Qusdurucu kök - İpekakuana
Boyaqotukimilər fəsiləsindən olub, hündürlüyü 40 sm-ə qədər olan ot və ya kol bitkisidir. Gövdəsi bir neçə nazik budaqlardan ibarətdir, həmişəyaşıldır. Yarpaqların sayı çox deyil və cəmisi 6 cütə qədər ola bilir, enlidir, lansetşəkillidir, yerləşmələri üzbəüzdür, saplaqları qısadır. Kökləri qonurdur, qısa və nazikdir, əsas kökdən ayrılan yardımçı köklər sistemi isə daha mükəmməldir. Çiçəkləri ağ rənglidir, çox böyük deyil və hər budağın sonluğunda çox gözəl çiçək qrupu təşkil edir. Meyvələri kiçik olub (təxminən noxud böyüklükdə), rəngi qaradır.
boz-qonurdur, qısa və nazikdir, əsas kökdən ayrılan yardımçı köklər sistemi isə daha mükəmməldir. Çiçəkləri ağ rənglidir, çox böyük deyil və hər budağın sonluğunda çox gözəl çiçək qrupu təşkil edir. Meyvələri kiçik olub (təxminən noxud böyüklükdə), rəngi qaradır.
Bitkinin vətəni Braziliyadır, Azərbaycanda da bitir və təbii halda rütubətli meşələrdə bitir.
Müalicə məqsədilə bitkinin əsasən köklərindən istifadə edilir.
Kimyəvi tərkibi. Bitkinin köklərinin tərkibində üzvi turşular (limon və alma), alkaloidlər (ametamin, psixotrin, sefaelin, protein və s.), xolin, saponinlər, qlikozidlər və s. maddələr var.
Orqanizmə təsiri və tətbiqi. Bitkinin bəlğəmgətirici, antiparaz- itar, antimikrob, sekretolitik, iltihabi prosesə qarşı, qusdurucu, ağrıkəsici və s. xüsusiyyətləri var.
Təbabətdə bitkidən, əsasən tənəffüs yolları xəstəlikləri (bəlğəmli öskürəklər, xroniki bronxit, bronxopnevmoniya, bronxoektaziya, mədə-bağırsaq ağrıları, baş ağrıları, miqren, uşaqlarda müxtəlif mənşəli kəskin iltihabi proseslərə qarşı və s. kimi xəstəliklərdə istifadə edilir.
İstifadə qaydası. Bitki müəyyən qədər toksiki və əldə edilməsi də çox çətin olduğu üçün ondan hazırlanmış preparatların hazır şəkildə alınması və istifadəsi daha məqsədəuyğun hesab olunur.
İpekakuana tinkturası. Gündə 3 dəfə, yeməkdən sonra 50 ml suya 10 damcı əlavə edib içmək.
Quru ipekakuana ekstraktı. Ən böyük birdəfəlik doza 0,1 q, ən böyük sutkalıq doza isə 0,4 q-dır.
İpekakuana siropu. Böyüklər üçün birdəfəlik qəbul dozası 2-4 qramdır.
Mənbə Dekorativ Bitkilər Xalq Təbabətində kitabı

Rəylər