Dəfnə bitkisi şəkər əleyhinə
Dəfnəkimilər fəsiləsindən
olub, hündürlüyü təxminən 2-3 metrə qədər olan, həmişəyaşıl ağac bitkisidir.Yarpaqlarının düzülüşü növbəlidir,
enli-lansetşəkillidir, saplaqları qısadır, üzəri dərivaridir, kənarları dalğalıdır, çılpaqdır və özünəməxsus, xoşagələn
qoxuya malikdir. Çiçəkləri ikievlidir, yaşılımtıl-sarıdır və çiçək açma dövrünə qədər şarşəkilli sarğı içərisində yerləşir. Çiçəklər budaqların uclarına doğru toplanaraq qısa çətir təşkil edir. Çiçək yanlığı 4 ədəddir. Meyvələri qara, tünd göy rənglidir, yumurtavaridir və bərk qabıqlıdır. Bitki aprel-may aylarında çiçəkləyir. Bitki faydalı olduğundan, demək olar ki, dünyanın bir çox ölkələrində, həmçinin də respublikamızda geniş şəkildə əkilib-becərilir.
Müalicə məqsədilə bitkinin ancaq yarpaqlarından istifadə edilir.
Kimyəvi tərkibi. Bitkinin yarpaqlarının tərkibində yağ maddələri (laurin turşusu qliseridləri), efir yağları (sineol, L- pinen, terpineol, fellandren, geraniol, linalool, evgenol, metilevgenol), sirkə, valerian, kapron turşuları, qətran maddələri, fitosterinlər, melissa spirti və s. kimi birləşmələr var.
Orqanizmə təsiri və tətbiqi. Bitkinin iltihabi prosesə qarşı, sidikqovucu, ödqovucu, ağrıkəsici, antimikrob, iştahaartırıcı, antirevmatik, antibakterial, spazmolitik, antiseptik və s. xüsusiyyətləri var.
Təbabətdə bitkidən, əsasən revmatizm, iflic, iltihabi mənşəli
xəstəliklər, şişlər, qoturluq, qıcolmalar, baş və qulaq ağrıları, qaraciyər xəstəlikləri, dispepsiya, sidik yolları və sidik kisəsinin iltihabi prosesləri, stenokardiya, bağırsaq və öd yollarının spazmları, menstrual spazmlar, osteoxondroz, podaqra, qida zəhərlənmələri zamanı, diş ağrısı, ümumi zəiflik və s. sahələrdə istifadə olunur.
İstifadə qaydası.
Sümük-əzələ sistemi xəstəlikləri. Bitkinin yarpaqlarından quru və bir qədər xırdalanmış halda 30 qram götürüb 200 q bitki yağına əlavə edib 10 gün saxlamaq və gündəlik olaraq çalxalamaq, süzmək. Ağrıyan oynaq və əzələlərə çəkmək, yüngül masaj etmək.
Qulaq xəstəlikləri zamanı. Qulaq iltihabı zamanı axıntılar olduqda bitkinin yarpaqlarından 5 qram götürüb 200 qram distillə suyuna əlavə edib zəif alovda, su hamamında 2 saat saxlamaq, sonra kənarda 45 dəq. saxlamaq, süzmək. Alınmış məhluldan xəstə qulağa 8-10 damcı əlavə etmək. Proseduranı gündə 2-3 dəfə etmək. Əlavə olaraq bitkinin yarpaqlarından hazırlanmış dəmləmədən gündə 3 dəfə, yeməkdən sonra 1-2 xörək qaşığı içmək.
Xolesistit. Gündə 2-3 dəfə bitkinin yağından 10-15 damcı götürüb süd, kefir və ya çaya əlavə edib içmək.
Mənbə Dekorativ Bitkilər Xalq Təbabətində

Rəylər