Quzuqarnı göbələyi yoxsa quzu əti

Quzuqarnı göbələyi yoxsa quzu əti

Əksər insanlar bilir ki, quzuqarnı adlı tanınan göbələyin yığım mövsümüdür. Türkcə kuzu göbeği adlanır və İzmirdə çox istifadə etmişik. Bir çoxunun adını belə eşitmədiyi quzuqarnını meşəliklərdən martın ortalarından başlayaraq cəmi 1 ay ərzində toplamaq olar. Hava rütubətli olduqda bu göbələyə daha çox rast gəlinir.
Bu göbələyin yığılması zövqlü məşğuliyyət olsa da, bunun da öz çətinliyi var. Bir gün ərzində meşədən maksimum 4-5 kiloqram quzuqarnı toplamaq olar.
Quzuqarnı dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə digər göbələklərdən fərqlənir. Bu göbələyin zəhərlisinə rast gəlinmir. Yemək üçün hazırlanması isə çox sadədir. İsti su ilə yuyulub təmizləndikdən sonra bir neçə dəqiqə suda qaynadılır. Sonra xırda doğranmış soğanla birlikdə qovurulur. Bişdikdən sonra üzərinə yumurta vurularaq süfrəyə verilir. Bundan başqa, çöl şəraitində quzuqarnını şişə çəkib kababını da hazırlamaq mümkündür.
Quzuqarnının rəngi yarpaqlardan seçilmir. Buna görə də toplamaq çətindir. Amma biz hər il quzuqarnı yığdığımızdan onun daha çox bitdiyi yerləri bilirik. Meşədə əsasən qovaq ağaclarının altında bitir. Xaçmazda, Şabranda daha çox yığılır. Bazardan və ya yolun kənarında səyyar satıcılardan almaq olar. Quzuqarnı quzu ətindən bahadır. Bu isə onun yığılmasının çətin olması ilə əlaqədardır.
Qida dəyəri yüksəkdir. Tərkibində B1, B2 və C vitaminləri boldur. Yüksək miqdarda Kalsium, Natrium, Sink və Kalium ehtiva edir.
Quzuqarnı göbələyi immunitet sistemini gücləndirir. Davamlı yeyildikdə orqanizmi bütün zərərli mikroorqanizmlərdən qoruyur.
Qan azlığı olan anemiya xəstəliyinin müalicəsində olduqca təsirlidir. Orqanizmdə dəmir çatışmazlığının səbəb olduğu qan azlığı uzun müddət davam etdikdə ağır nəticələrə səbəb olur. Dərman müalicəsi ilə yanaşı quzuqarnı yemək labüddür. Çünki bəhs edilən xəstəliyin müalicəsində faydalı qida vasitəsidir.
Quzuqarnı göbələyinin tərkibindəki Niasin, yəni B3 vitamini və Selen elementi xərçəngə qarşı böyük təsirə malikdir. Bu maddələr xüsusi ilə prostat xərçəngini önləyir. Prostat xərçəngi riski olanların quzuqarnı yemələri tövsiyə olunur.