Hicama - küpə üsuluyla müalicə
Hicama nə deməkdir?
Hicama, hacamat, həcəmət, qanalma, küpə üsuluyla müalicə kimi müxtəlif adlarla məşhurdur. Hacamat sözü Ərəbcə əmmək mənasını verir (qanın sorulması). Venamızdan (damardan) verdiyimiz qanın tərkibiylə digər əzələ-oynaq nahiyəmizdən alınacaq qan nisbətən fərqlidir.
Hicamanın 2 növü var:
Quru və yaş. Yəni quru qanalma zamanı yalnız banka hər hansı nahiyəyə sorucu qüvvə yaradaraq 3-7 dəq qalır və heç bir kəsik aparılmır (qeyri-invaziv metod). Yaş hicama zamanı vakuum hesabına dolu qanlılıq yaranır daha sonra isə həmin nahiyələrdə kiçik steril kəsik aparılır və həmin yerə yenidən banka qoyularaq sorulma vasitəsilə qan çıxır, atılır. Bəzən 2 dəfə banka dolub-atılması təkrarlanır (xəstənin vəziyyətindən asılı olaraq dəyişir).
Tarixi:
Heredotun dövründən Hippokrat zamanlarına kimi bu prosedur tətbiq edilirmiş. Mənbə (https://www.ncbi.nlm.nih.gov/books/NBK538253/)
O dövrlərdə baş ağrıları (miqren və digər tiplər), kürək, boyun-bel ağrıları, ginekoloji problemlər, ağciyər xəstəlikləri, eləcə də yuxarı və aşağı ətraf patologiyaları zamanı hicama metodu tətbiq edilirmiş. Misir Papiruslarında bu üsula rast gəlmək olar. Orta Şərqdə həkimlər Əbu-Bəkr Əl-Razi, İbn-sina və Al-Zahravi küpə terapiyasından istifadə etmişdir. Çində Mavanqdui Silk tətbiq etmiş, eləcə də Avropada da bir çox xəstəliklərdə bu metoddan yararlanmışdılar. Qalen yaş hicama üsulunda küpə kimi buynuz, stakan, mis qablardan istifadə edirmiş.
Mexanizmi
Küpə üsuluyla qan almanın mexanizmi və terapevtik effekti tam aşkarlanmasa da bir çox xəstəliklərdə müsbət nəticələri var. Yaş Hicama metodu təxminən süni böyrək funksiyası kimidir. İn vivoda böyrək hidrofobik (suda həll olmayan) maddələrin filtrasiyasını həyata keçirir. Bu üsulda isə həm hidrofobik, həm də hidrofolik (suda həll olan) filtrasiyası prosesi həyata keçirilir. Yüksək təzyiq yaradaraq sorulmuş qan həcmi artır, həmçinin kapillyarların filtrasiyası hesabına hüceyrəarası maye filtrasiya olunur (təmizlənir). Təmizlənmiş qan xəstəliklərə səbəb olan prostaqlandinlərin iltihab mediatorlarının stimulyasiya olunmasının qarşısını alır. Skarpel vasitəsilə çərtilmiş sahədə hüceyrənin iltihab miqrasiyası və endogen opioid sintez sayəsində anadagəlmə və qazanılmış immunitet artır. Buna görə də qan axımı yaxşılaşır, toxumaların oksigen təchizatı və perfuziyası artır, toksinlər xaric olur, neyroendokrin (sinir-hormonal) balans bərpa olunur.
Hacamat (küpə üsuluyla qanalma) zamanı mənfi təzyiq hesabına hiperemiya (doluqanlılıq) yaranır və həmin nahiyədə olan iltihablanmış (miqrasiya etmiş leykositlər), toksinlərlə zəngin trombositlər (qan lövhəcikləri), çox aşağı sıxlıqlı lipidlər, yağlar və digər zərərəli maddələrlə dolu qan atılır.
Kimlərə olar, kimlərə olmaz?
Profilaktik məqsədlə ildə 4 dəfə, müalicə məqsədilə 10 gündən və ya 2 aydan bir prosedur edilir, həkim nəzarətilə fasilə verilir.
Küpə üsulu (Hicama) baş, boyun, bel, diz, ayaq, digər sinir-əzələ ağrıları zamanı tətbiq edilir. Həmçinin sistem xəstəliklərdən revmatoid artrit, yüksək təzyiq (hipertoniya), ürək-damar xəstəlikləri, şəkərli diabet, psixoloji narahatlıqlar (mental pozulmalar), keçirilmiş xroniki xəstəliklərin reabilitasiya dövrü və dəri xəstəlikləri zamanı istifadə edilir.
Ürəyin İşemik Xəstəlikləri zamanı antikoqaulyantların istifadəsi zamanı, edilən nahiyədə hər hansı infeksiya varsa, kəskin anemiya, hemofiliya, açıq yaralar, sümük qırılması, dərin vena trombozu, mentruasiya zamanı, hamiləlik və uşaqlıq qanaxmaları dövründə əks göstərişdir. Həmçinin çox kiçik yaş və heraitrik (çox yaşlı)
insanlara tətbiq etmək məsləhət deyil. Xərçəng xəstələri zamanı mütləq göstəriş olmadan təyin edilməsin. Hər hansı qan laxtalanmasıyla bağlı problemi olanlarda qanda D-dimer səviyyəsinə baxılmalıdır. Ümumiyyətlə, ümumi qan analizinə diqqət edilməlidir.
Texnikası.
İlk öncə qeyd edirəm ki, tibb personalı bu işlə məşğul olmalıdır. Yüksək ixtisaslaşmış və prosedura yiyələnmiş feldşer və həkimlər tərəfindən tibb mərkəzlərində (Apifitoterapiya mərkəzi www.afm.az) tətbiq olunmalıdır.
Prosedur 5 mərhələdə aparılmalıdır:
Demarkasiya (yerin təyin olunması)
Sterilizasiya (təmizlənmə)
Skarfikasiya (kəsilmə)
Sorulma
Sterilizasiya
Kəsilmədən öncə hacamat bankaları ilə vakuum yaradılmalıdır!
Ağırlaşmalara da rast gəlmək olar. Başgicəllənmə, qanazlığı, ürəkbulanma, bayılma, infeksiya riski, yuxusuzluq və s.
Hazırladı
Fitoterapevt Dr. Elnur Eldaroğlu
Prosedurla bağlı əlaqə +99470 333 00 20
www.apimed.az

Rəylər