Ulduza bənzər ədviyyat

Ulduza bənzər ədviyyat

Badyan və ya ulduzvari cirə həmişəyaşıl tropik İllicium verum ağacının məhsuludur. Badyanın toxumları 7,8,9, və ya 12 toxumun bir çətirdə birləşməsində yetişir. Toxumlar uzunsov, kiçik, dişciyə bənzər yuvalarda olur. Badyanın vətəni Cənub-Şərqi Çin və Yaponiya hesab edilir. Onu bir çox tropik ölkələrdə (Koreya, Vyetnam, Kamboca, Hindistan, Flippin və Yamayka) də yetişdirirlər.Aromaterapiya zamanı yağından tətbiq edilir. Badyan tünd şirin, kəskin dad və xüsusi ətrə malikdir. Ondan kulinariyada, parfümeriyada və xalq təbabətində geniş istifadə edilir. Orqanizm üçün badyanın həm toxumları, həm yağı, həm də yarpaqlarından istifadə edilir. Badyan orqanizmə iltihab əleyhinə, spazmolitik, meteorizm əleyhinə təsir göstərir. Badyan mədənin fəaliyyətini yaxşılaşdırır. Onu azyaşlı uşaqlara vermək bağırsqlardan qazın xaric olunmasının sürətlənməsinə səbəb olur. Dəri üzərində olan bakteriyaları təmizləyir.
iki ədəd badyan 1 stakan qaynar suda 20 dəq.dəmlənilir və süzülür gündə iki dəfə yeməkdən əvvəl qəbul edilir.
Soyuq havalarda badyan bir çox ədviyyatlarla birlikdə çay şəklində dəmlənilir və daxilə qəbul edilir.
20 q zəncəfil
10 q darçın
20 q nanə cövhəri
10 q badyan
20 q limon və ya portağal qabığı
400 ml qaynar suda dəmlənilir və 200 ml 2 dəfə yeməkdən öncə içilir.
Şəkərli diabetli xəstələr də istifadə edə bilər.
Badyan yağı qorxu, həyəcan və depressiya zamanı gicgah nahiyələrinə sürtülərək gündə iki dəfə istifadə edilir.
Allergiyası olanlara yağından sürtdükdə yara edə bilər.

www.fitostore.az