Cökə - Ihlamur
Hündürlüyü 25 metrə qədər olan, böyük, çoxşaxəli və iri gövdəli ağac bitkisidir. Cavan budaqların qabığı tünd-palıd rəngli, yaşlı qabıqlar isə bozumtul-palıd rəngdə olur və üzərindən uzununa doğru çatlar gedir. Yarpaqları saplaqlıdır, uzunluğu 6 sm-ə qədər olur, ürəkvari və dairəvi formalıdır, kənarları dişlidir, üst tərəfdən tünd-yaşıl, alt tərəfdən isə ağımsovdur. Çiçəkləri yarımçətirlərdə, uzun saplaqlar üzərində toplanmışdır, sarımtıl-ağ və ya yaşılımtıl-ağ rənglərdədir, gözəl ətirlidir. Meyvələri bir və ya ikitoxumlu kiçik qozacıqlardır. Bitki may-iyul aylarında çiçəkləyir.
Yayılması çox geniş olub, əsasən rütubətli, kölgəli meşələrdə bitir. Respublikamızın bəzi meşə ərazilərində təbii şəkildə bitir və hətta bir çox parklarda və bağlarda da geniş şəkildə əkilib- becərilir.
Müalicə məqsədilə bitkinin əsasən çiçəklərindən istifadə edilir.
Kimyəvi tərkibi. Bitkinin çiçəklərinin tərkibində flavonoid qlikozidi-hesperidin, tiliasin qlikozidi, saponinlər, dubil maddələri, karotin, C vitamini, fitonsidlər, efir yağı (tərkibində seskviterpen spirti olan farnezol daxildir), polisaxaridlər (qalak- toza, qlükoza, ramnoza, arabinoza, ksiloza, qalakturon turşusu), acı maddələri, yağ maddəsi, mum, selikli maddələr, makro- və mikroelementlər və s. kimi birləşmələr vardır.
Orqanizmə təsiri və tətbiqi. Bitkinin iltihabi prosesə qarşı, qızdırmasalıcı, tərlədici, sidikqovucu, sakitləşdirici, sedativ, spaz- molitik, ağrıkəsici, bəlğəmgətirici, antiseptik, yarasağaldıcı, hipotenziv, bakterisid, regenerativ və s. kimi təsirləri var. Təbabətdə bitkidən, əsasən iltihabi mənşəli xəstəliklər, qrip, angina, öskürək, xroniki bronxit, stomatit, ishal, qaraciyər xəstəlikləri, sistit, pielonefrit, şəkərli diabet, meteorizm, dizen- teriya, hipertoniya, diffuz zob, aşırı əsəb gərginliyi, yuxusuzluq, babasil, revmatizm, podaqra, artrit, yara və xoralar, yanıqlar və s. sahələrdə istifadə edilir.
İstifadə qaydası. Bitkinin çiçəklərindən quru və xırdalanmış halda 2 xörək qaşığı götürüb 600 ml qaynar suya əlavə edib zəif alovda 10 dəq. dəmləmək, soyutmaq və süzmək. Gündə 3 dəfə yeməkdən 15-20 dəq. qabaq 1/3 hissə içmək.
Mənbə Dekorativ Bitkilər Xalq Təbabətində kitabı

Rəylər