Köp əleyhinə reseptlər

Köp əleyhinə reseptlər


Zəngin mətbəximiz var. Yağlı, xəmir əsaslı, ətli və s. Hətta ət yemədən doymayanlarımız da var.
Yeməkdən çox çörək də yeyirik. Yemək yanında 1-2 stakan su da içirik. Bunlar hamısı həzm
sisteminin işinin axra qədər getməsinə mane olur və qaz yaradan səbəblərdəndir. Yemək ağızda
çeynəməylə başlayır. Udma ilə mədəyə gələn qidalar mədənin hərəkətləri ilə mexanik həzm
etmə, mədə suları ilə kimyəvi yolla həzm olma prosesi gedir. Ferment və seliklərlə meydana
gələn kimyəvi həzm prosesi nazik bağırsaqlarda maksimumdur. Yoğun bağırsaqlarda son
sorulma işi bitir və artıq atılım baş verir. Həzm vaxtı müəyyən miqdar qaz əmələgəlmə təbiidir.
Ancaq qaz mədə-bağırsaq sistemi tərəfindən kontrollu şəkildə atılır. Lakin ağız və düz
bağırsaqdan çıxa bilməyən qaz patolojidir və insanı ən çox narahat edən faktordur. Bu
KÖPDÜR! Bəzən də USM müayinəsinə gedəndə meteorizm yazılır, bax bu da köp deməkdir.
Yaxşı, görəsən bu niyə yaranır? Niyə köp oluruq? Nə üçün bəzən az yesək belə qarnımız tez
şişir?
Bağırsaq florasının pozulması, yedikləmizə qarşı həssaslığın olması, həzm prosesində iştirak
edən fermentlərin kifayət qədər olmaması (Öd kisəsi əməliyyatına bağlı, öd daşı, mədəaltı vəz
problemi, şəkərli diabet və s). Bağırsaqda olan candida göbələyi olması ən çox qaz əmələ gətirən
səbəblərdəndir. Təbii ki başqa infeksion, immun-allerqoloji xəstəliklər də daxildir.
Buna özümüz də şərait yaradırıq!
Sürətli yemək, uzun müddət açlıqdan sonra birdən-birə çox yemək, monoton qidalanma, az su
içmək, yemək yeyərkən su içmək, rafinə olmuş qidalardan, qəbizlik problemini diqqətə
almamaq, lifli qidalardan az istifadə etmək. Əsas immunitet orqanlarından sayılan bağırsaq
yanlışlıqlar nəticəsində qalıcı halda olan toksinlərin hesabına normal fiziolji prosesləri yerinə
yetirə bilmədiyi halda bir sıra xəstəliklər meydana çıxır; Allergiyalar, Xroniki dəri xəstəlikləri,
Revmatik xəstəliklər, Xroniki yorğunluq, Keyfiyyətsiz yuxu, Psixoloji xəstəliklər və infeksion
xəstəliklərə meyillik. Uzun müddət fikir vermədiyimiz toksinlərin bağırsaqda yaratdığı blokun
nəticələridir. Bağırsaqda qeyd etdiyim göbələyi də yaradanlardan biri təzə ağ undan hazırlanmış
çörəkdir. Əla sort unda belə xəstəlik yaradan parazitlər də var ki biz onu gözlə görə bilmirik bu
da bağırsaqlarımız üçün təhlükəlidir.
Təbii yolla qorunma yollarından bir neçəsi:
1) 10 q Razyana meyvəsi, 10 q Cirə meyvəsi, 15 q Melissa yarpağı və 10 q Qaraqınıq
götürüb 400 ml suda 20 dəq dəmləyib 200 ml 2 dəfə yeməkdən əvvəl içmək.
2) Evdə hazırlanmış alma sirkəsi 1 çay qaşığı götürüb 50 ml suya qatıb 2 dəfə yeməkdən
sonra qəbul etmək.
3) Adi buğda kəpəyi tərkibində zəngin sellüloza vardır, salatlara və ya adi suya qarışdırıb
içə bilərsiniz.
4) EX Hepafit bitki yığımı gündə 2 dəfə 1 xörək qaşığı 1 st-da dəmlənərək yeməkdən 20 dəq. əvvəl qəbul edilir.
5) Yeməkdən əvvəl salat yeməyə vərdiş edin, çalışın salatın içindəki tərəvəzlər bişmiş
olmasın, salatlara həmişə rafinə olmamış zeytun yağı tökün. Adətən yeməkdən əvvəl 1
xörək qaşığı zeytun yağıda faydalıdır.


Rəylər

Oxşar məqalələr