Mixək - ishal zamanı
Mixək latınca-Syzygium aromaticum, Türkcə karanfil adlanır. Mixək heyranedici dad və ətrinə görə bir sıra dünya ölkələrinin mətbəxində özünəməxsus yer tutur. Marinad, sous, pudinq, kisel, kompot və bir sıra şirniyyatlar, qənnadı məmulatları və xörəklərin hazırlanmasında ədviyyat kimi istifadə edilir. Uzun müddət qaynama prosesində dad və ətrini itirərək acılaşır. Ona görə də mixəyi bişirmə və ya dəmləmə prosesinin başa çatmasına 3-5 dəqiqə qalmış əlavə etmək lazımdır. Vətəni İndoneziya olsa da, Madaqaskar, Hindistan, Tanzaniya, Şri-Lanka kimi bir sıra ölkələrdə də yetişdirilir. Əkiləndən 20 il sonra mixək ağacının çiçək qönçələri toplanaraq istifadə edilir. Ağac 50 ilə qədər ildə iki dəfə çiçəkləyərək çoxlu məhsul verir.
Mixək bağırsaqların təbii dərmanı sayılır. Hətta, ishalı bıçaq kimi kəsər sözləri ilə məşhurdu. Xoralı kolit və digər ishalla müşayət olunan bir sıra xəstliklərdə büzüşdürü effekti ilə seçilir. Yanaşı olaraq bağırsaq mikroflorasını sürətlə bərpa etmək gücünə malikdir. Bununla yanaşı bağırsaq qazlarının xaric olmasına kömək edir, tərkibində beta-pinen, etil-sinnamat kimi səkkizə yaxın aktiv birləşmələri var ki, spazmı götürən və bağırsaqların sekretor funksiyasını azaldıcı təsirləri yaradır.
Mixəkdən ishal əleyhinə resept
Səhər yeməkdən 1 saat sonra 7-8 ədəd mixək çeynəmədən 1-2 qurtum su ilə udulur. Eyni günün axşam yeməyindən 2 sat sonra otaq temperaturunda suyla çeynəmədən udulur. İsti qaynaq suya əlavə edilərək içilməməlidir. İstifadədən öncə mixəkləri iki yerə bölüb qəbul etmək lazımdır. Əzildikdən və qaynadıldıqdan sonra təsiri azalır.
Adi çay dəmlədikdə belə mixəyi çay hazır olandan sonra əlavə edə bilərsiniz.
Qəbizliyi olanlara tövsiyə edilmir.

Rəylər