitoterapiyadan və
yaxud da bitki mənşəli dərman preparatlarından başlayır. Ən minimumunu götürsək, ildən-ilə bu
növ terapiyaya üstünlük verənlərin sayı artır. Əslində biz bu məqalədə insanların bu marağını
müzakirə etməyəcik. Lakin bir tək bunu qeyd edə bilərik ki, bitki terapiyasına qanda şəkərin
miqdarını azaltmağa yönəlmiş terapiyanın əsas komponenti deyil, tamamlayıcı hissəsi kimi
baxmaq olar. Şəkərli diabet xəstəliyinin bitki ilə monoterapiyası məhz aşağıdakı hallarda
mümkündür: II tip şəkərli diabetin ilkin mərhələsi (piylənmə fonunda yarandıqda və pəhrizə
riayət etdikdə), acqarına qanda şəkərin miqdarı 8 mmol/l-dən, qida qəbulundan sonra isə 11
mmol/l-dən çox olmadıqda. Bu məsələlər bir qədər mübahisəli ola bilər, lakin istənilən halda
həkimlə məsləhətləşmək lazımdır. Bir nüansı qeyd edək ki, dərman bitkilərindən düzgün istifadə
etdikdə insulinərezistenlik və şəkər əleyhinə preparatlara olan tələbat azalmış olur.
Kimyəvi maddə Bitki adı
Biquanidin Çəpişotu otu (keçisədəfi), əkin noxudunun otu, toxumsuz lobya
qını, qaragilənin yarpaqları və cavan zoğları
Sink (Zn) Ziyilli tozağacı tumurcuğu, quş qırxbuğum otu, qarğıdalı saçağı,
dərman adaçayı otu
Xrom (Cr) Dağ öküzgözü, jenşen çiçəyi, levzeya kökü, dəfnə kökü və
kökümsovu, dərman adaçayı otu
İnulin Uca andızın kökü və kökümsovu, at pıtrağı kökü, dərman
zəncirotu kökü, kasnı kökü, topinambur (yerarmudu) kökü
Langerhans adacıqlarının β-hüceyrələrinin regenerasiyasını stimulyasiya edən bitkilər:
Çəpişotu otu (keçisədəfi), yunan qozu yarpağı, əkin kətanının toxumları, böyük bağayarpağı otu,
iri atpıtrağı kökü, şirin biyan kökü, qaragilə yarpağı və cavan zoğları.
Hələ qədim dövrün təbibləri belə bitki aləmini bitib –tükənməz bir dərman mənbəyi
hesab edirdi. İbn Sinanın fikrinə görə həkimin 3 silahı mövcuddur – söz, bitki, bıçaq. Bir buddist
kəlamına görə, əgər ətrafa dərmanları öyrənən bir həkim gözü ilə baxsanız, onda böyük bir
dərman dünyasında yaşadığınızı anlayarsınız. Fitoterapiyanın süni yolla əldə edilmiş
preparatlardan bir çox fərqləri mövcuddur: az toksikidir, yüngül mülayim təsiri var, heç bir əlavə
təsir olmadıqda (xüsusilə də allergiya) uzun müddət qəbul edilə bilir, digər dərmanlarla
kompleks qəbul edildikdə onların təsir effektini gücləndirir. Şəkərli diabet xəstələrinə
fitoterapiya pəhriz və insulinoterapiya ilə birgə tətbiq edilir. II tip şəkərli diabetin
insulinərezistent və yüngül formasında monofitoterapiya xəstəliyin stabilizasiyası və reqressiyası
məqsədilə tətbiq edilə bilər. Diabennur təbii tərkibli kapsul Şəkərli diabetin müalicə və profilaktikasında istifadə edilir. www.fitostore.az
Hal-hazırda elmi təbabətdə qanda şəkərin miqdarını azaldan 150-200 növ bitkidən
istifadə edilir. Bu bitkilərin tərkibinə qanda şəkərin miqdarını azaldan qalenin, inozin, inulin
kimi bioloji aktiv maddələr daxildir. Düzü bu bitkilərin təsir mexanizmi indiyənədək dəqiq
öyrənilməmişdir, lakin o da məlumdur ki, bu bitkilər qlükoza üçün zəif qələvi mühit yaratmaqla
qanda onun toxumalar tərəfindən asan mənimsənilən və utilizasiyası üçün insulin tələb
olunmayan fruktoza və mannoza formasına çevrilməsinə şərait yaratmış olur, o cümlədən
insulinə olan tələbat da tədricən azalır. Qədim Şərq təbabətində həkimlər çox zaman sınanmış bir
üsula – eleuterokok, jenşen, zamanixa kimi adaptogenlərlə müalicəyə üstünlük verib. Bu bitkilər
mərkəzi və vegetativ – vaqoinsulyar sinir sistemini tonuslandıraraq insulin sintezini artırır. Lakin
bitkilərin tərkibində təsiredici maddələrin azlığını nəzərə alaraq tez bir zamanda effekt əldə
ediləcəyini gözləmək düzgün deyil. Buna görə də qanda şəkərin miqdarını mütəmadi nəzarətdə
saxlamaqla fitoterapiya uzun müddətə təyin edilir.
Şəkərli diabet zamanı hansı məhsullardan istifadəni məhdudlaşdırmaq
lazımdır?
1. Şəkər, süni şirinləşdirici maddələr və bal.
2. Konfetlər.
3. Tərkibində sonu -ol və -oza ilə bitən inqrediyentlər olan məhsullar.
4. Dənli bitkilər, yarmalar.
5. Tərkibində çoxlu karbohidrat olan tərəvəzlər (kartof, kök, çuğundur,
paxlalılar)
6. Şirin meyvələr (banan, üzüm, çiyələk, gilas, yemiş)
7. Süd, yağlı qaymaq, pendir, kəsmik.
8. İstənilən fast-fud.
9. İstənilən şirin meyvə şirələri.
10. Doymuş yağlarla zəngin olan qidalar (yağlı ət, piy).

Rəylər