AQAVA - Osteoxondroz zamanı
Çoxillik, həmişəyaşıl bitkidir. Xarici görünüşünə görə bir qədər əzvay bitkisini xatırladır ki, bu da təbiidir. Çünki hər ikisi bir-birinə qohum bitkilərdir. Bitkinin gövdəsi yoxdur və yerüstü hissəsini köklərdən birbaşa inkişaf edən yarpaqlar təşkil edir. Yarpaqları enlidir, böyükdür, xətvari-lansetşəkillidir, çox sulu və ətlidir. Bəzi yarpaqları 2 metrə qədər uzana bilir və ən enli yeri isə 25 sm olur. Üzəri mumabənzər maddə ilə örtülü olur, rəngləri yaşıl, boz-yaşıl, boz-mavidir və bütün kənarları boyu tikanlıdır. Bitkinin yaşama müddəti təxminən 15 ildir və bütün bu dövr ərzində ancaq bircə dəfə çiçək açıb, toxum verir və sonra məhv olur. Bitkinin sonuncu ilində yarpaqların orta hissəsindən uzunluğu 9-10 metr olan nəhəng çiçək daşıyıcısı uzanır ki, bunun da üzərində böyük, süpürgəvari çiçək qrupu əmələ gəlir. Bu çiçək qrupunda isə çox böyük sayda (təxminən 10 000 qədər) qıfşəkilli, sarımtıl çiçəklər toplanmış olur. Çiçəkləmə dövrü 2-3 həftə davam edir. Bitkinin vətəni Cənubi Amerikadır, amma buna baxmayaraq, bir dekorativ bitki olaraq, dünyanın demək olar ki, bütün ölkələrində, o cümlədən də respublikamızda geniş şəkildə əkilib-becərilir.
Müalicə məqsədilə bitkinin, əsasən yarpaqlarından və təzə çəkilmiş şirəsindən istifadə edilir.
Kimyəvi tərkibi. Bitkinin yarpaqlarının tərkibində steroid saponinləri, şəkərlər, anordrin və dinordrin (abortiv təsirə malikdir), qətranlar, efir yağları, antiqlikozidlər, aloinlər, karbohidratlar, amin turşuları, A, K, C, E, D və B qrupu vitaminləri, makro- və mikroelementlər və s. maddələr var.
Orqanizmə təsiri və tətbiqi. Bitkinin iltihabi prosesə qarşı, an- tiseptik, ağrıkəsici, sidikqovucu, bəlğəmgətirici, qızdırmasalıcı, yarasağaldıcı, ümummöhkəmləndirici, yumşaldıcı (bağırsaq) və s. kimi xüsusiyyətləri var. Təbabətdə bitkidən, əsasən adi və irinli yaralarda, oturaq sinirinin iltihabi prosesində, qaraciyər xəstə- liklərində (məs: sarılıq), mədə-bağırsaq xəstəlikləri (hiperasid qastrit, köpmələr, pis həzm prosesi və s.), radikulit, revmatizm, furunkullar, zədələnmələr, qansızmalar, diş ağrıları, dəri xəstəlikləri (səpkilər, civzələr, ziyillər və s.) və bir çox xəstəliklərdə istifadə edilir.
İstifadə qaydası.
Osteoartroz, revmatizm, nevralgiya, işalgiya, iflic, radikulit, boyun osteoxondrozu. Bitkinin yarpaqlarından doğranmış halda 100 qram götürüb 1 litr 40-70%-li spirtə əlavə edib ağzı kip bağlı halda 7-10 gün saxlamaq, mütəmadi olaraq çalxalamaq, sonra süzmək. Alınan məhluldan bir az götürüb göstərilən xəstəliklərdə yerli olaraq çəkib masaj etmək faydalıdır.
Qaraciyər xəstəlikləri və sarılıq. Bitkinin yarpaqlarının quru- dulmuş və tam xırdalanmış tozundan 0,2-0,5 qram (bıçağın ucunda götürülə bilən qədər) götürüb yarım litr suya (qaynanmış) əlavə etmək və həmin məhlulu gün ərzində 3 dəfəyə bölüb içmək.
Mənbə Dekorativ Bitkilər Xalq Təbabətində

Rəylər