Dəri yağlılığı, Seboreya zamanı reseptlər
Seboreya
Seboreya (latınca sebum – piy, rheo – axmaq) dərinin piy vəziləri ilə zəngin nahiyələrinin çox geniş yayılmış xroniki xəstəliyidir. Bu xəstəlik zamanı piy vəziləri tərkibində sərbəst yağ turşuları çox miqdarda olan piy ifraz edir. Bunun nəticəsində dərinin müdafiə qabiliyyəti zəifləyir və onun səthində mikrob assosiasiyaları inkişaf edir. Dəridə yaranan bu cür disbalansın əsas səbəbi irsi meyillik və hormonal dəyişikliklərlə bağlı piy mübadiləsinin pozulmasıdır. Bu da çox zaman cinsi inkişaf dövründə baş verir. Xəstəliyin yaranmasına təkan verən patologiyalar arasında həzm və sinir sistemi xəstəlikləri, xroniki infeksiyalar, həmçinin şirin, acı və duzlu qidaların hədsiz qəbulu, qidada vitamin və mineralların çatışmazlığı da durur. Şəxsi gigiyena qaydalarına əməl olunmaması və dərinin mütəmadi olaraq həddən artıq çirklənməsi də seboreyanın əmələ gəlməsinə şərait yaradır.
Seboreyanın 3 növü ayırd edilir: yağlı, quru və qarışıq.
Yağlı seboreya daha çox rast gəlinən formadır, əsasən üzün – alnın, burun və çənənin dərisini, həmçinin başın, sinənin və belin tüklü hissələrini zədələyir. Bəzi hallarda dəridə kiçik ölçülü, açıq-sarı rəngli piy kistaları formalaşır.
Quru seboreya isə bir qayda olaraq dərinin tüklü hissələrini zədələyir və tüklərin qırılması və kəpəklənmə ilə müşayiət olunur. Kəpək – laylanaraq epidermis qatından qopan buynuz pulcuqlardır.
Seboreyanın qarışıq növü isə hər iki formanın əlamətlərin çox hissəsini özündə birləşdirir.
Seboreyanın kompleks müalicəsi sinir, mədə-bağırsaq sistemlərinin fəaliyyətini normallaşdıran, orqanizmin vitamin-mineral balansını tənzimləyən preparatlarla yanaşı, zədələnmiş nahiyələrin yerli işlənməsini də nəzərdə tutur. Bu zaman çay sodası, bor və ya salisil turşusu məhlulları, kükürd tozu istifadə olunur.
Seboreyanın müalicəsində düzgün qidalanmanın rolu çox böyükdür. Belə ki, xəstənin rasionundan qızardılmış, acı, yağlı, ədviyyatlı və şirin qidalar çıxarılmalıdır. Çoxlu şokolad və şirin pirojnaların qəbulu xüsusilə zərərlidir. Qidada vitaminlərlə zəngin məhsulların miqdarı artırılmalıdır.
Seboreyanın xalq təbabəti üsulları ilə müalicəsi
1. Saçlar yuyulduqdan sonra başın dırisinə soğanla sarımsağın qarışığından hazırlanmış kütlə və ya ayıpəncəsi yağı çəkilir, saşlar polietilen papağa salınır. Yarım saatdan sonra isə yenidən yuyulur.
2. Saçları yaxalamaq üçün bərabər miqdarda aptek çobanyastığı və gülümbahar çiçəkləri bağayarpağı yarpaqları ilə qarışdırılır, qarışıqdan 4 xörək qaşığı 300 ml qaynar suda termosda bir gecə dəmlənir. Saçlar təmiz yuyulduqdan sonra başın dərisinə sürtülür.
3. 100 qr xırdalanmış gicitkən kökləri, hərəsindən 50 qr atpıtrağı kökləri, kəklikotu və lavanda otu, hərəsindən 5 yarpaq sarmaşıq və oleandr qarışdırılır. Yığıntının üzərinə 1,5 litr üzüm sirkəsi əlavə olunur və ağzıbağlı qabda yarım saat bişirilir. Soyudqdan sonra süzülür və yağlı seboreya zamanı həftədə bir dəfə 3-5 dəqiqə müddətində saç diblərinə sürtülür.
4. Saç dibi dərisinin yağlı seboreya ilə zədələnməsi zamanı bir hissə palıd qabığı tozu ilə beş hissə su qarışdırılır və bişirmə hazırlanır. Bir stəkan bişirməyə az miqdarda bal əlavə olunur və asçların diblərinə sürtülür.
5. 100 qr adi dazının otu və çiçəklərinin üzərinə bir litr 70 faizli spirt tökülür, isti və qaranlıq terdə bir həftə saxladıqdan sonra süzülür. Bir xörək qaşığı alınan cövhər bir stəkan suda həll edilir və seboreya zamanı üzün, saç diblərinin dərisini və sızanaqları silmək üçün istifadə olunur.
6. Bərabər həcmdə əzilmiş sarımsaq və xırdalanmış gicitkən yarpaqları qarışdırılır, saç dibinin dərisinə qoyulur. Üzərindən kətan dəsmal bağlanır. 20 dəqiqədən sonra saçlar tozağacı yarpaqlarının isti dəmləməsi ilə yuyulur. Belə maska quru seboreya və kəpəklənmə zamanı faydalıdır.
7. Həftədə iki dəfə saçlar isti su və qətranlı sabunla yuyulur, yaxşı-yaxşı qurulanır. Saçlar hələ nəm halda olduqda dəniz duzu qatılmış kükürd tozu saç diblərinin dərisinə sürtülür. Bu zaman gözləri bağlı olmalıdır ki, toz düşməsin. Daha sonra başı dəsmala büküb bir saat saxlamaq və saçları ilıq soda məhlulu ilə (1 xörək qaşığı soda 1 litr suya) yaxalamaq lazımdır.
Həkim-fitoterapevtin fərdi müalicəsindən yararlanmaq üçün +994703042653 vatsap
Youtube: Tebabet TV kanalında bir çox bitki və xəstəliklər haqqında videoları izləyə bilərsiniz.

Rəylər