Yapon Soforası
Paxlalılar fəsiləsinə aidolub, hündürlüyü 15 metrə qədər olan ağac bitkisidir. Gövdənin qabığı tünd-boz rəngdədir, dərin çatlıdır, çoxbudaqlıdır. Yarpaqları iri lələkvaridir, uzunluğu 11-25 sm-ə qədər olur. Çiçəkləri sarımtıl-ağdır, aromatlıdır və süpürgə şəklində budaqların sonlarına doğru çoxşaxəli çiçək qrupu təşkil edir. Meyvələri lobyaya bənzərdir, ətli-suludur, uzunluğu 12 sm qədər olur, yetişdikdə qırmızımtıl olur. İyul- avqust aylarında çiçəkləyir.
Bitkinin vətəni adından göründüyü kimi Yaponiyadır. Lakin həm dekorativ, həm də tibbi nöqteyi-nəzərdən faydalı bitki kimi dünyanın bir çox ölkələrində, o cümlədən də Respublikamızda əkilib-becərilir.
Tibbi məqsədlə bitkinin əsasən çiçək, az hallarda isə meyvələri işlədilir.
Kimyəvi tərkibi. Bitkinin paxla və çiçəklərinin tərkibində P vi- tamini, efir yağı, qətran maddələri, furokumarinlər, flavonoidlər (rutin, kempferol), zülal maddələri, soforozid qlikozidi, dubil və acı maddələri, kenistein izoflavonu qlikozidi və s. birləşmələr var.
Orqanizmə təsiri və tətbiqi. Bitkinin qankəsici, regenerativ, yarasağaldıcı, hipotenziv, sidikqovucu, vitaminli, iltihabi prosesə qarşı, bakterisid, antiaterosklerotik, zəif sakitləşdirici və s. təsirləri var.
Təbabətdə bitkidən, əsasən qansızmalar, xroniki ishal, çətin
sağalan yaralar, trofik xoralar, hipertoniya, böyrək və sidik yollarının iltihabi mənşəli xəstəlikləri, dəri xəstəlikləri (ekzema, səpkilər, yanıqlar və s.), şəkərli diabet, toksiki mənşəli qansızmalar, avitaminoz və s. xəstəliklərdə istifadə edilir. İstifadə qaydası.
Ateroskleroz. Bitkinin meyvələrindən quru və nisbi xırdalanmış halda 1 stəkan götürüb 1,5 litr 70%-li spirtə əlavə edib 2 həftə saxlamaq, gündəlik olaraq çalxalamaq, süzmək. Gündə 3 dəfə yeməkdən qabaq 50 ml suya 2 çay qaşığı əlavə edib içmək.
Mənbə Dekorativ Bitkilər Xalq Təbabətində kitabı

Rəylər