Hiltit (Xiltit) - Pisqoxulu ilankölgəsi

Hiltit (Xiltit) - Pisqoxulu ilankölgəsi

Şeytan otu və ya Türk dilində şeyatantersi kimi tanınan (Ferula Asafoetida) haqqında məlumat.
Tanrıların yeməkləri, qoxumuş saqqız və div razyana kimi də qədim mənbələrdə rast gəlmək olar.
Hiltit Mərkəzi Asiyada, Əfqanıstanda, Qafqazın quru yamaclarında bitən çətirçiçəkli bitkinin köklərinin qurudulmuş qətranıdır. Qurudulmuş qətranın hazırlanması uzun sürən bir prosessdir. Deməli, köklər çərtilir və çıxan qətran toplanılır və hazırlanır. Hiltit qapalı hermetik qabda sərin və quru yerdə 1 il saxlanıla bilər.
Tərkibində aktiv oleorisin maddəsi olan hiltit ağciyər və mədə-bağırsaq xəstəliklərində geniş istifadə edilir. Həmçinin afrodizyak təsiri yəni cinsi gücü artıran xüsusiyyətlərə malikdir.
Minerallarla və aktiv kimyəvi tərkibi ilə seksterpen kumarin kimi maddələrlə beyin qan dövranı üçün də effektiv təsirləri var. Antiepileptik və spazm əleyhinə effektləri də qeyd olunur.
Bəzi vinil disulfidlər yəni kükürd birləşmələri hesabına TRPA1 ion kanallarını aktivləşdirir, buna görə də qıcıqlanmış bağırsaq sindormu zamanı istifadə edilir. TRPA1 - soyuq, ağrı, isti kimi ətraf qıcıqlandırıcılara qarşı sensor mexanizmdir.
Protein qlükoziasyon nisbətini düşürtməsi siçanlar üzərində aparılan tədqiqata əsasən gizli şəkəri (qlikohemoqlobin) dəyərində öz əksini tapmışdır. Pis yağların parçalanmasında əhəmiyyəti yüksəkdir.
Ximotripsin dəyərinə təsir göstəridyi üçün mədəaltı vəz funksiyasını yaxşılaşdırır və bağırsaqların aktivliyini artıra bilir.
İstifadəsi müxtəlifdir
1- 2 qr (təxmini noxud boyda) hiltit 1 stəkan süddə və ya qaynar suda qaynadılıb, içilir. Koronavirus və qrip kimi kəskin virus infeksiyaları zamanı bu şəkildə tətbiq edilir. Həmçinin ağciyər və bronxları bəlğəmdən təmizləmək üçün də içilir.
1/2 çay qaşığı hiltit 1 stəkan rafinə olunmamış günəbaxan yağına qarışdırılır, kətan və ya pambıq parçaya hopdurulur. Bu yağ oynaq iltihabı və artritdə də tətbiq olunur. 5-10 dəqiqə masaj edilir.
1-2 qr hiltit 1 çay qaşığı balla qarışdırılır və badamcıqlara sürtülür. Hiltit böyümüş damaq badamcıqlarını kiçildir. Tonzillit zamanı belə istifadə edilir.
Hamiləliyi sonlandırıcı təsiri olduğu üçün hamiləlik və laktasiya dövründə istifadəsi məsləhət deyil.
Aktiv mədə xorası və kəskin böyrək çatışmazlığı zamanı tövsiyə olunmur.
Doza həddinin aşması nəticəsində güclü baş ağrıları, ishal və dodaqların şişməsinə gətirib çıxara bilər. Təzyiqi aşağı salan və qandurulducu dərman preparatları istifadə etmək olmaz.
Qeyd olunan şəkildə 10 gün istifadə edib və 10 gün fasilə verərək davam etmək olar.