Qaraciyər piylənməsi(n)

Qaraciyər piylənməsi(n)

Ağır qidalanmadan sonra qaraciyərin bərpası.
Qaraciyərin bərpası üçün dörd ən yaxşı bitki: zəncirotu kökü, ənginar meyvəsi, alaqanqal toxumu və lavanda çiçəyi birlikdə istifadə olunmalıdır. Bu dörd ən yaxşı qaraciyərqoruyucu bitkilər Hepanur təbii tərkibli kapsulun tərkibində mövcuddur.
Qaraciyər niyə piylənir?
Müxtəlif məclis və qonaqlıqlar, yeyib-içmək süfrələri nə qədər gözümüzü oxşasa və ağzımızı dada gətirsə də, ertəsi gün xoşagəlməz nəticələrlə üzləşirik. Səhəri gün başda yaranan küt ağrı, mədə nahiyyəsində narahatlıq hissi əksər hallarda həmin qidalanmanın nəticəsi olur. Orqanizm müxtəlif salatlar, cürbəcür ət xörəkləri və rəngarəng içkilərdən ibarət qidaların öhdəsindən gələ bilirmi? Ağır qidalanmadan sonra qaraciyəri bərpa etmək üçün hansı üsullar var?
Alkoqol
Mütəxəssilərin fikrincə, kişilərin 20 qram, qadınların isə onun yarısı qədər təmiz etanol qəbul etməsi qaraciyər üçün o qədər zərərli olmasa da, spirtin həmin miqdarı mədəaltı vəz və baş beyin üçün olduqca təhlükəlidir. Həmin orqanlar üçün spirtli içkinin təhlükəsiz miqdarı yoxdur.
Siqaret çəkmək
1-2 qutu siqaretdə olan nikotin orqanizm üçün ölümcül dozadır. Siqaret çəkəni xilas edən nikotinin orqanizmə birdən-birə yox, hissə-hissə daxil olmasıdır. Tütünün ən güclü damardaraldıcı bitkilərdən biri olduğu məlumdur. Qaraciyər qanla daha çox təchiz olunan orqandır və kapilyarların daralması onun qanla təminatının zəifləməsi, işinin pozulması və öd durğunluğuna səbəb olur.
Artıq qida qəbulu
Qida, xüsusən də yağlı yeməklər normadan artıq qəbul olunanda bağırsaqda külli miqdarda yağ turşuları əmələ gəlir və qanla qaraciyərə daşınır. Qaraciyər hüceyrələrində triqliseridlərin toplanması mübadilə proseslərini pozur və piy distrofiyasının inkişafına səbəb olur.
Qaraciyərin yenilənməsi
Orqanizimdə qaraciyərin özünü yeniləmə qabiliyyəti güclüdür. Onun bərpasına spirtli içkilərdən imtina etməklə başlamaq lazımdır.
Acı qidalar
Acı qidaların qəbulu qaraciyərin işini yaxşılaşdırır. Bəzi acı dada malik göyərtilər qaraciyərdə öd ifrazını artırır və toksiki maddələrin xaric olunmasının sürətləndirir. Məsələn, roka, kahı və vəzəri həmin göyərtilərə aiddir. Balqabaq, yerkökü, çuğundur, qabaq, ağ turp, kələm növləri (brokkoli, ağbaş, brüssel, gülkələmi) və ənginar kimi tərəvəzlər güclü ödqovucu təsir göstərir.
Canlı hepatoprotektorlar
Yerfındığından başqa bütün ləpələr, əsasən qoz, fındıq, badam, keşyu, həmçinin balqabaq və günəbaxan tumları qaraciyərin qoruyucularıdır. Onlar əvəzolunmaz essensial fosfolipidlər və antioksidantlarla zəngin olduğuna görə qaraciyər hüceyrələri üçün inşaat materialı rolunu oynayır və sərbəst radikalları neytrallaşdıraraq hepatositlərin zədələnməsinin qarşısını alır.
Canlı su
Qaraciyərin təmizlənməsi üçün ən faydalı hesab olunan maqnezium-sulfatlı mineral sulardır. Onların ödqovucu xüsusiyyətləri daha güclüdür.
Bərpaedici qida rejimi
Səhər süfrəsində kolbasalı buterbrodları meyvələr və onların şirələri ilə əvəz etməklə qaraciyərin yükünü azaltmaq olar. Alma və armud şirələri daha faydalıdır. Onların tərkibində xolesterini neytrallaşdıran və toksinləri orqanizmdən xaric edən pektinlər var. Giləmeyvələrdə qaraciyər üçün vacib olan başqa maddələr, papain, koenzim Q10 daha çoxdur. Qraciyərin müalicəsi üçün yağsız süd məhsulları, bal, qarabaşaq və yulaf yarmaları qəbul edilməlidir. Ən faydalı axşam yeməyi isə kəsmik, suda bişirilmiş yağsız ət və tərəvəzlərdir. Müasir dövrdə ekoloji mühitin çirklənmə dərəcəsini nəzərə alsaq, böyük şəhərlərdə yaşayanların orqanizmə daxil olan toksinləri neytrallaşdırmaq üçün hər gün 700-800 qram çiy meyvə və tərəvəzlə qidalanması lazımdır.
RESEPTLƏR
0,5 litr zeytun yağına 0,5 kiloqram təbii bal və 50-100 ml alma sirkəsi əlavə edilir. Alma sirkəsini 2 ədəd limonun şirəsi ilə əvəz etmək olar. Qarışdırdıqdan sonra soyuducuda saxlanılır. Hər dəfə qəbul etməzdən əvvəl məhlulu qarışdırmaq lazımdır. Gündə 3 dəfə yeməkdən qabaq 1 xörək qaşığı qəbul edilir. Ildə bir dəfə payız aylarında kursu təkrarlanmaq daha faydalı təsir göstərir.
100 qram yulaf yarması yuyularaq 3 litrlik bankaya tökülür, üzərinə 2,5 litr qaynar su və 150 qram bal əlavə olunur, ağzına yağlı kağız qoyulur və qapaqla bağlanır. Dəmləmə yun dəsmala bükülərək 24 saat isti yerdə saxlanır, ertəsi gün soyuducuya qoyulur. Gündə 2 dəfə yeməkdən 1 saat sonra 1 stəkan içilir. Müalicənin müddəti 45 gündür.
Andız kökləri ödqovucu, qaraciyərqoruyuvu və güclü iltihab əleyhinə təsirlərə malikdir. 1 çay qaşığı xırdalanıb qurudulmuş kökün üstünə 1 stəkan qaynar su tökülür, 8-10 saat dəmlənir. Süzüldükdən sonra gündə 4 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1/3 stəkan qəbul olunur.
400 ədəd zəncirotu çiçəkləri toplanır, 1 sutka soyuq suda saxlanır, sıxıldıqdan sonra üzərinə 0,5 litr su əlavə olunur. 15 dəqiqə qaynadıqdan sonra 1 ədəd qabıqlı limon doğranır və 1 çay qaşığı limon duzu ilə birlikdə bişirməyə əlavə edilir. Bişirmə soyuduqdan sonra içindəki çiçəklər sıxılaraq atılır, suyuna 1 kiloqram şəkər tozu qarışdırılır və ocağa qoyularaq hər dəfə 5 dəqiqə olmaqla üç dəfəyə bişirilir. Alınan şərbət gündə üç dəfə 1 xörək qaşığı qəbul olunur.

www.fitostore.az