Öddə qatılaşma - xolestaz

Öddə qatılaşma - xolestaz

Xolestaz
İnsan orqanizminin ən böyük laboratoriyası olan qaraciyər qırxa yaxın həyati vacib funksiya yerinə yetirir. Bunlardan da ən vaciblərindən biri nazik bağırsaqlarda qida maddələrinin həzmini təmin edən ödün sintezidir. Qaraciyər hüceyrələrində istehsal olunan öd əvvəlcə öd kapilyarlarına, sonra isə öd yollarına toplanaraq öd kisəsinə toplanır. Hər dəfə yemək yeyiən zaman öd kisəsi yığılaraq ödü 12 barmaq bağırsağa atır, nəticədə də yağların həzmi baş verir. Öd kisəsinin, öd yollarının və sfinkterinin əzələlərinin normal yığılması və tonusu pozulan zaman öd durğunluğu yaranır. Öd kisəsində durğunluğun yaranmasının səbəbləri:
• balanslaşdırılmamış qidalanma – qida rejiminin pozulması, uzun müddət ac qalma və yeyilən yeməklərin keyfiyyətsiz olması
• hipodinamiya – az hərəkətli həyat tərzi, oturaq iş rejimi
• bağırsaq peristaltikasının pozulması – xüsusən də qəbizlik
• hamiləlik
• metabolik xəstəliklər – piylənmə, şəkərli diabet, ateroskleroz
• öd axımının qarşısını alan mexaniki maneələr – öd daşı, opistorxoz
Ödün hərəkəti öd kisəsi və axarlarının normal tonusu hesabına baş verir. Diskineziya – öd yolları ilə öd kisəsi əzələlərinin yığılması arasında uyğunluğun pozulması zamanı baş verir. Diskineziya hipo və hiperkinetik olmaqla iki formada rast gəlinir. Hipokinetik diskineziyada öd kisəsinin yığılma-hərəki funksiyasının ləngiməsi baş verir və normada öd kisəsinin tutumu 75-100 ml olduğu halda, onda 150-200 ml öd toplanır. Bu da sağ qabırğa altında daimi küt, bəzən kəsici tipli çox da güclü olmayan ağrıya səbəb olur.
Hiperkinetik formada isə əksinə öd kisəsinin yığılma intensivliyi və tezliyinin artır, tonusu yüksəlir, lakin sfinkteri tam açılmadığına görə öd bağırsağa tökülə bilmir. Bu halda simptomlar sağ qabırğa altında kəskin ağrılardan, qəbiliklə ishalın növbələşməsindən ibarət olur.
Əlamətləri
Xolestaz özünü ürəkbulanma, gəyirmə, qusma, sağ qabırğa altında daimi ağrı, bağırsaqlarda köp, dəridə qaşınma, ağızda acı dad və xoşagəlməz qoxu, dəri və selikli qişaların zəif saralması, qaraciyərin bir qədər böyüməsi əlamətləri ilə büruzə verir. Sidiyin rəngi tündləşir, nəcisin rəngi isə açılır.
Müalicə
Müalicənin əsasını pəhriz təşkil edir ki, diskineziyanın bütün formalarında az-az və tez-tez qidalanma tövsiyyə olunur. Hiperkinetik formada öd ifrazını stimulyasiya edən duzlu, acı, hisə verilmiş, qızardılmış yeməklər, həmçinin göbələk, yumurta, ədviyyatlar, şokolad, qıtıqotu (xren), ispanaq rasiondan çıxarılır.
Hipokinetik formada isə qidaya tərəvəzlər, meyvələr, bitki və kərə yağı, qaymaq, xama, yumurta əlavə olunur.
Tübaj
Öd kisəsi və öd yollarının ev şəraitində yuyulmasıdır. Prosedur üçün iki xörək qaşığı ex hepafit bitki yığımı stəkan yarım (300 ml) qaynar suda dəmlənir və səfər acqarına qurtumla içilir. 15 dəqiqə sonra sağ böyrü üstə uzanaraq sağ qabırğa altına istiqac qoyulur. Yarım saat bu formada uzandıqdan sonra ayağa qalxmaq və 2 xörək qaşığı zeytun yağı və ya ingilis duzu içmək lazımdır.
Ağırlaşmaları
Öd durğunluğu ilk növbədə həzmin pozulmasına, həmçinin öd kisəsində ödün qatılaşmasına və daşların əmələ gəlməsinə, bakterial floranın düşməsi nəticəsində kəskin xolesistitin inkişafına, ən ağır hallarda isə öd kisəsinin deşilməsinə və peritonitə səbəb ola bilir.
Təbii üsullarla müalicə
• 2 qram mumya yarım litr otaq temperaturunda suya əlavə olunur, həll olduqdan sonra gündə 2 dəfə 1/3 stəkandan içilir. Məhlul qurtardıqdan sonra bir həftəlik fasilə verilir və müalicə təkrar edilir.mumya məhlulu öd kisəsində daşlar olduqda belə qəbul oluna bilər.
• 1 xörək qaşığı xırdalanmış və qurudulmuş tozağacı yarpaqlarının üzərinə 1 stəkan tünd çay dəmi əlavə olunur və qaynayan su hamamında yarım saat dəmlənir. Soyuduqdan sonra süzülür və gündə 3 dəfə 1/3 stəkandan içilir.
• Bərabər miqdarda dazıotu, qarğıdalı saçağı və solmazçiçəyi qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmlənir. Tam soyuduqdan sonra hər yeməkdən 20 dəqiqə qabaq 1/3 stəkan içilir.
• 2:1 nisbətində xırdalanmış itburnu meyvələri və gicitkən yarpaqları qarışdırılır, 1 xörək qaşığı qarışıq 20 dəqiqə vam odda çay kimi dəmlənir, ocaqdan alındıqdan sonra dəsmala bükülür və daha yarım saat dəmlənir. Süzüldükdən sonra gün ərzində 3-4 dəfəyə içilir.
• Hepanur təbii tərkibli (ənginar, alaqanqal toxumu, lavanda və zəncirotu) kapsul gündə 2-3 dəfə yeməkdən yarım saat əvəl daxilə qəbul edilir. Ətraflı www.fitostore.az
• 1 kq çuğundurun qabığı soyulur, doğranaraq qazana tökülür. Üstünə 1,5 litr su əlavə olunaraq vam odda qatı şərbət alınana qədər qaynadılır. Alınan şərbət yarıbayarı çöl qatırquyruğu dəmləməsi ilə qarışdırılır və gündə 3-4 dəfə yeməkdən əvvəl yarım stəkan içilir. Müalicə ara verilmədən 3 ay aparılmalıdır.
• Hərəsindən 50 qram kasnı kökləri və istiotlu nanə yarpaqları xırdalanır və qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda yarım saat dəmlənir. Süzüldükdən sonra gündə 3 dəfə, hər dəfə 1 stəkan dəmləmə isti şəkildə qəbul edilir. Müalicə müddəti 2 həftədir.

Təbii üsullar müalicə mərkəzi - APİMED
+994703330020