Dazıotu - təbii antidepressant
Dazıotu-Hypericum perfotatum L, Sarı kantaron
Ölkəmizdə çox geniş yayılmış dazıotu bitkisi çöllərdə, kiçik təpələrdə rast gəlinir və demək olar ki, öz -özünə bitir. Bu bitkiyə Amerikadan Asiyaya qədər bütün ölkələrdə rast gəlmək olur.
Dazıotu bitkisinin görünüşü də dadı qədər rahatlaşdırıcı təsirə malikdir. Sarı rəngli çiçəkləri olan bu bitki çox gözəl görünüşə malikdir. Bitkini işığa tərəf tutduğumuzda içindəki yağ nöqtələri aydın görsənir.
Dazıotu bitkisinin həm kökləri, həm də çiçəkləri şəfalıdır. Bu bitki çiçək açan dövrdə toplanılır, açıq-quru havada qurudulur və dərman bitkisi kimi bir cox xəstəliklərdə istifadə olunur.
Ən cox sakitləşdirici xüsusiyyəti ilə məhşur olan bitki saysız-hesabsız xəstəliklər zamanı istifadə olunur. Hormonal balansı tənzimlədiyi ücün tiroid vəzində problemi olanların həyatını asanlaşdırır. Menopauzaya girmiş qadınlarda sakitləşdirici təsir edərək bu dövrün asan keçməsinə və sinirlərin sakitləşməsinə təsir edir. Dəridəki yara, kəsik, yanıq və ekzemalarda yara sağaldıcı kimi istifadə olunur. Antioksidant, antiseptik təsirə malik olan dazı otu bitkisi həm də qış aylarında qrip, soyuqdəymə hallarında tez sağalmağa kömək edir. Qastritlərdə tez sağalmaya kömək edir, həzmi asanlaşdırır, iştahı aradan qaldırır baş və sümük ağrıları olduğu zaman dazıotu çayı gözəl effekt verir. Böyrək və sidik yolları xəstəliklərində, qadınlarda adət sancılarında bu bitkidən istifadə olunur.
Dazıotu bitkisindən istifadə xəstəlikdən asılı olaraq dəyişir. Bu cür istifadə daha gözəl nəticələr verər. Gün ərzində 1-2 stakan dazıotu çayı içmək olar. Əgər stres, qayğı, həyacan və yuxusuzluqdan əziyyət cəkirsizsə axsamlar bir stakan dazıotu çayı içə bilərsiz.
Dazıotu bitkisini hamilə qalmaq istəyənlər və süd verən anaların içməməməsi məsləhətdir. Yüksək təzyiqi olan, antidepresant içən, qan durulaşdırıcı qəbul edən insanlar da bu çay içməməlidir.
Əməliyyat olunacaq insanlar 15 gün əvvəldən bu bitki çayının qəbulunu dayandırmalıdırlar. Alsheymer və Şizofreniya xəstələri dazıotu çayından istifadə etməməlidir.

Rəylər