Ziyil zamanı xalq təbabəti

Ziyil zamanı xalq təbabəti

Ziyillər
Ziyil – dərinin qatlarının artması nəticəsində düyünəbənzər törəmələrin əmələ gəlməsidir. Ziyillərin inkişafı çox vaxt virusla əlaqədar olur, kontakt və ümumi məişət əşyalarından istifadə vasitəsilə yayılır. Ziyillərin bir neçə növü var:
- sadə ziyillər - kiçik ölçülü, səthi buynuzlaşmışdyüncüklər olub, əsasən əllərdə və ayaqaltında yerləşir. Bəzən bir-biri ilə birləşərək böyük səthi əhatə edir və ağrıya səbəb olur
- yastı ziyillər – xırda, yastı, dəri rəngindən seçilməyən papulalardır. əsasən üzün və əllərin dərisində olur
- ayaqaltı ziyillər – məməcikşəkilli və kələkötür səthə malikdir, çox vaxt ayaq barmaqlarında və dabanda yerləşir
- qocalıq ziyilləri – yaşlı adamlarda sinənin, qarnın, belin dərisində iri ölçülü, qəhvəyiyəçalan rəngli törəmələr olur

Dərman bitkiləri ilə müalicə

İmmunoset təbii məcun tərkibindəki komponentlərə görə interferonlara təsir göstərərək antiviral effekt verir.

Gülümbahar çiçəyinin tozu
Qurudulmuş gülümbahar çiçəyi əzilib toz halına salınır və ziyilin üzərinə tökülür. Tənzif və ya parça ilə bintlə bağlanaraq bir gecə saxlanılır.

Sarımsaqlı xəmir
Bir diş sarımsaq əzilir, üzərinə bir çaq qaşığı essensiya tökülür və xəmir qatılığını alana qədər un əlavə olunur. Alınan xəmirdən kiçik hissə götürülür və ziyilin üzəri nə qoyulur, tənziflə bağlanır və 2-3 gün müddətində saxlanılır.

Soğan şirəsi
Bir baş söğanın şirəsi sıxılır və gündə 3 dəfə ziyilin üzərinə çəkilir.

Zəncorotu kökündən məlhəm
5 xörək qaşığı zəncirotu kökü həvəngdəstədə toz halına düşənədək döyülür, 25 qr yağa qatılır. Alınan məlhəm ziyillərin üstünə gündə 3 dəfə çəkilir.

Sirkə ilə söyüd külünün qarışığı
Bir çay qaşığı sirkəyə 5 xörək qaşığı söyüd oduncağının külü ilə qarışdırılır. Alınan qarışıq ziyillərin üstünə qoyulur. Prosedur gündə 3 dəfə ziyillər tamamilə yox olana qədər davam etdirilir.

Vanna üçün şabalıd dəmləməsi
Bir vedrə şabalıd yarpağının üzərinə qaynar su tökülür, 12 saat dəmlənir və süzülür. Alınan dəmləmə ilə 10-15 dəqiqə vanna qəbul edilir. Prosedur bir gündən bir 2 həftə müddətində qəbul edilir.

Təbii bitkilər və arı məhsulları üçün www.fitostore.az
0556464662