GƏNƏGƏRÇƏK bitkisi - işlədici və gözəlləşdirici

GƏNƏGƏRÇƏK bitkisi - işlədici və gözəlləşdirici

Birillik ot bitkisi olub, çox böyük və şaxələnmiş gövdəyə və yarpaqlara malikdir. Hündürlüyü 2 metrə qədər və daha çox olur. Gövdəsi çılpaqdır, yuxarı hissədən şaxəlidir, yaşıl-qonur və ya açıq-qırmızımtıl rənglərdədir. Kökləri pazşəkillidir, ağaclaşmışdır. Yarpaqları böyükdür, əlvaridir, düzülüşü növbəlidir, uzun saplaqlıdır, parlaqdır, üstdən yaşılımtıl- qonur, alt tərəfdən isə daha açıq rəngdədir. Çiçəkləri orta böyüklüyündədir, bircinslidir, birevlidir və böyük çiçək qrupu şəklində toplanır. Aşağı hissədə adətən erkək, yuxarı hissədə isə dişi çiçəklər qruplaşır. Meyvəsi qurudur, yumurtaşəkillidir, üzəri yumşaq tikanlarla örtülüdür və uzunluğu 13-24 mm-ə qədər olan, 3 yuvalı qutucuqdur. Toxumları iridir, yumurtavaridir, çılpaqdır, üzəri parlaqdır, qonur rəngdədir. İyul ayından oktyabr ayına qədər çiçəkləyir.
Bitkinin vətəni Afrikadır. Amma buna baxmayaraq bir çox Cənubi Asiya ölkələrində, o cümlədən də Respublikamızda da bir müalicəvi və faydalı bitki kimi, geniş şəkildə əkilib becərilir.
Müalicə məqsədilə bitkinin əsasən yağından, bəzən isə toxumlarından da istifadə edilir.
Kimyəvi tərkibi. Bitkinin toxumlarının tərkibində yağlar (gənəgərçək yağı), zülal tərkibli maddələr (qlobulin, albumin), alkaloidlər (sian qrupundan olan zəhərli maddə risinin), azotsuz birləşmələr, qliseridlər (stearin, risinolein, olein, linol və dioksis- tearin), qliserin və s. birləşmələr var.
Orqanizmə təsiri və tətbiqi. Bitkinin yumşaldıcı (bağırsaq), yarasağaldızcı, bərpaedici və s. xüsusiyyətləri var. Təbabətdə bitkidən, daha doğrusu yağından, əsasən xroniki qəbizliklər, yanıqlar, yara və xoralar, saç tökülmələrinə qarşı, qadın xəstəliklərində və s. istifadə edilir. alkaloidlər (sian qrupundan olan zəhərli maddə risinin), azotsuz birləşmələr, qliseridlər (stearin, risinolein, olein, linol və dioksis- tearin), qliserin və s. birləşmələr var.
Orqanizmə təsiri və tətbiqi. Bitkinin yumşaldıcı (bağırsaq), yarasağaldızcı, bərpaedici və s. xüsusiyyətləri var. Təbabətdə bitkidən, daha doğrusu yağından, əsasən xroniki qəbizliklər, yanıqlar, yara və xoralar, saç tökülmələrinə qarşı, qadın xəstəliklərində və s. istifadə edilir. Keçmişdə gənəgərçək yağı doğuşun stimulyasiyası məqsədi ilə də istifadə olunurdu. Bağırsaqların fəaliyyətini gücləndirən gənəgərçək yağı həmçinin uşaqlığın yığılmasına da təkan verir.
İstifadə qaydası. Bitkidən istifadə edilməsi, əsasən ondan hazırlanan dərman preparatları şəklində həyata keçirilir ki, bunları da istənilən aptekdə əldə etmək olar. Buna misal olaraq, bir çoxlarına yaxşı tanış olan gənəgərçək yağını və Vişnevski məlhəmini göstərmək olar.

Kosmetoloji vasitə kimi bir çox məlhəmlər hazırlana bilir. Mum, gənəgərçək yağ, propolis və lavandanın efir yağ götürülərək hazırlanır.

Mənbə Dekorativ Bitkilər Xalq Təbabətində kitabı