İmperator göbələyi
Şiitake göbələyi
Lentinus edodes
İmperator göbələyi və ya qara göbələk
Şiitake göbələyi Çinin Böyük Min imperiyası (1368-1644) zamanı rəsmi olaraq uzunömürlülüyü təmin edən dərman elan olunduğuna görə onu imperator göbələyi adlandırırdılar. O zaman tapılmış şiitake göbələyinin bitdiyi yer qorunar, göbələklər isə imperatorun həyətinə qoyulardı.
Şiitake göbələyi qədim göbələk olub əsasən şii ağacında bitir. Çox gözəl dada və müalicəvi xüsusiyyətlərə malikdir. Göbələyin rəngi sarımtıl-qəhvəyi rəngdən tutmuş tünd-qonura qədər ola bilər. Şiitake delikates hesab edilir, o, xoş dadı və ətrinə görə yüksək qiymətləndirilir. Şiitake kulinariya, tibb və kosmetologiyada yüksək qiymətləndirilir. Hal-hazırda şiitake Asiya mətbəxində ən məşhur yerlərdən birini tutur.
Şiitake göbələyi haqqında çox adam eşitmişdir. Bu göbələk öz müalicəvi xüsusiyyətlərinə görə Reyşi göbələyinə yaxındır. Bütün Asiya ölkələrində şiitake göbələyini dadlı olduğuna görə qida məqsədilə yetişdirirlər. Buna görə də şiitake göbələyi marketlərdə təzə və marinad şəklində satılır.
Şii – cırtdan (karlik) şabalıdın (Castanopsis cuspidate) bir növünün adı, take isə yapon dilindən tərcümədə göbələk deməkdir, yəni şiitake sözünün hərfi tərcüməsi şabalıdda bitən göbələk anlamını verir. Lakin bu o anlama gəlməməlidir ki, şiitake göbələyi yalnız şabalıd ağacında bitir, ona digər ağacların üzərində də rast gəlmək olar, bu (yəni göbələyin bitmə yeri) onun müalicəvi xüsusiyyətlərinə təsir etmir. Çində bu göbələyi bitmə yerindən asılı olaraq Şianq-Qu və ya Xoanq-Mo adlandırırlar. Şiitakeyə aid minlərlə müalicəvi reseptlər unudulmuşdur. Lakin ilk dəfə bu göbələyi ingilis botaniki Maylz Cozef Berkli (1803-1889) təsvir etmiş, ona yeni Lentinus edodes adını vermiş və onun müalicəvi xüsusiyyətlərini işləyib hazırlamışdır.
Yayılması. Şiitake əsasən Uzaq Şərqdə, Çində, Yaponiya və digər Cənub-şərqi Asiya ölkələrində təbii halda yayılmışdır. Çində əldə edilmiş arxeoloji tapıntılara görə şiitakedən hələ eramızdan əvvəlki dövrlərdə (təxminən e. ə. 199-cu il) də istifadə edilmişdir. Göbələyin vətəni Çin hesab edilir.
Yetişdirilməsi. Hal-hazırda şiitake göbələyi 2 üsulla yetişdirilir:
• Düyü və ya qarabaşaq qabığı ilə miselilər qarışdırılır və artıq 1 aydan sonra burada yeni göbələklər əmələ gəlməyə başlayır.
• Xüsusi oduncaq götürülərək onun üzərində çox da böyük olmayan dəliklər açılır və ora miseli ilə doldurulur. Bundan sonra onun üzərinə tıxac vurulur, daha sonra üzərindən mum yaxılır. 1 ilə məhsul yetişir.
Buradan belə bir sual ortaya çıxır ki, əgər şiitake göbələyinin yetişdirilməsində 1-ci üsul daha asan və daha əlverişlidirsə, onda niyə əziyyətə qatılıb 2-ci üsul edilsin? Bir məsələ var ki, 1-ci üsulla yetişdirilən göbələklər daha iri, dadlı, qəşəng və ucuz olur. Lakin onun tərkibində müalicəvi təsirə malik olan lentinan polisaxaridinin konsentrasiyası yetərli olmur. Bu üsulla bazar, restoran və kafelər üçün göbələk yetişdirilir. 2-ci üsulla isə yetişdirilən göbələk daha baha və daha dadsız olur, lakin onun müalicəvi xüsusiyyəti çox yüksək olur, ona görə də bundan müxtəlif dərman ekstraktları alırlar.
Kimyəvi tərkibi. Göbələyin tərkibində kifayət qədər əvəzolunmayan amin turşular, funqoestrogen, suda və yağda həll olan vitaminlər vardır. Meşədə təbii şəraitdə yetişən şiitake göbələyində (quru kütləsində) olan D vitamini treska balığının qaraciyərinkindən çoxdur. Onu da qeyd edək ki, göbələyin qaynadılması zamanı onun tərkibində olan faydalı maddələr azaldığı halda, onun qurudulması zamanı demək olar ki, saxlanmış olur.
