Podaqra - kralların xəstəliyi

Podaqra - kralların xəstəliyi

Podaqra xəstəliyinin müalicəsində tətbiq edilən xalq təbabəti üsulları
• Podaqra xəstəliyinin müalicəsində əsasən “təmizləyici” terapiya tətbiq edilir. Bu əsasən düyü vasitəsilə aparılır. Bunun üçün axşamdan 2 xörək qaşığı düyünün üzərinə 1 litr soyuq su əlavə edilib səhər suyu dəyişdirilərək 2-3 dəqiqə müddətinə 4 dəfə bişirilir. Alınmış bu kütlə səhər acqarına yeyilir. Bundan sonra 3-4 saat ərzində heç bir maye və ya yemək qəbul edilmir. Podaqra xəstələrinə əsasən B qrupu vitaminləri, PP, A, E, C vitaminləri təyin edilir.
• 3 ədəd limon və 150 qr sarımsaq ət maşınından keçirilib üzərinə yarım stəkan qaynar su əlavə edilir. Bundan alınmış məhlul süzülərək hər gün səhər 50 qr içilir.
• 1 xörək qaşığı bal və 1xörək qaşığı alma sirkəsi qarışdırılıb hər gün səhər acqarına 1 xörək qaşığı daxilə qəbul edilir.
• 1 çay qaşığı tozağacı tumurcuqlarının üzərinə 0,5 stəkan qaynar su əlavə edilib dəmlənir. Alınmış məhlul 3 yerə bölünərək gün ərzində daxilə qəbul edilir.
• 25 qr küknar tumurcuqlarının üzərinə 250 qr qaynar su əlavə edilib 20 dəqiqə müddətinə qaynadılır. Alınmış məhlula zövqə görə alma sirkəsi və şəkər əlavə edilərək gündə 2 dəfə 0,5 stəkan içilir.
• 100 qr adaçayı yarpağının üzərinə 6 litr maye əlavə edilib 10 dəqiqə müddətinə qaynadılır. Bundan sonra əl və ayaqlar bu mayenin buxarına verilir. Adətən bu prosedur yatmazdan öncə edilir. Adaçayı bitkisini aptek çobanyastığı və ya qara gəndalaşla da əvəz etmək olar.
• EX Urolit bitki yığımı dəmlənilir və daxilə qəbul edilir.
• 1 xörək qaşığı adi dağtərxunu çiçəklərinin üzərinə 1 stəkan qaynar su əlavə edilib 2 saat müddətinə dəmlənir, bundan sonra süzülüb gündə 3-4 dəfə yeməkdən 20 dəqiqə əvvəl 1 xörək qaşığı daxilə qəbul edilir.


Təbii bitki və arı məshullarını əldə etmək üçün www.fitostore.az