Səhləb-nadir bitkilərdən
Bir gün işdə oturmuşdum (Apifitoterapiya mərkəzində), pasientlərə baxdıqdan sonra dedilər, kənddən (Quba-Qusar zonasından) bir kişi gəlib sadəcə görüşmək istəyir və görüşdük. Ayaqqabları palçıqlı və üstü toz halında gəldi bir az söhbət etdik. Sonra çantasından körpə əlinə bənzər bitki çıxardı ki bu nədir ki bunu əcnəbilər gəlib torpağı qazır, toplayır, təmizləyir və aparırlar hər il. Bu dəfə mən də şahidi olduğum üçün bunun bir hissəsini götürüb gəldim ki siz fitoterapevtsiniz və bilərsiniz. Təşəkkür etdim, təbii ki tanıdım bitki kökünün səhləb olduğunu. Nəbatat bağının alimlərindən Yusif müəllimlə görüşdüm, hətta əkdik ki, bitsin, amma alınmadı. Səhləb Şabran, Quba, Qusar kimi bir sıra şimal rayonlarda və Naxçıvanda bitir, amma düzgün toplanılmadığına görə məhv olur.
Nəsli kəsilməkdə olan bu bitkinin adına adətən restoran, kafe və çay evlərində (xüsusilə,Türkiyədə və Ərəb ölkələrində) rast gəlinir. Əslində südlü səhləb və ya kofe şəklində, həmçinin şərbəti adıyla məşhur olan içkiləri dadlandırıcıdan istifadə edərək hazırlayırlar. Əsil səhləbin dəmləməsi üçün səhləbin həqiqətən öz kökünün qurudulmuşundan alınan olmalıdır.
Sadə üsul
Süd - 500 ml (Qaynanmış)
Təbii şəkər və ya dadlandırıcı 3 xörək qaşığı
Səhləb kökünün tozu 1 xörək qaşığı
Hər biri götürülür və qarışdırılır və səhləb əlavə olunaraq 20 dəq dəm alması gözlənilir. Alınmış məhlul qurtum-qurtum içilir. Bir yaşdan aşağı uşaqlara, şəkərli diabetlilərə, hamilə qadınlara tövsiyə olunmur.
Davamlı öskürəkləri aradan götürər, immuniteti artırar, qadın və kişi cinsi həvəsi normallaşdırar, halszılıq və yorğunluğu götürər, eləcə də adaptogen təsir göstərər. Həzmi yaxşılaşdırır, beyin qan dövranına təsir göstərərək zehni itiləşdirir, qurd xəstəliklərində effektlidir və qadınların menstruasiyasını nizamlayır. Probiotik kimi tibdə öz təsdiqini tapıb. 2-3 gündən bir içmək olar.
Səhləb şərbəti hazırlamaq üçün səhləb bitkisinin köklərini yığıb qurudurlar. Səhləb bitkisinin kökündə 40%-ə qədər selikli maddə, 31%-ə qədər nişasta, 13%-ə qədər dekstrin , 11%-ə qədər şəkər, 5%-ə qədər zülali maddə, mineral duzlar, az miqdarda da qatran və alkaloidlər var.
Hazırlamaq üçün qurudulmuş səhləb kökünü həvəngdə döyür və üzərinə su əlavə edib qaynadırlar. Alınmış məhlulu süzür və qaynar məhlulu sud qaynaya-qaynaya ona əlavə edirlər. Zövqə görə şəkər əlavə edilir. Səhləb şərbəti isti halda içildiyi üçün onu xüsusi somavarda saxlayırlar. Soyuyanda qatılaşdığından içməli olmur. Ona görədə içilib qurtarana qədər isti halda saxlamaq məsləhət görülür. Səhləb şərbəti bir qayda olaraq səhər yeməyi vaxtı içilir.
Soyuq havalarda daha çox ehtiyacımız olan bitkini normal şəkildə qurudub hazırlamaq və yenilərini əkib-becərmək lazımdır ki, gələcək nəsillər də faydalana bilsin.

Rəylər