Rəqs edən göbələk
Maytake göbələyi
Grifola frondosa
Maytake el arasında rəqs edən göbələk kimi də məşhurdur. Onun elmi adı qrifoladır. Bu iri göbələyin əsası çox iri olub diametri 50 sm-ə, birinin çəkisi isə 4 kq-a çatır.
Tarix. Maytakenin latınca adı olan qrifon sözü yunan mifologiyasında qızılları qoruyan heyvan adından götürülmüşdür. Yapon dilindən tərcümədə isə may-rəqs, take-isə göbələk deməkdir. Göbələk yabanı halda Yaponiya, Şərqi Çin, Cənub-şərqi Asiya ərazisində yetişir.
1195-ci ildə yapon professoru Takişi Midano öz əlyazmalarında bu göbələk barədə xatırlatma verir. Bildirir ki, hələ e. ə. 206-cı ildə Xan sülaləsindən olan Çin imperatorlarının arxivində o dərman kimi qeyd edilmişdir. Keçən əsrin 80-ci illərindən bu göbələyi meyvə ağaclarında yetişdirirlər.
Maytake göbələyinin istifadə tarixi bizim əsrin IV-V əsrlərinə gedib çıxır. Yaponiya və Çində bu göbələk zəifləmiş immun sistemin müalicəsi zamanı istifadə edilirdi. Maytake yabanı halda Yaponiya meşələrində və Çinin bəzi rayonlarında yetişir.
Maytake göbələyinə rəqs edən göbələk də deyilir. Çünki bəzi mənbələrə görə onu dərməmişdən öncə müəyyən ritual rəqs ifa edilməli idi, deyilənə görə əks təqdirdə o öz müalicəvi xüsusiyyətini itirə bilərdi. Digər mənbəyə görə isə feodalizm dövründə bu göbələyi kasıb insanlar tapdıqda sevinclərindən rəqs edərmişlər. Yaponiyada maytakeni geyş və ya gözəl qamət göbələyi adlandırırlar. Deyilənə görə məhz maytake sayəsində yapon xanımları gözəl qamətə sahib olurmuş. Bir çox ölkələrdə göbələk müalicəvi xüsusiyyətlərinə görə çox məşhurdur. Lakin onun orijinal dadına görə artıq kulinariyada da tətbiq etməyə başlayıblar. Hal-hazırda maytake Yaponiyanın şimal-şərqində, Çində isə meyvə ağaclarının xüsusi plantasiyalarında yetişdirilir. Maytake dünyanın ən qiymətli və bahalı göbələklərindən hesab edilir. Hətta orta əsrlərdə Çində onun çəkisinin qiyməti gümüşün qiymətinə bərabər tutulurdu. Bu göbələk o qədər qiymətli idi ki, hətta onun bitdiyi yeri qoruyar, hamıdan gizlədər, nəsildən-nəsilə vəsiyyət edərək ötürərdilər.
Rusiya ərazisində o az rast gəlindiyinə görə adı artıq Qırmızı kitaba daxil edilmişdir.
Maraqlı fakt. Alimlərin araşdırmasına görə maytake göbələyi QİÇS xəstəliyi törədicisini də məhv edə bilirmiş.
Tətbiqi. Maytake göbələyi onkoloji, ürək-damar sistemi, şəkərli diabet və piylənmə xəstəliyindən əziyyət çəkənlərin qidalanma rasionuna da daxildir. İmmun sistemin möhkəmləndirilməsində profilaktik məqsədlə də tətbiq edilir.
Maytakenin çox güclü ətri və dadı vardır. Ənənəvi olaraq şərqdə maytakeni digər onunla oxşar olan digər göbələklərlə birgə istifadə edirlər. Maytakedən şorbalar, souslar, ədviyyalar, salatlar, içkilər, ekstraktlar hazırlayırlar. Yaponiyada məşhur miso şorbasının əsas komponenti məhz maytakedir. Bu şorbanın hazırlanmasına 20 dəqiqədən az vaxt sərf edilir. Onu da qeyd edək ki, bu göbələyi odun üzərində 5-8 dəqiqədn artıq bişirmək olmaz, əks təqdirdə o öz effektiv təsirini itirmiş olur. Koreyada isə onu ya buxarda bişirir, ya da sadəcə olaraq qızardırlar.
Tərkibi və xüsusiyyətləri. Maytakenin tərkibində immunmoduləedici təsirə malik olan polisaxaridlər, aminturşular, C, D, B qrupu vitaminləri, minerallar vardır. Bu tərkibə görə o, yoluxucu xəstəliklərin yaranma riskini azaldır, ürək-damar sistemi xəstəliklərinin qarşısını alır, kimyəvi terapiyanın fəsadlarını (saç tökülməsi, ağrılar, ürəkbulanma və s.) azaldır, maytakenin ekstraktı arterial təzyiqi, qanda şəkərin və xolesterinin miqdarını azaldır, şiş yaranma prosesini blok edir, hepatitdən qoruyur. Həmçinin maytekini onkoloji, qalxanabənzər və böyrəküstü vəzi xəstəlikləri zamanı da tövsiyə edirlər. Göbələyin kalorisi 34 kkal-dir.
Baxmayaraq ki, maytake göbələyi Çin və Yaponiyada uzun illərdən bəridi ki, məşhurdu, o bizim əsrdə son 30 ildə tibdə tətbiq edilməyə başlamışdır.
Maytakenin insan orqanizminə təsiri. Maytake göbələyi insan orqanizmində makrofaqların yetişməsini stimulyasiya edir və onların ömrünü uzadır. Bundan əlavə göbələyin tərkibində olan beta-qlükan polisaxaridi makrofaqların reseptorları ilə birləşərək onların işlərini aktivləşdirir.
Qrifolan şiş hüceyrələrinin qlioksalaza-1 adlı fermentini blokada edərək törəmələrin insan immuniteti tərəfindən məhv edilməsini təmin edir. Maytakenin digər bir təsir mexanizmini də 1995-ci ildə yapon həkimi Mitsuxiro Okazaki isbat etmişdir: qrifolan makrofaqları şiş hüceyrələrinin nekroz faktoru-alfanın sintezinə yönləndirir,bunun da nəticəsində törəmə daxilində damarların böyüməsi – angiogenez prosesi tormozlanır, onlar da qidalana bilmədiyinə görə inkişafı dayanmış olur.
Maytakenin tərkibindəki beta-qlükanlardan ən güclüsü qrifolan hesab edilir. Bu maddə təsirinə görə lentinan (şiitake) və krestin (trameta) maddələrinə daha yaxındır.
P.S. Maytake dünyada xərçəng əleyhinə təsirə malik olan yeddi güclü göbələkdən biridir. Mməhz 5 ölkənin rəsmi dərman siyahısına daxil edilmişdir.
Maytakenin özünəməxsus spesifikliyi də mövcuddur, o, əsasən süd vəzi, uşaqlıq, yumurtalıq, prostat vəzi, sidik kisəsi və bağırsaq xərçəngi əleyhinə daha effektivdir. Şüa terapiyası və törəmələrə cərrahi müdaxilədən sonra maytake göbələyi tez bir zamanda reabilitasiyanı təmin etmək olar. Kimyəvi terapiya zamanı isə prosedurla yanaşı göbələyin istifadəsi bu müalicə prosedurunun effektivliyini də hətta artırırmış. Onu da qeyd edək ki, maytakenin bütün bu təsirləri öz elmi təsdiqini tapmışdır.

Rəylər