Keçibuynuzuna bənzər meyvə
Paxlalılar fəsiləsindən olub, hündürlüyü 30-40 metrə qədər olan nəhəng ağac bitkisidir. Gövdəsi və
budaqları 7-12 uzunluğunda, möhkəm və şaxəli tikanlarla örtülüdür. Yarpaqları cüt lələkvaridir, uzunluğu 14-20 sm-ə qədərdir, saplaqlıdır və onu təşkil edən kiçik yarpaqlar isə uzunsov-lansetşəkillidir. Çiçəkləri qeyri-düzgün formalıdır, bircinslidir, bulanıq-bənövşəyi və ya ağımsov rənglidir və sıx fırçaşəkilli topalar halında çiçək qrupu təşkil edirlər. Meyvəsi 40 sm-ə qədər olan çoxtoxumlu paxladır. Toxumları böyükdür və 1,5 sm-ə qədər olur. İyun-iyul aylarında çiçəkləyir.
Yayılması genişdir, Respublikamızın əksər bölgələrində rast gəlinir.
Müalicə məqsədilə bitkinin yarpaq və meyvələrindən istifadə edilir.
Kimyəvi tərkibi. Bitkinin tərkibində triakantin alkaloidi, C və K vitaminləri, antraqlikozidlər, dubil maddələri, saponinlər, flavonoidlər, şəkərlər, karbohidratlar (mannoqalaktin) və s. maddələr var.
Orqanizmə təsiri və tətbiqi. Bitkinin spazmolitik, damargenəldici, yarasağaldıcı, ödqovucu, yumşaldıcı, hipotenziv, ağrıkəsici, sidikqovucu və s. xüsusiyyətləri var. Təbabətdə bitkidən, əsasən qaraciyər-öd kisəsi xəstəlikləri (xole- sistit, xolangit sarılıq), hipertoniya, bronxial astma, mədə və onikibarmaq bağırsaq, spastik kolit, qəbizlik və s. xəstəliklərdə işlədilir.
İstifadə qaydası.
Hipertoniya. Bitkinin meyvələrindən quru və xırdalanmış halda 1 xörək qaşığı götürüb termosa qoymaq və üzərinə 250 ml qaynar su əlavə edib axşamdan səhərə qədər saxlamaq, süzmək. Gündə 3-4 dəfə yemək arası 1-2 xörək qaşığı qəbul etmək.
Xolesistit. Bitkinin yarpaqlarından quru və xırdalanmış halda 1 xörək qaşığı götürüb termosa qoymaq və üzərinə 250 ml qaynar su əlavə edib axşamdan səhərə qədər saxlamaq, süzmək. Gündə 3-4 dəfə yemək arası 1-2 xörək qaşığı qəbul etmək.
Mənbə Dekorativ Bitkilər Xalq Təbabətində kitabı

Rəylər