Jasmin bitkisi
Çoxillik kol bitkisi olub, zeytunkimilər fəsiləsinə aiddir. Hündürlüyü 1,5-1,7 metrə qədər olur, çoxşaxəlidir, yarpaq və budaqlarının üzəri xırda tükcüklərlə örtülüdür. Yarpaqları tək lələkvari və ya üçlüdür, uzunsovdur, iridir, uzunluğu 10 sm-ə qədər olur, oturaqdır (saplaqsızdır), üstdən
tünd-yaşıl, alt tərəfdən isə açıq-yaşıldır. Çiçəklər budaqlar üzərində yarımçətir şəklində 2-4 ədəd olaraq yerləşir, çiçək qədəhi qısadır, zəngvaridir, ağ, sarımtıl-ağ, bəzən isə zəif qırmızımtıl rəngdə olur, çox ətirlidir. Meyvəsi kiçikdir, yumrudur, yetişdiyi zaman qara rənglidir, ətli və şirəlidir, 0,5-0,8 sm diametrdə olur. Bitki may və iyun ayında çiçəkləyir.
Yayılması geniş olub, Respublikamızın əksər bölgələrində rast gəlinir.
Müalicə məqsədilə bitkinin ancaq yerüstü hissəsindən istifadə edilir.
Kimyəvi tərkibi. Bitkinin tərkibində flavonoidlər, fenollar, sir- inqozid, alkaloidlər, ursol turşusu, yağ maddələri, efir yağları, dubil, acı və qətran maddələri, mikroelementlər və s. birləşmələr var.
Orqanizmə təsiri və tətbiqi. Bitkinin bəlğəmgətirici, antibak- terial, antirevmatik, antiaterosklerotik, iltihabi prosesə qarşı, zəif sakitləşdirici (əsəb), qızdırmasalıcı, ağrıkəsici və s. təsirləri var. Təbabətdə bitkidən, əsasən tənəffüs yolları xəstəlikləri (xroniki və kəskin bronxit, bronxial astma və s.), böyrək və sidik yolları xəstəlikləri (sistit, pielonefrit, uretrit), depressiv vəziyyət, yuxusuzluq, baş ağrıları, aşırı əsəb gərginliyi (həyəcan və qorxu hissi) və s. xəstəliklərdə istifadə olunur.
İstifadə qaydası.
Bronxit, bronxial astma. Bitkinin yerüstü hissəsindən quru və xırdalanmış halda 1,5 xörək qaşığı götürüb 500 ml qaynar suya əlavə edib zəif alovda 10 dəq. dəmləmək, soyutmaq, süzmək. Gündə 3-4 dəfə yeməkdən qabaq 80-100 ml içmək.
Yuxusuzluq, depressiya. Bitkidən 1 dolu xörək qaşığı götürüb 250 ml qaynar suya əlavə edib zəif alovda, su hamamında 25-30 dəqiqə saxlamaq, soyutmaq, süzmək. Gündə 4 dəfə 2 xörək qaşığı qəbul etmək.
Mənbə Dekorativ Bitkilər Xalq Təbabətində kitabı

Rəylər