Adaçayı Alsheymer zamanı

Adaçayı Alsheymer zamanı

Adaçayı Alsheymer zamanı
Adaçayı və ya sürvə latınca Salvia officinalis adlanır.
Adaçayının hafizə üzərində təsirini araşdırdıqdan sonra yağının daha çox effektivliyi aşkarlanmışdır.
Adaçayının sağlamlığımız üçün çox faydalı olduğunu hamımız bilirik, xüsusilə də soyuqdəymədən qorunmaq üçün, udlağın və ağız boşluğunun iltihabi xəstəliklərində geniş istifadə olunur. Həm daxilə içmək, həm də qarqara məqsədi ilə.
Yunan tibbində çox işlənən "Baxçasında adaçayı bitən adam niyə ölsün ki?" ifadəsi çox mənalıdır. Bir çox faydaları beyin tutumunu artırdığı, hafizəni gücləndirməsi isə daha maraqlıdır.
Qədim İngilis bitkilərlə müalicə kitablarında adaçayının beyin funksiyası ilə bağlı diqqət çəkən məqamlar var. Fitoterapiya ilə məşğul olan John Gerard 1597-ci ildə yazdığı kitabda adaçayı ilə bağlı belə bir kəlmə yer alır:"Adaçayı beyin üçün tək başına təsirli olub sinirləri oyadır, hafizəni gücləndirir." London Universitetində araşdırmaçı Peter Houghtonun apardığı tədqiqata əsasən (asetilxolin esteraza ingibəedici) adaçayının beyin funksiyası ilə əlaqədar təsirlərini meydana çıxarmışdı.
90-dan çox fərqli növü olan Adaçayı (sürvə)bitkisiylə bağlı 2010-cu ildə yayımlanan başqa bir çalışmada 135 sağlam yetişkin (siqaret çəkməyən) qruplara ayrılaraq, tibbi adaçayının uçucu yağı kapsul olaraq deyil qoxladaraq araşdırmışdılar. İçi boş dərman qrupu olaraq ayrılanlara qoxusuz bir maye verərkən, digər qrupa tibbi adaçayı (salvia officinalis) yağı, başqa birinə də fərqli adaçayı növü (tüklü adaçayı-salvia lavandufolia) uçucu yağı qoxladılmışdır.
Nəticədə tibbi adaçayı yağı qoxusu hafizəni artırmış, ikincili olaraq yaddaşı gücləndirdiyi aşkarlanmışdır. Tüklü adaçayı yağnın belə bir təsiri müəyyən olunmamışdır. Əslində tüklü adaçayı yağının içərisində tam tərsi yatızdırıcı xüsusiyətə malik maddələr (linalool) tapılmışdır. Yəni istifadə edilən adaçayının cinsi və keyfiyyətinin nə qədər önəmli olduğu açıq şəkildə görünür. Ona görə də yetişdirərkən tibbi adaçayı növü olması mütləqdir.
Tibbi adaçayı dəmləmə şəklində də istifadə edilir, amma yağı qədər Alsheymer kimi hafizənin itməsi ilə müşayət olunan xəstəliklərdə effektiv deyil. Unutqanlığı aradan götürmək üçün tibbi adaçayı yağını gündə 2-3 dəfə qoxlamaq lazımdır.

www.fitostore.az