Paradontoz - Xalq təbabətində

Paradontoz - Xalq təbabətində

Parodontoz dişi əhatə edən toxumalar kompleksinin – diş, dişəti, periodont və alveol çıxıntılarının distrofik-iltihabi xəstəliyidir, yaşlılar arasında ona daha çox rast gəlinir. Xəstəliyin müalicə və profilaktikasını səmərəli şəkildə aparmaq üçün onu törədən səbəbləri bilmək lazımdır.
Xəstəliyin səbəbləri yerli və ümumi olmaqla iki qrupa bölünür. Yerli amillərə parodont toxumasının həddindən artıq yüklənməsi, dişləm anomaliyaları, travmatik okkluziya, diş daşları, mikrob və onların toksinləri və ağız boşluğuna qeyri-düzgün qulluq kimi amillər aid edilir.
Ümumi amillərə sinir təchizatının, trofikanın pozulması, endokrin dəyişikliklər, maddələr mübadiləsinin pozulması, qidanın tərkibində zülal, yağ, vitamin çatışmazlığı və damar funksiyasının pozulması daxildir.
Parodontoz xəstəliyi özünü distrofik və distrofik-iltihabi formada büruzə verir. Distrofik formalı parodontoz öz inkişafında görə dörd mərhələdən keçir. Başlanğıc formada proses ləng gedir, xəstəni narahat edən əlamətlər baş verir. Dişəti solğun və məməciyi kiçik olur, bəzən göynəmə müşahidə edilir. Prosesin başlanğıcında rentgenoloji müayinədə dişlərin alveolyar çıxıntısının zirvəsində rezorbsiya – sümüyün sorulması müşahidə edilir. Həmin mərhələdə profilaktik müalicə tədbirləri görülməyəndə proses inkişaf edərək digər mərhələlərə keçir. Xəstəlik inkişaf edəndə dişlərdə keyimə hissi olur, diş köklərinin üstü açılır, onların çənədə fiksasiyası zəifləyir, həssaslığı artır, soyuq, isti və digər qıcıqlandırıcılar sızıltı və ağrı hissi yaradır.
Distrofik-iltihabi formanın başlanğıc mərhələsində zəif iltihabi əlamətlər əmələ gəlir, dişəti şişkinləşir, rentgenoloji müayinədə dişlərarası sümük çəpərinin zirvəsində sorulma müşahidə edilir. Proses dərinləşdikcə dişətində şişkinlik, qızartı və ağrı daha da artır, toxunma zamanı qanama baş verir, ağızdan xoşagəlməz qoxu gəlir. Dişətində getdikcə dərinləşən və irinli ifrazatla müşahidə edilən patoloji ciblər əmələ gəlir, dişlər laxlayır, çənədəki dayağını itirir və heç bir zədə olmadan tökülür, çeynəmə funksiyası pozulur.
Dişlərə müntəzəm gigiyenik qulluq, düzgün rasional qidalanma, diş daşlarının mütəmadi təmizlənməsi, ağız boşluğunda mövcud olan infeksiya ocaqlarının sanasiyası kimi profilaktik tədbirlərlə parodontoz xəstəliyinin qarşısını almaq mümkündür.
Dişətinin altında və üstündə olan daşların təmizlənməsindən sonra yenidən yaranmasının qarşısını almaq məqsədilə üzərinə flüorlu lak çəkilməli, antiseptik, iltihab əleyhinə, ağrıkəsici və yarasağaldıcı təsiri göstərən bəyazsept çayının dəmləməsi və propolis 20 % (www.propolis.az) məhlulu ilə qarqara edilməlidir.

RESEPTLƏR
Hind diş məcunu
3 xörək qaşığı üyüdülmüş dəniz duzuna 2 çay qaşığı qurudulub üyüdülmüş banan qabıqları əlavə edilir, zeytun yağı qatılaraq xama konsistensiyasına gətirilir. Alınan kütlə masaj hərəkətləri ilə dişətinə şəkilir və 10 dəqiqə sonra tüpürülür. Müalicənin səmərəsini saxlamaq üçün ağızı yaxalamaq tövsiyə olunmur. Prosedur gündə iki dəfə – səhər və yatmazdan əvvəl aparılır.
Duz məcunu
Xörək duzu üyüdülərək balla qarışdırılır və diş məcununa əlavə edilir. Alınan məcun barmaqla dişətinə masaj edilir. Həmin məcundan həftədə iki dəfədən artıq istifadə etmək lazım deyil. Məcun diş dolğularına mənfi təsir göstərmir və parodontozun profilaktikası üçün faydalı vasitə sayılır.
Sarımsaqlı çay dəmləməsi
1 çay qaşığı çörəkotulu çay həmin miqdarda əzilmiş sarımsaqla qarışdırılır, qarışığın üzərinə 1 stəkan qaynar su əlavə edilir və ağzı bağlı halda 20 dəqiqə dəmlənir. Süzgəcdən keçiriləndən sonra alınan dəmləmə ilə 2 həftə hər gün 10 dəqiqə ağız boşluğu qarqara edilir.
Dəmrovotu cövhəri
Çiçəkləmə dövründə toplanmış dəmrovotu ətçəkən maşından keçirilir, şirəsi sıxılaraq 1:1 nisbətində 40 faizli spirtlə qarışdırılır. 10 gün saxlanandan sonra alınan cövhərlə gündə bir dəfə ağız boşluğu yaxalanır. Cövhəri qətiyyən udmaq olmaz.

TƏBİİ MƏHSULLARI ƏLDƏ ETMƏK ÜÇÜN www.fitostore.az