Gücotu bitkisi - İnsanlığa xeyirli
Aptek gücotu (latınca Agrimonia eupatoria, Türk dilində koyun otu, Rusca репешок лека́рственный) — gücotu cinsinə aid bitki növüdür Hündürlüyü 50-125 sm, gövdəsi hündür, sərt qabarıq və qısa qıvrım tüklərlə örtülü olan çoxillik ot bitkisidir. Gücotunun digər növü tüklüklü gücotu adlanır. Azərbaycanın bütün rayonlarında, əsasən meşəli rayonlardan orta dağ qurşağına qədər yayılır. Kəsilmiş meşələrdə, meşə kənarında, kolluqlarda, sahildə, çəmənlərdə rast gəlinir. Yarpaqlarında aşı maddəsi vardır. Sarı rəngdə boyaq almaq olur. Xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə olunur. May-İyun ayında çiçəkləyir və iyul ayından meyvələri yetişir.
Sağlamlıq üçün çox faydalı olduğu üçün philanthropos yəni insanlığa xeyirli bitki adı qoyulub.
Yüzillərdir ki, Çində qanı təmizləmək məqsədi ilə istifadə edilir. Vətəni İngiltərə sayılan gücotu bitkisini Avropada daha çox böyrək və sidik yolları xəstəlikləri zamanı, xüsuilə aparıcılar, müəllimlər və müğənnilərin səsini açmaq üçün tətbiq edilirdi.
Güclü bir antioksidant olduğu üçün hüceyrə yebiləyən xüsusiyyəti var, İmmun sistemini gücləndirir. Həzmi yaxşılaşdırır və qaraciyər funskiyasını normallaşdırır. Ümumi bədəndə olan oynaq, böyrək və boğaz ağrılarını götürür. Gündə bir neçə dəfə içdikdə hərarəti aşağı salır. Qədim xalq təbabətində qasıq yırtıqları zamanı istifadə edilirdi.
Aptek gücotu bitkisin yarpaqları və çiçəkləri istifadə olunur. 200 ml qaynar su üzərinə 2 çay qaşığı qurudulmuş gücotu bitkisi əlavə edilir. 15 dəq. dəmlənilir və otaq temperaturunda soyudulur. Süzlüdükdən sonra eyni qayda ilə hazırlayıb gündə 3 dəfə yeməkdən sonra daxilə qəbul edilir. Dadı acı olduğu üçün bal əlavə etmək olar.
Əgər təzyiqi aşağı salan dərmanlar və qan durulducular istifadə edirsinizsə bu bitkini gündə 1 dəfədən çox qəbul etməyin.
Hamilə qadınlara istifadəsi məsləhət deyil.
3-4 həftə içmək kfayət edir. Uzun müddət içildikdə dərinin həssaslığını artırır.
www.fitostore.az

Rəylər