Qatırquyruğu - saç uzadan bitki
Qatırquyruğu (Equisetum arvense) Türkcə atkuyruğu (Kırkkilit) adlanır.
Qatırguyruğu bitkisi çoxillik ot bitkisidir. Bu bitki 25-60 sm uzunluğunda olub dərin şaxələnən kökə sahibdir. Ən çox nəmli torpaqlarda, bataqlıq və arx kənarlarında bitir. Yazda boz, sarımtıl tumurcuğu və tozcuqlarla dolu sporları olur.
Xalq təbabətində bitkinin yerüstü hissəsindən istifadə olunur. İyun-avqust aylarında yığılır, iynə yarpaqlar gövdədən ayrılana kimi qurudulur və ağzı bağlı qablarda saxlanılır.
Qatirquyruğu bitkisinin tərkibində ekvizetonin adlı tripterpen saponinleri, tanin, salisik asit, alkoloidlər və s. vardır.
Bu bitkidən daxilə qəbul üçün dəmləmə, duru spirtli ekstrakt və s. formada istifadə olunur.
Ən çox böyrək ve sidik yolları xəstəliklərində, sidikqovucu və daşsalıcı eləcə də daxili qanaxmalarda qankəsici bitki kimi istifadə olunur.
Qatırquyruğu bitkisinin iltihab əleyhinə, mikrob əleyhinə, qurdtökücü, bəlğəm gətirici təsirləri vardır.
Antioksidant təsirə malik bu bitki həm də birləşdirici təsiri ilə sümüklərin sağlamlığı üçün əvəz olunmazdır.
Qatırquyruğu bitkisinin tərkibində silisium birləşmələri olduğu üçün ağciyər xəstəliklərində, dəri, saç, dırnaqla bağlı narahatçılıqlarda çox faydalıdır. Xüsusilə, bu tərkibinə əsasən ağrıkəsici effekt verir. Gec sağalan dəri xəstəliklərində kompres şəklində istifadə olunur. Bel ağrıları zamanı qatırquyruğu bitkisinin dəmləməsi ilə vanna edildikdə çox rahatlaşdırıcı təsir edir. Badamcıqlar, diş əti, ağız boşluğu iltihabında qar-qara kimi istifadə olunur.
Həm böyrək, həm də ürəklə bağlı bədəndə yığılmış ödemləri bədəndən çıxarır ki, bu da artıq çəkinin itirilməsinə səbəb olur. Tərkibindəki minerallar hesabına saçların uzanmasına kömək edir və tökülməsinin qarşısını alır.
Qatırquyruğu bitkisi normasında qəbul olunduqda heç bir toksiki təsirə malik olmur. Ən çox çay kimi dəmlənərək daxilə qəbulu faydalı təsir edir. Bunun üçün 1 xörək qaşığı bitkinin üzərinə bir stəkan qaynar su tökülərək 15 dəq vam odda dəmlənir. Gündə 3-4 dəfə təzə halda daxilə qebul olunur.
Saçlar üçün alınmış dəmləməni saç yuyulduqdan sonra 30 dəqiqə saçlarda saxlamaq lazımdır. Mülaicə kursu 4 həftədir. Uzun müddət içildikdə bağırsaqları və böyrəkləri daha çox işlədir.
Bu bitkinin kəskin nefritlərdə istifadəsi məsləhət deyil.

Rəylər