Lentinan nədir? Lentinan polisaxarid olub digər adı beta-delta-qlükandır. O, xərçəng əleyinə immun cavabı aktivləşdirir. Bu əsasən 3 hüceyrə hesabına başa gəlir: makrofaq, təbii killer və sitotoksik T-limfositlər. Bu hüceyrələrdən hər biri çox güclüdür. Lentinandan əlavə şiitakenin tərkibində digər şiş əleyhinə maddələr də aşkar edilmişdir – KS-2, LEM, tioprolin.
Müalicəvi təsiri. Şiitake qanda xolesterinin və şəkərin miqdarını azaldır, insulinin sintezini artırır. Bu göbələkdən istifadə orqanizmlərində D vitamini yetərli olmayan vegetarianlara da məsləhətdir, çünki onun tərkibində D vitamini mövcuddur. Şiitake göbələyi əhval-ruhiyyəni artırır, orqanizmi, xüsusən də sinir sistemini tonuslandırır.
Qədim Çin təbibi Ru Vui özünün "Gündəlik istifadə üçün dərman vasitələri" kitabında bir bölməni yalnız şiitakeyə həsr etmişdir. Onun yazdıqlarına görə şiitake aclıq hissini aradan qaldırır, soyuqdəyməni müalicə edir, qan dövranını yaxşılaşdırır, qanı təmizləyir, şiş əleyhinə də faydalıdır, hətta ilan zəhərinin təsirini də neytrallaşdırır. Məşhur yapon həkimi Çixara belə hesab edir ki, şiitakedən əldə edilmiş lentinan maddəsi orqanizmdə perforinin sintezinə təkan vermiş olur. Perforin isə xərçəng hüceyrələrinin membranını dağıdaraq onları məhv edir.
Diqqət! Şiitake allergik reaksiya verə bilər. Buna görə də onun kiçik porsiyalarla qəbulu məsləhətdir. Hamilə qadınların isə bundan istifadəsi məsləhət görülmür. Çünki şiitakenin dölə təsiri hələ öyrənilməmişdir. Eyni zamanda südvermə periodunda da bu göbələkdən istifadə məsləhət görülmür.
Şiitakenin xərçəng əleyhinə təsiri. İlk dəfə bu barədə Çin həkimi Ru Vui şiitake haqda olan traktatında ətraflı yazmışdır. Bu faktdan 1969-cu ildə Tokionun Purdue Universitetinin (ABŞ-ın Milli Xərçəng Mərkəzinin yapon analoqu) həkimi Tetsuro İkekava istifadə etmişdir. O, təcrübə siçanlarına sarkoma hüceyrələri yeritmiş, bundan sonra onlara maye əvəzinə şiitake dəmləməsi vermişdir. Nəticə möcüzəvi idi – siçanların 59%-i sağalmışdır, 22%-də isə şişin ölçüsü azalmış, inkişafı ləngimişdir. Beləliklə, şiitakenin şiş əleyhinə təsiri 81% olmuşdur. Şiitakenin xərçəng əleyhinə təsirini müəyyən edən İkekava ondan daha aktiv – beta-delta qlükan (lentinan-lat. lentinus) polisaxaridini əldə etməyə müvəffəq olmuşdur. Lentinan maddəsi və digər ekstrakt məhsulları artıq Yaponiya, Çin, Hindistan, Sinqapur, Vyetnam və Cənubi Koreya kimi ölkələrin səhiyyə nazirlikləri tərəfindən xərçəng əleyhinə rəsmi dərman preparatları kimi qəbul edilmişdir.
Resept. Klimaks zamanı. 5 qr qurudulmuş şiitake göbələyi götürülüb üzərinə 150 ml araq əlavə edilir. 2 həftə soyuducuda saxlandıqdan sonra istifadə edilir. Alınmış cövhər gündə 2-3 dəfə 1 çay və ya xörək qaşığı daxilə qəbul edilir.
Kulinariyada tətbiqi. Şiitake əsasən Çin, Koreya və Yapon mətbəxində geniş istifadə edilir. Ondan hazırlanan yeməklər əsasən bahalı restoranlarda və suşi-barlarda verilir. Göbələkdən əsasən sous, şorba və yoqurtlar hazırlanır, onun ekstraktı isə konfet, pirojna və içkilərə əlavə edilir. Bu göbələyi az bir miqdar suda 3-4 dəqiqə qaynatmaq lazımdır (1 kq göbələk üçün 200 ml su kifayət edir). Quru göbələyə olan tələbatın sutkalıq norması 16-20, təzəyə isə 160-200 qr təşkil edir.
Maraqlıdır…
-Yapon geyşlərinin məxmər dərisinin sirrini məhz şiitake göbələyi ilə bağlayırlar.
-Bəzən bu göbələyi jenşen-göbələk də adlandırırlar.

Rəylər