Zülalı ən çox olan bitki
AMARANT-AMARANTHUS DEFLEXUS L.
Bitkinin adı yunan sözləri olan “marianus”-“mən solmuram” və “anthos”-“çiçək”mənasını verir. Birillik, az hallarda çoxillik bitki olub, güclü, çox budaqlı və şirəli gövdəyə malikdir, hündür-lüyü 150 sm-ə qədər olur. Yarpaqları iridir, yumurtavari və ya uzunsovdur, adətən yaşıl və ya üçrənglidir, düzülüşü növbəlidir. Çiçəkləri çox xırdadır və budaqların yuxarısına doğru sünbül-şəkilli çiçək qrupunda toplanmışlar. Toxumları uzunsov-yumruvari qutucuqdur, çox kiçikdir, rəngləri tünd-qəhvəyidir, çoxsaylıdır. Bir bitkinin üzərində 500 000 minə qədər və daha artıq toxum ola bilir.
Bitkinin 90-a yaxın növü məlumdur ki, bunlar da Amerika, Afrika, Asiya və Avropa qitələrində geniş yayılmışdır. Yayılması çox geniş olub, Respublikamızın da əksər bölgələrində rast gəlinir. Müalicə məqsədilə bitkinin əsasən yerüstü hissəsindən (çiçək və toxumlarilə birlikdə) istifadə edilir. 1941-45-ci illərdə çörəyi amarant toxumundan alıb istifadə edirlərmiş. bəzi mənbələrdə idmançı toxumu və ya çörəyi də adlanır.
Kimyəvi tərkibi
Bitkinin tərkibində çoxlu miqdarda yüksək keyfiyyətli zülal vardır. Yarpaqlarının tərkibində zülalın miqdarı 25%, toxumlarının tərkibində isə 20 %-ə qədər olur. Bu zülal öz tərkibinə görə hey-vani mənşəli zülala, mənimsənilmə qabiliyyətinə görə isə qarğıdalı, buğda və soyada olan zülal-dan üstündür. Bundan başqa çoxlu miqdarda bioloji aktiv maddələr, vitaminlər (rutin, amarantin, C və E vitaminləri), mikroelementlər, mineral birləşmələr, amin turşuları (orqanizm üçün çox va-cib olan-lizin) və s. birləşmələr vardır.
Yarpaqlarının tərkibində isə C vitamini,dubil maddələri, karotin,flavonoidlər, mineral duzlar (ka-lium, sink, kalsium və maqnezium duzları və s.) vardır.
Bitkidən (toxumlarından) yüksək keyfiyyətli yağ alınır ki, bu da öz tərkibinin zənginliyinə görə məlum yağlardan çox güclüdür. Belə ki, bu yağın tərkibində 8%-ə qədər skvalen maddəsi var ki, bu da bu günə qədər elmə məlum olan antioksidantlardan ən güclüsüdür. Bu birləşmə (skvalen) duru halda olan C30H50 kimyəvi quruluşa malik doymamış karbohidrogendir və bu yağın daxilə qəbulu zamanı orqanlar oksigenlə və provitaminlərlə təmin olunur.
Yağın tərkibində skvalendən başqa öd turşuları, steroidlər, karotinoidlər, serotonin, doymamış yağ turşuları, tokoferol (çox nadir formada olan E vitamini), linol turşusu (50%-ə qədər) və 1%-ə qədər isə omeqa-3 linol turşusu vardır.
Amarant yağı immun sistemi bir neçə dəfə gücləndirmək qabiliyyətinə malikdir, bakterisid və ra-dioprotektor xüsusiyyətləri var. Kosmetologiyada geniş istifadə edilir, daha doğrusu dərini mü-dafiə edir, nəmləndirir, yumşaldır, qidalandırır və detoksikasiya edir.
Son illərə qədər xərçəng xəstəliyi üçün əsas dərman vasitəsi olan skvaleni köpəkbalığının qara ciyərindən alırdılar ki, bu da cəmi 2 % təşkil edir. Bu göstərici yuxarıda qeyd etdiyim kimi ama-rantda isə 8 %-ə çatır.
Amarant yağının daha çox istifadə edildiyi xəstəliklər:
• ürək-damar sistemi xəstəlikləri: ürəyin işemik xəstəliyi, ateroskleroz, hipertoniya, beyin-daxili qan dövranının pozulması.
• hiperasid qastrit, mədə və onikibarmaq bağırsaq xorası.
• dəri zədələnmələri və xəstəlikləri: yanıqlar, gec sağalan xoralar, psoriaz, quru ekzema, neyrodermit, allergik dermatozlar, dermatitlər və s.
• onkoloji xəstəliklərin profilaktikası.
Əsas təsiri ve tətbiqi
Bitkinin regenerativ (bərpaedici),qanartırıcı, tonusartırıcı, sidikqovucu, iltihabi prosesə qarşı, da-margenəldici, qankəsici, antiaterosklerotik, antitoksik, immun sistemi gücləndirici, yarasağaldıcı, cavanlaşdırıcı və s. kimi xüsusiyyətləri vardır.
Bitkidən mədə-bağırsaq sistemi (qastritlər, mədə və onikibarmaq bağırsaq xorası), babasil, böy-rək və sidik yollarının iltihabi mənşəli xəstəlikləri, şəkərli diabet, anemiya (tərkibi dəmir elemen-tilə zəngindir), ateroskleroz, avitaminoz, stenokardiya, nevroz, hipertoniya, maddələr mübadiləsi pozulmaları (aşırı kökəlmələr),dəri xəstəlikləri (psoriaz, çivzələr,göbələk mənşəli xəstəliklər, ek-zema), immunitet çatmamazlığı, kişi cinsi zəifliyi, yanıqlar, şiş mənşəli törəmələr və s. bir çox xəstəliklərdə geniş istifadə edilir.
Bitkinin daxilə qəbulu zamanı radionukleidlərin orqanizmdən kənarlaşdırılması baş verir ki, bu da bəd xassəli şişlərin inkişaf etməsinin qarşısını alır.
İstifadə qaydası.
• Mədə-bağırsaq sistemi xəstəliklərində.
Bitkinin yerüstü hissəsindən quru və xırdalanmış halda 2 xörək qaşığı götürüb 0,7 litr qaynar suya əlavə edib zəif alovda su hamamında 15-20 dəq. saxlamaq, sonra götürüb soyutmaq və süzmək. Gündə 3 dəfə yeməkdən yarım saat qabaq 1/3 hissə içmək.
Başqa bir resept.
Bitkinin təzə yarpaqlarından xırda doğranmış halda 1 xörək qaşığı götürüb 1 stəkan qaynar suya əlavə edib ağzı kip örtülü halda 30dəq. saxlamaq və süzmək.Gündə 3-4 dəfə hazırlamaq, üzərinə 1 çay qaşığı bal əlavə edib yeməkdən qabaq içmək.
Dekorativ bitkilər xalq təbabətində kitabından

Rəylər