Rotavirus zamanı xalq təbabəti

Rotavirus zamanı xalq təbabəti

Uşaqlarda Rotavirus infeksiyaları
İlk dəfə 1973-cü ildə avstraliyalı mütəxəsislər tərəfindən aşkarlanan rotavirus inveksiyası bu günə qədər öz aktuallığını saxlayır. Demək olar ki, 3 yaşına qədər hər bir uşaq həyatında 1 dəfə də olsun həmin infeksiya ilə qarşılaşır. 3 yaşına qədər uşaqlarda müşahidə edilən ishalların 95 faizi rotaviruslar vasitəsilə törədilir. Hər il dünyada 125 milyon uşaq rotavirusla xəstələnir.
Bəzən “bağırsaq qripi” də adlanan infeksion xəstəliyin törədiciləri Rotaviruslardır. Latıncadan tərcümədə rota - halqa mənasını daşıyır, bu, virusların mikroskop altında halqaya bənzəməsilə əlaqədardır. Onlar aşağı temperatura olduqca davamlıdır. Xəstəlik adətən sporadik xarakter daşısa da bəzən epidemiyalara da səbəb olur. Xüsusilə payızın sonu qış aylarının əvvəllərində geniş yayılaraq xəstəlik törədir. Əsasən uşaqlar arasında yayılmasına baxmayaraq böyüklər də rotavirus infeksiyaları ilə yoluxa bilir. Lakin onlarda xəstəliyin əlamətləri yüngül formada müşahidə edilir.
Uşaqlarda hər yoluxmadan sonra orqanizmdə rotaviruslara qarşı immunitet yarandığından növbəti yoluxmalarda xəstəlik əvvəlkilərə nisbətən daha yüngül keçir.
Rotaviruslar əsasən kontakt-məişət, çirkli əllər, yaxşı yuyulmamış qidalar, su vasitəsilə fekal-oral yolla yoluxmasına baxmayaraq, bəzi hallarda hava damcı yoluyla da yayıla bilir. Bu virusun törətdiyi infeksiyaya bəzən “çirkli əllər xəstəliyi” deyilir.
Simptomları
Xəstəliyin inkubasion dövrü 1 gündən 5 günə qədər davam edir. Qarında kəskin tutmaşəkilli ağrılarla, ürəkbulanma, gün ərzində 3-4 dəfə qusma, iştahanın itməsi, sulu ishal, susuzlaşma əlamətləri, qıcolma və huşun itməsi kimi hallarla özünü büruzə verir.
Rotaviruslar əsasən mədə və nazik bağırsaqların selikli qişasını zədələyərək qastroenteritə səbəb olur. Həzm sistemində selikli qişaların zədələnməsi nəticəsində qidaların həzmi pozulur, ishal baş verir. Xəstəliyin əsas xarakterik əlaməti olan ishal susuzlaşmya səbəb olduğundan uşaq orqanizmi üçün olduqca təhlükəlidir. Xüsusilə 6 ay-2 yaş arası uşaqlarda susuzlaşma daha ağır nəticələr verə bilir.
Orqanizmin susuzlaşmasını aşağıdakı əlamətlərlə müəyyənləşdirmək mümkündür:
Ağızda quruluq, quru dil;
Dəri örtüyünün quru, soyuq və solğun olması;
Göz yaşısız ağlama;
5 saat ərzində sidik ifrazının olmaması,
Tər ifrazının olmaması;
Gözlərin çuxura düşməsi;
Nəbzin sürətlənməsi;
Halsızlıq.
Profilaktika
Rotaviruslara yoluxmanın qarşısını almaq üçün əllər tez-tez paltar sabunuyla yuyulmalı;
Uşağa qaynadılmış su verilməli;
Meyvə-tərəvəz axar su altında təmiz yuyulmalı,
Göyərtilər təmiz yuyulduqdan sonra sirkəli suda saxlanmalı;
Uşaq kollektivlərində daim təmizlik üçün tədbirlər görülməlidir.
Reseptlər
*Hərəsindən 1 çay qaşığı paslı qarağac və darçın tozu qarışdırılır. Qarışıqdan 1/4 çay qaşığı hər yeməkdən əvvəl bol su ilə qəbul edilir.
*1 litr suya qaynanmış suya 1 çay qaşığı xörək duzu 5 çay qaşığı şəkər tozu əlavə edilir, qarışdırılır. Hər nəcis ifrazından sonra uşağa 1 xörək qaşığı içizdirilir.
* 1 xörək qaşığı dazıotu üzərinə 200 ml qaynar su əlavə edilir, 30 dəqiqə dəmlənir, süzülür. Dəmləmənin üzərinə 1 stəkan isti su əlavə edilir. Gündə 3 dəfə yeməkdən yarım saat sonra 1/3 stəkan qəbul edilir. Dəmləmənı soyuducuda saxlamaq lazımdır. 3 yaşından aşağı körpələrə verilməsi məsləhət deyil.
* 50-60 qram quru qaragilə meyvələri (təzə qaragilə meyvələri əksinə bağırsaqlara yumşaldıcı təsir göstərir) üzərinə 1 litr su əlavə edilir, zəif odda 15-20 dəqiqə qaynadılır. Üzərinə 100 qram şəkər tozu əlavə edilir, qarışdırılır. Gün ərzində yeməkdən əvvəl və sonra ilıq halda qəbul edilir.
* 40 qram adi palıd qabığı 1 litr suda 20 dəqiqə qaynadılır, süzülür. Gündə 5-6 dəfə isti halda qəbul edilir.
* 100 qram quru kişmiş üzərinə 1 litr su əlavə edilir 30-60 dəqiqə qaynadılır, soyudulur. Kişmişlər qaşıq vasitəsilə əzilir, süzülür. Süzülmüş dəmləmənin üzərinə 1 çay qaşığı xörək duzu, yarım çay qaşığı çay sodası, 4 çay qaşığı şəkər tozu əlavə edib, 2-3 dəqiqə qaynadılır. Otaq temperaturunda soyudulur. Gün ərzində hər qusmadan və nəcis ifrazından sonra qəbul edilir.

Təbii üsullarla müalicə mərkəzi - APİMED 0703330020